AXCP sıralarında daha bir boşalma müşahidə olundu. Belə ki, uzun illərdir ki, (1989-cu ildən) "cəbhə" sıralarında olan Rəsul Mirhəşimlinin partiyadan istefası ölkədaxili gündəmin növbəti müzakirəsinə çevrildi. Bəs səbəb nədir? Hələ AXCP AXC olduğu zamanlardan orada təmsil olunan bir fərdin anidən partiyanın həm rəhbər orqanlarından, həm də bütövlükdə siyasi təşikilatdan uzaqlaşmasına səbəb nə oldu? Əslində, bu sualın cavabını tapmaq üçün elə də dərinə getməyə lüzum da yoxdur. Belə ki, istər bu gün, istərsə də daha öncəki illərdən siyasi prosesləri izləyən istənilən tərəf AXCP sədri Əli Kərimlinin necə "rəhbər" olduğunu yaxşı bilir. Yəni bilən-bilir ki, Əli Kərimli "lider" olmaq üçün hətta AXCP-nin mənəvi lideri, mərhum Əbülfəz Elçibəyə qarşı hansı oyunlardan çıxıb. "Yurd" qruplaşmasını yaradaraq Elçibəyə və onun tərəfdarlarına qarşı qatı müxaliflik edən Əli Kərimli məhz həmin zamanlarda öz niyyətini açıq-aşkar ortaya qoymuşdu. Beləliklə, Əbülfəz Elçibəyi fiziki və mənəvi cəhətdən bitirdiyini güman edən "Yurd" şefi sonradan nə qədər yanıldığını görsə də gecikmişdi.
Çıxış yolu yalnız istefadır!
Daha dəqiq desək, Əli Kərimli bütöv AXCP-nin liderinə və ana müxalifət partiyasına çevrilməyi bacarmadı. Çünki AXCP zaman-zaman Mirmahmud Mirəlioğlunun KXCP-nə, Qüdrət Həsənquliyevin BAXCP-nə, Fazil Mustafanın BQP-nə, Asim Mollazadənin DİP-nə, Qulamhüseyin Əlibəylinin "Aydınlar"-na və ən nəhayəti – ötən ay təsis olunmuş Asəf Quliyevin AzDP-nə parçalandı. Bu isə bəlli məsələdir. Əli Kərimlidən ayrılaraq partiya yaradanlar əlbəttə ki, onun "liderliyini" qəbul etmədiklərini məhz bu addımnları ilə sübuta yetirmiş oldular.
Ancaq istefalar və həmin istefaların davamlı xarakter almasının köklü mahiyyətlərindən daha biri də mövcuddur. Bu, AXCP sədrinin partiyanı diktatura idarəçiliyi ilə bərabər maliyyə gəlirlərini mənimsəməsi fakorudur. Bəlli olduğu kimi, Əli Kərimlinin müxtəlif banklarda ayrı-ayrı insanların adlarına hesabları mövcuddur və o bu hesabları vasitəsilə partiyanın deyil, məhz öz şəxsi həyat səviyyəsini tənzimləyir. Yəni bu gün onun oğlunun Britaniyada cah-cəlal içində yaşamasından tutmuş, arvadının bizneslə məşğul olmasına qədər bütün maliyyə vəsaitləri məhz AXCP-nin hesabına ödənilir. Yerdə qalan digər xərclər isə həm sıravi, həm də aparatda olan şəxslərin məvaxiblərini belə ödəmir. Əlbəttə ki, bu kimi digər məsələlər də mövcuddur ki, onlar zaman-zaman "cəbhəçilərin" kəskin etirazları, sonunda isə istefaları ilə nəticəsini tapır.
Məsələnin əsl gerçək üzü
Görünür, onun müşaviri Rəsul Mirhəşimlinin də hələ iyul ayında verdiyi istefa qərarı sadaladığımız məsələlərdən birinə təsadüf edir. Lakin onu da xatırladaq ki, bu ilin əvvəlində – fevral ayında Əli Kərimli qadın müşaviri olan Zərifə Məhəddinovanı müçavirlikdən azad etmişdi. Və burada da müəmmalı heç nə yox idi. Məsələn, qeyd etmək mümkündür ki, Zərifə Məhəddinova partiya daxilində Əli Kərimlini ən çox tənqid və ittiham edənlərdən biri olub. Məhz buna görə də "nüfuzunun" itirilməməsi üçün Əli Kərimli qadın müşavirini istefa yazmağa məcbur etmişdi.
Gəlin sözügedən məsələyə bir az da dərindən yanaşaq. Məsələn, hələ fevvral ayının 14-də "Yeni Müsavat"a müşaviilikdən istefaya göndərilməsi ilə bağlı müsahibə verən Zemfira Məhəddinova həmin istefasını gözlədiyini inkar etməmişdi. "Siz vəzifədən çıxarılacağınızı nə vaxtdan gözləyirdiniz?" sualına cavab olaraq o demişdi: "Xeyli müddət idi, ona görə gözlənilməz bir şey olmayıb, mənim üçün... Amma kefimi soruşursunuzsa, əlayam, yaxşıyam."
Yaxud, digər bir məqama da diqqət yetirək. Sözügedən müsahibəsində sıravi üzvlükdən istefa vermədiyini deyən eks-müşavir bunu belə əlaqələndirmişdi: "…İstefa versəm, digər istefa verənlərə deyilən sözləri eşidəcəyəm, satıldı deyəcəklər".
Bax, məsələnin əsl gerçək üzü də buradadır. Yəni Zemfira Məhəddinova AXCP üzvülüyündən istefa vermək istədiyini dolayısı ilə etiraf etsə də buna cürət etmədiyini sərgiləyib. Cürət etməməsinə səbəb isə şantaj, qara piar və təhqirlər olub. Bu səbəbdən o, "satıldı deyəcəklər" ifadəsini xüsusilə vurğulamışdı. Çünki yaxşı bilirdi ki, onu tənqid etdiyinə görə müşavirlikdən uzaqlaşdıran Əli Kərimli hansı "qabiliyyətlərə" malik olan ünsürdür.
Beləliklə, bu gün istefa verən Rəsul Mirhəşimlini də eyni aqibət gözləyə bilər. Məsələn, "Azadlıq" qəzetində, ya da AXCP-nin mətbuat xidmətində onun "hakimiyyətə işləməsi", "xəyanətkar" olması haqqında damğaları vurula bilər. Hansı ki, bu şəxs nə az, nə də ki, çox – düz 1989-cu ildən AXCP-yə üzvdür. Hər halda Əli Kərimlinin bu kimi məsələlərdə "opıtı" böyükdür. Ancaq fakt-faktlığında qalmaqdadır. Yəni getdikcə, yanlış yolda olduqlarını anlayan"cəbhəçilərin" sayı artmaqda, Əli Kərimli isə təklənməkdədir. Hətta belə getsə, AXCP sədrinin şantaj və qara piarları belə onun köməyinə çata biləməyəcək. Yəni AXCP növbəti istefalar dalğasından qurtulmağa imkan tapmayacaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB