Rövşən Lənkəranskinin yeri bəlli oldu?

Rusiyanın kriminal aləminin ən məşhur simalarından biri, qanuni oğru, Rövşən Lənkəranskinin harda olduğu bilinmir. Xatırladaq ki, Rövşən Lənkəranskinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olduğu iddia olunur. Lakin Dubay polisinin rəisi Dahi Həlfanın sözlərinə görə, "Rusiyanın hüquq-mühafizə təşkilatlarının axtardıqları və ya hər hansı cinayətdə şübhəli bildikləri şəxsin şəhərə gəlişi ilə bağlı əməliyyat məlumatı alınmayıb".

Həmçinin İstanbul polisi də "Rövşən Lənkəranski" ilə bağlı məlumata malik olmadığını bəyan edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Rövşən Lənkəranski öz vkantakte səhifəsində sağ-salamat olması ilə bağlı status yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə