Ukraynanın "Qalvkom" saytı Viktor Yanukoviçin ölkə ərazisini hansı üsullarla tərk etməsi, ona bu şəraitin kimlər tərəfindən yaradılması və s. məsələlərlə bağlı şərh verib. SİA sözügedən şərhin oxucular üçün maraq doğuracağını düşünərək, onun qısa variantını oxucuların nəzərinə çatdırır.
Viktor Yanukoviçin Ukraynadakı son davranışlarını demək olar ki, bütün ölkə izləyirdi. Vətəndaşlar eyni zamanda silahlı güclərin hansı tədbirlər görəcəklərini də izləyirdi – görəsən qaçan qumbaranı tutmaq olacaq, ya yox? Nəticədə bizim güclər qaçan qumbaranı tutmağa nail olmadı. Viktor Fyodoroviç Rusiya Federasiyası ilə sərhədi keçməyi bacardı. O ölkəyə ki, həmin ölkədə özünü yenidən Ukrayna prezidenti elan etdi. Hələ bu da azmış kimi, Putindən Ukrayna ərazisinə ordu yeritməti də xahiş etdi. Hansı ki, bizim DİN və digər güc strukturlarımız onun hərəkət nöqtələrini bildikləri haqda informasiyalara malik olsalar da vaxtilə ölkənin birinci adamının, daha sonra isə ağır cinayətlərdə şübhəli bilinən şəxsin qaçışına mane ola bilmədilər.
İndi Ynukoviç Rusiya prezidentinin qanadı altında qorunarkən, çətin ki, Ukrayna məhkəməsinin qarşında dayanaraq bu ölkə uğrunda hansı "nailiyyətlərə" imza atdığı haqqında ifadələr səsləndirsin...Lakin məsələ yalnız bunda deyil. Çünki daha dəhşətlisi odur ki, eks-prezidentlə yanaşı, onunla birlikdə qonşu dövlətə ölkənin bütün sirləri də qaçıb. Belə ki, faktiki silahlı qarşıdurma ərəfəsində Viktor Fyodoroviçin bildikləri qarşı tərəfin, yəni Rusiyanın xeyrinə işləyə biləcək və qarşı tərəf bunu istədiyi kimi Ukraynaya tərəf istifadə edəcək.
Xronologiyaya nəzər salaq. Fevralın 21-də Viktor Yanukoviç hələ fəaliyyət göstərən prezident olduğu dövrdə müxalifət liderləri ilə Ukraynadakı vəziyyətin sabitləşməsi istiqamətində razılaşma sənədinə imza atdı. Ukrayna siyasətçiləri müvəqqəti hökumətin qurulması, Konstitusiyada dəyişiklər və növbədənkənar seçkilər haqqında ümumi razılıq əldə etdilər. Lakin fevralın 22-də Yanukoviş yoxa çıxdı. Ali Rada isə onu özünü buraxmış, yəni fəaliyyətini dayandırmış prezident kimi tanıdı. Ayın 26-da isə məhkəmə onun həbs edilməsi və insanların kütləvi şəkildə öldürülməsində iştirakı ilə bağlı qərar çıxardı. Bununla da o və Ukrayna DİN-in keçmiş naziri Vitali Zaxarçenko beynəlxalq axtarışa verildi. Ancaq bu dövrlərdə Viktor Fyodororoviç ölkə ərazisində hərəkət edirdi. İlk öncə o Andrey Klyuyevin müşaiyəti ilə Xarkovdakı separatçı foruma qatıldı, hansı ki, 22 fevralda orada gecələdi və o gecə xalqa videomüraciət də etdi. Sonra da vertolyotlarla Donetsk aeroportuna uçdu. Orada isə şəxsi mühafizəçiləri ilə "Falcon" tipli iki şəxsi təyyarəyə minərək qaçmaq istədi. Sərhədçilər isə mane oldu. Yanukoviç Donetsdəki rezidensiyasına geri döndü və az sonra yol patrulunun müşayiəti olmadan öz korteji ilə Krıma getdi. Orada şəxsi sanatoriyada gecələdi və məhz orada da öyrəndi ki, Ali Rada Aleksandr Turçinovu prezidentin səlahiyyətlərini icra edən şəxs kimi təyin edib. Btün bunlardan sonra Ynukoviş bütün bağlantılarını kəsərək, dəniz vasitəsilə Ukrayna ərazisini tərk edib.
Maraqlıdır ki, Viktor Yanukoviçin istiqamət aldığı nöqtələri bilən yeni daxili işlər naziri Arsen Avakov da onun tutulması istiqamətində heç bir addım atmayıb. Eyni zamanda keçmiş prezidentin tutulması istiqamətində aparılan əməliyyat-axtarış işlərinin də uğursuz başa çatmasını göstərmək olar. Məsələn, "Əgər bu istiqamətdə Avakovla Nalivayçenkonun əməliyyat-axtarış planı mövcud idisə, həmin plan çox uğursuz nəticələndi"-deyə qeyd edən Ukrayna təhlükəsizlik xidmətinin sədri Aleksandr Skibinetskiy qeyd edib ki, artıq bu faktor hazırkı ağır situasiyanın yaranmasına öz təsirini göstərir.
Bu mənada Valentin Nalivayçenko da etiraflarını edib. Belə ki, o, təhlükəsizlik xidmətinin fevralın 23 və 24-də Krımda eks-prezidentin izlərinin itdiyini bildirib. "Biz təyyarədə olarkən, Yanukoviçun yerüstü marşutunu dəyişdiyini öyrəndik"-deyə o bildirib..
Lakin bir sual hələ də açıq qalmaqdadır ki, axı nəyə görə vətəndaş Yanukoviç daha öncədən həbs edilməyib? Hansı ki, Abakov da öz facebook səhifəsində bu imkanın olduğunu yazmışdı. Avakovun sözlərinə görə, hüquq-mühafizə strukturlarının Yanukoviçi güc yolu ilə həbs etmək qərarı vermədiyi bildirilir. Bəhanə isə budur ki, Krımda baş verən hadisələrə görə, ictimaiyyəti provokasiyaya çəkmək olmaz.
Hansı ki, artıq fevralın 28-də Viktor Yanukoviç Rostovda mətbuat konfransı düzənlədi və elan etdi ki, özünü legitim prezident hesab edir. Martın 1-də isə Rusiya Federasiyasının Dövlət Şurası hərbi gücləri Ukrayna ərazisinə göndərmək qərarını verdi. Daha sonra isə Yanukoviçin də bu haqda xahişi ortaya çıxdı.
Ancaq bütün bunları da bir yana qoyaraq, məsələnin əsas mahiyyətinə fikir verək. Viktor Fyodoroviç nə qədər də devrilmiş, ya da qaçmış prezident prezident olsa da, o eyni zamanda dövlət sirrinin daşıyıcısıdır. Məhz bu səbəbdən onun başqa dövlətin ərazisinə sərhədi aşaraq rahat keçməyə ixtiyarı yox idi.
"Mən bilmirəm Nalivayçenki və Abakov harada təhsil alıblar və onların beyinləri var, ya da yoxdur. Ancaq fövqəladə dövlət adamı kimi Yanukoviçdən daha çox sirrlərə bələd ola biləcək ikinci bir adam yoxdur. Çünki o həm də ali baş komandan idi. Təhlükəsizlik xidməti, xarici kəşfiyyat, bütün hərbi strukturlar ona tabe olublar". Bu fikirləri isə milis general leytenantı Gennadiy Moskal deyib.
Xüsusi xidmət üzrə ekspertlər də etiraf edirlər ki, dövlət sirri və məxvi məsələlərə bağlı bilgisi olan hər bir kəs kəşfiyyat tərəfindən izlənilir. Belə adamlar sərhədləri keçərkən, sərhəd xidmətləri Ukraynanın təhlükəsizlik xidmətini bilgiləndirməliydilər.
Hazırda Krımın hərbi təcavüzə uğraması, eləcə də digər məsələlərdə Rusiyanın əlində "kozır" var. Məsələ isə yalnız hərbi informasiyalarla bağlı deyil. Devrilmiş prezidentdə Qərblə bağlı, iqtisadi sənədlərlə də bağlı məxvi sənədlər var. İlk növbədə söhbət silah, elektorenerji, ağır maşınqayırma məhsulları və taxıl ticarəti ilə bağlı sənədlərdən gedir. Bu informasiyaların nə vaxta qədər "məxvi" qalacağını isə zaman göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB