İsa Qəmbər AXCP-ni sıradan çıxarmaq üçün start vəziyyətindədir ANALİZ
Prezident seçkilərindən sonra ənənəvi müxalifətdə nəzarəti öz üzərinə götürərək, "Milli Şura"da aparıcılıq funksiyasını yerinə yetirən AXCP artıq onunla bir yerdə olmayan Müsavat partiyası tərəfindən hücuma məruz qalmaq ərəfəsindədir. Daha dəqiq desək, Əli Kərimlinin "ana müxalifətçilik" obrazını darmadağın etməyi planlaşdıran İsa Qəmbər artıq öz tərəfdarlarına bu istiqamətdə müəyyən tapşırıqlar verib. Belə ki, Müsavat rəhbəri hücumun əsas taktiki gedişlərini məhz 2015-ci ilin parlament seçkilərində tətbiq etməyi qarşısına məqsəd kimi qoyub. Düzdür, artıq partiyanın qurultayının vaxtı müəyyənləşib və bu müəyyənləşmə nəticəsində İsa Qəmbərin yenidən başqan seçilməsi mümkün olmasa da, onun hazırda "Milli Strateji Düşüncə Mərkəzi" ("MSDM") adlı qurumda baş məsləhətçi rolunu oynaması yaxın gələcəkdə yeni birliyin yaranması ehtimalını çoxaldır. Məhz "MSDM" vasitəsilə yaradılacaq birliyə isə ola bilsin ki, "Milli Şura"dan çıxmış partiya və təşkilatlar, eyni zamanda fərdlər qoşula bilərlər. Artıq bunun siqnalları da verilməkdədir.
Müsavat yetkililəri mətbuatda yeni birlik barədə anonslar verirlər
O da bəllidir ki, İsa Qəmbər artıq Müsavat başqanı olmayacağı təqdirdə siyasi arenadan tam olaraq silinməmək üçün "MSDM" vasitəsilə yeni birlik yaradıb, onun başına keçəcək. Beləliklə, AXCP sədri Əli Kərimlinin potoloji nifrət göstərdiyi İsa Qəmbər AXCP-ni sıradan çıxarmaq üçün öz addımlarını atmağa davam edəcək.
Məhz bu baxımdan, başqanın hazırkı müavinləri bu istiqamətdə çıxışlar edir, mətbuatda yeni birlik barədə anonslar verirlər. Məsələn, partiyanın başqan müavini, İsa Qəmbərə yaxınlığı ilə seçilən Gülağa Aslanlı bildirib ki, müxalifət yeni qurum ətrafında birləşməlidir: "Ümumiyyətlə, bütün seçkilər ərəfəsində müxalifətin də, iqtidarın da birliyi ola bilər. Yəni nə qədər ki, siyasi partiyalar var, bu birlik məsələsi daim gündəmdə olacaq. Məsələn, bu gün Türkiyədə müxalifət partiyaları birləşib seçkilərdə prezidentliyə vahid namizəd göstərir. Yəni bu birlik indi də, seçkiyə üç ay qalmış da ola bilər. Bu məsələlər siyasətin əsas atributlarından biri hesab edilir. Ona görə də, burada təəccüblü bir şey yoxdur".
Göründüyü kimi, artıq Müsavat partiyası bir müddətlik durğunluqdan sonra əsas rəqibi AXCP-ni çıxdaş etmək ərəfəsindədir. Bu amil bələdiyyə seçkilərində reallaşmasa da, 2015-ci ildə keçiriləcək parlament seçkilərində mütləq baş verəcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB