Artıq bir neçə müddətdir ki, "nurçu"luq məsələsi gündəmi zəbt edib. Adı "nurçu"luqda, anti-milli təriqətlərdə hallanan şəxslər, məmurlar haqqında mətbuatda kifayət qədər informasiyalar dərc olunur, onlar haqqında faktlar ortaya qoyulur. Belə desək, bu gün ölkə mətbuatının əsas mövzusu daha çox gizli siyasi cərəyan kimi fəaliyyət göstərən, din pərdəsi altında dövlət idarəçiliynə öz adamlarını sızdırmaq istəyən "nurçu"luqdur.
Bu haqda bütün mətbuat yazır, müxalifət qəzetlərindən, saytlarından başqa. Sual olunur: "Azərbaycanda xırda məsələni belə qabardıb yerli-yersiz tənqid edən müxalifət rəhbərləri və qəzetləri nə üçün "nurçu"luqdan, bu təriqətin qulu kimi adı çəkilən məmurlardan heç nə yazmır, onları tənqid etmir? Niyə Fətullah Gülən "Azadlıq" qəzetində təbliğ olunur? "nurçu"ların kurasiyasında olan Türkiyənin "Zaman" qəzetinə F.Gülənin verdiyi geniş müsahibə "Azadlıq" qəzetində niyə dərc olunur? Nə üçün müxalifət mətbuatında nə onun əleyhinə, nə də "nurçu"luğa xidmət etməklə əslində dövlətçiliymizin əleyhinə fəaliyyət göstərən şəxslər haqqında bir cümlə belə yazılmır? Hətta məhz bu məsələyə görə vurulan şəxslər haqqında da bir cümlə belə işlətmirlər.
Məhz müxalifət qəzetlərində, xüsusilə "Azadlıq" qəzetində "nurçu"ların lideri Fətullah Gülənin və onun əlaltılarının tənqid olunmaması, əksinə onların təbliğatının aparılması ilə bağlı kiçik bir araşdırma apardıq və ortaya bir sıra maraqlı məqamlar çıxdı.
90-cı illərin əvvəllərində yüksək vəzifələrdə işləmiş, cəbhə dövründə xüsusi xidmət orqanlarında çalışmış etibarlı mənbə "Nurçu"luqla bağlı redaksiyamıza maraqlı faktlar açıqladı: "Nurçu"luq bir bəladır, bu təriqət 90-cı illərə kimi Cənubi Qafqaza, xüsusilə, Azərbaycana sirayət etməmişdi. Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra bu təriqətin əsas adamları ölkəmizdə yüksək vəzifələrə öz adamlarını yerləşdirməyə başladılar. Düzdür, 1994- cü ildən sonra bunların qarşısı qətiyyətlə alındı. Lakin gec olan bəzi məqamlar var idi. Belə ki, AXCP-Müsavat hakimiyyəti dövründə Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini vəzifəsini daşıyan Lidiya Rəsulova "nurçu"ların toruna ilk düşən məmurlardan idi. Bu qadın sonradan Təhsil Naziri vəzifəsinə təyin olundu, məhz "nurçu"ların dəstəyi ilə Azərbaycanda onların nəzarətində olan ilk təhsil müəssisələri də məhz L.Rəsulovanın zamanında fəaliyyət başladı. AXCP-Müsavat hakimiyyətinə sızmaq asan idi, çünki hakimiyyətdə qruplaşmalar çox idi və buna görə də, guya onların maraqları naminə dövlətin içinə sızmaq da ciddi bir problem deyildi".
"Xalq Cəbhəsi" qəzetinin Baş redaktoru Elçin Mirzəbəyli də deyilənləri təsdiqləyərək, bu gün "Azadlıq" qəzetində F.Gülənin təbliğatı ilə bağlı dərc olunan məqalə və müsahibələrin Əli Kərimlinin tapşırığı altında dərc olunduğunu bildirdi: "Məndə olan informasiyalara görə, Əli Kərimlinin və "Azadlıq" qəzetinin bəzi nümayəndələrinin "nuçu"larla əlaqəsi olub və bu əlaqələr bu gün də bu və ya digər formada davam etdirilir. Əli Kərimli ona görə "nuçu"luqla bağlı, baş verən olaylarla bağlı tənqidi mövqe tutmur ki, bunun arxasında maliyyə dəstəyi almaq istəyi dayanır".
Türkiyə mətbuatındakı mənbədən əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda "nurçu"luq ətrafında baş verən olaylar bitənə qədər F.Gülənin "təmizə" çıxarılması istiqamətində fəaliyyət "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə tapşırılıb.
Müsavat başqanına yaxınlığı ilə seçilən mənbədən əldə etdiyimiz informasiyaya görə, bir neçə il öncə Müsavat Partiyasında İsa Qəmbərlə İbrahim İbrahimli arasında möhkəm dava olubmuş. Söhbət İ.İbrahimlinin övladının xaricdə təhsil almasından gedir. O, İ.Qəmbərin və Ə.Kərimlinin övladlarının xaricdə hansı pulla təhsil aldığını bir tələb kimi onların qarşısında qoymuş və onlardan öz övladının da xaricdə təhsil almasını istəmişdir: "Lakin bu İ.İbrahimliyə qismət olmadı. O, hər iki partiya sədri haqqında iclasların birində "Nurçu"ların pulu ilə xaricdə uşaq oxutdururlar" ifadəsini də işlətmişdi".
Yeni araşdırmalarla mövzunu diqqətdə saxlayacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB