Rusiya Qərbi və ABŞ-ı 4:0 hesabı ilə məğlub etdi. Rusiya dövlət başçısı Vladimir Putinin siyasi xəttinin əldə etdiyi uğuru "Heç nə müvəffəqiyyətə müvəffəqiyyət kimi imkan yaratmır" sözləri ilə qiymətləndirmək olar. Belə ki, Putin həmin uğurla düz 4 dəfə qalibiyyət əldə edərək öz gücünü və hegemonluğunu Qərbə və ABŞ-a göstərmiş oldu.
Son zamanlarda Putin ölkə daxilindəki narazılığı yatırmağa müvəffəq oldu. Avropa İttifaqı ABŞ-ın təkidi ilə Ukraynaya nə qədər "well come" desə də, Kremlin göz ağardaraq Ukraynaya "proşay" deməsi qarşısında, Ukrayna Aİ-yə marta qədər "bye-bye" deyərək üzvlükdən hələlik ki, imtina etdi. Daha sonra kimyəvi silah müffətişlərini yaxına buraxması üçün Suriyanı inandırmağı da bacardı. Putin bu arada həm də Barak Obamanı qabaqlayaraq, Ata Fransiska ilə görüşməyə də nail oldu.
Bütün bu amilləri əsas götürərək Forbes jurnalı 61 yaşlı Putini dünyada ən qüdrətli adam adlandırıb. Eyni zamanda, Putinin apardığı hiyləgər siyasəti nəzərə alaraq, əminliklə demək olar ki, Putin 4-cü dəfə prezident seçilməyi özü üçün istisna etmir. Əksinə 100 faiz o, özünü ən azı 2014-cü ilə qədər prezident kürsüsündə görür. Çünki hazırda Putin üçün nə ölkədaxili, nə də xarici siyasət səhnəsində heç bir təhlükə görünmədiyi kimi təssəvür yaranır. Belə ki, Rusiya artıq qlobal siyasətin daxilindədir və Putin dünya haqqında daha aydın təfəkkürə malikdir. Buna görə də, Putinin demək olar ki, beynəlxalq arenada istədiyi kimi manevr etmək şansı həmişə var. Onun siyasi xəttini ABŞ-la müqayisədə daha düşünülmüş adlandırmaq olar. Rusiya hər siyasi böhrandan hər zaman dörd ayaq üstündə ayağa qalxmaq imkanı əldə edə bilir. ABŞ-ın isə Yaxın Şərqdəki siyasi xətti olduqca xaotik və anlaşılmayandır. Bu baxımdan bir çox analitiklər ABŞ siyasətinə daha tənqidi yanaşırlar. Misal üçün onların fikrincə Putinin beynəlxalq arenadakı qələbəsindən sonra özünü daha əmin aparır. Bunu isə birbaşa Qərb liderlərinin, o cümlədən, ABŞ dövlət başçısı Bark Obamanın zəifliyi ilə bağlayırlar.
Putin Suriyada nə istədiyini də dəqiq bilirdi. Əgər V.Putin Bəşər Əsədi hakimiyyətdə saxlamaq niyyətində idisə, Obama bu sahədə nə istədiyini heç özü də bilmirdi. Burada iki siyasi xətti müqayisə edərək o qənaətə gəlmək olur ki, Putin və onun xarici işlər naziri Lavrov Obama və Kerridən qat-qat təcrübəli siyasət yürüdür. Çünki Lavrov danışıqlar zamanı üstünlüyə nail ola bildi. Putin keçmiş sovet dövlətlərini qaytara bilməyəcəyini çox yaxşı bilsə də, yenə var gücü ilə Qərbin keçmiş sovet ölkələrini Aİ-yə cəlb etmək istəyinə qarşı mübarizə aparmağa davam edir.
Ümumiyyətlə, Putinin artan əminliyi Qərbə mülahizə oxumaq istəyi zamanı özünü biruzə vermişdi. Xatırladaq ki, bu ilin sentyabr ayında "The New York Times" nəşrinə "Amerika istisnalığı" adı altında Putin ABŞ-ı necə lazımsa tənqid etmişdi.
Lakin Putin siyasətindəki bütün müsbət xüsusiyyətləri nəzərə alsaq belə yenə də onu böyük təhlükədən yaxa qurtardığını demək olmaz. Ələlxüsus ona görə ki, Kremldəki baş verən kütləvi nümayişlər Forbes jurnalının Putini dünyanın ən qüdrətli lideri kimi təqdim etdiyi imicinə olmazın xələl gətirdi. Bu indi özünü biruzə verməsə də, hazırda ölkədaxili apardığı miqrantlara qarşı qəti mübarizə siyasəti təhlükənin heç də uzaqda olmadığının baris nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB