SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir ki, Ermənistanın Avropa ittifaqına inteqrasiyadan imtina etməsi Dağlıq Qarabağ münaqişəsini avtomatik reanimasiya vəziyyətinə gətirib çıxarır.
Erməni nəşri qeyd edir ki, Serj Sarkisyanın Vyanadakı görüşə qatılması, Ermənistanda olduqca satirik təbbəsümlə qarşılanır. Çünki Ermənistan danışıqlarda heç bir çəki arqumentlərinə malik deyil və bu görüşdə Rusiyanın vassalı kimi çıxış edirdi: "Bu da demək olar ki, ilk növbədə Türkiyə və Azərbaycan üçün əlverişli şərait yaratdı".
Nəşr bildirir ki, Ermənistan Rusiyanın poliqonuna çevrilərək öz subyektliyini itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB