İranın təbliğat maşını uzun müddət “rol”da qala bilmir

Mübariz Əhmədoğlu, Siyasi İnnovasiya və

Texnologiya Mərkəzinin rəhbəri, politoloq

İran-Azərbaycan münasibətlərindəki son dəyişikliklər İrandakı ermənpərəstləri narahat edir

İranın antiazərbaycan istiqamətində fəaliyyət göstərən mətbu orqanlarında yenidən aktivlik müşahidə olunur. Mövzular antiazərbaycançılıq istiqamətində daha sərtləşir, fəaliyyəti zəifləmiş saytların aktivliyi artırılır, onların erməni mətbuatı ilə iş birliyinə yenidən xüsusi önəm verilir. İsrail ideyalarının təbliğində bu mətbu orqanlarının rolu yenidən gücləndirilir. Bir müddət söyüş, təhqir ritorikası azalmışdı. İndi yenidən bunlar hiss olunur. İranın məşhur mətbu orqanları yenə də məqsədyönlü antiazərbaycan xarakterli suallar formalaşdırıb, rəsmilərinə ünvanlayıb, onlardan aldıqları cavabları daha da qatı antıazərbaycan formada təqdim etməyə başlayıblar. Yeni müraciət ünvanları müəyyən olunub,işə qoşulub.

Şeytan mühitində mayası qoyulan, doğulub boya başa çatan adamlar nə qədər rola girsələr də, hökmən şeytan köklərinə qayıtmalıdırlar və ətrafdakıların hamısını şeytan kimi görməklə təbliğ etməyə başlamalıdırlar. Bu, şeytançılığın ən mühüm qaydasıdır. Bu qaydanı İranda çox gözəl bilirlər, çünki nəinki şeytandırlar, hətta içərilərində elələri var ki, şeytanın müəllimliyinə iddialıdırlar. Ona görə də fürsət tapan kimi Azərbaycana qarşı zərbə vurmaqla məşğuldurlar. Öz ölkəsinin müdafiə nazirinə inanmayıb,İsrailin fitvası ilə işləyən qəzetə inanmaq əsil iranvari şeytançılıqdır. Söz arası bir fikri deyək ki, bizim Azərbaycanda "çörək qazanmağa maneçiliyin" günah olduğu çoxdan bəllidir. Biz mübarizə etməyi də,təmkinli olmağı da bacarırıq, amma eyni zamanda İrandakılar nəzərə alsınlar ki, biz müsəlmanıq və şeytana dözməyəcəyik. Şeytanı onu məhv etməyə gücümüz çatar, o halda Allah bizimlə olacaqdır.

İranın Azərbaycandakı səfirinin fəaliyyəti ürəkaçandır. Onun qısa fəaliyyəti dövründə baş verən dəyişiklikləri, bəzi simaların itib-sıradan çıxmasını görürük, amma eyni zamanda İranın xərçəngvari qaydada Azərbaycana müdaxilələrinin də təsirini görürük. Aşura mərasimini ümumazərbaycan miqyaslı antidövlət mahiyyətli tədbirə çevirə bilməyən İran bir-iki epizodda özünün kimliyini nümayiş etdirdi. Azərbaycan dövlətçiliyinin müdafiəsi adı ilə Talış Birliyi yaradılıb. İranda talışlara hansı hüquqlar verilibsə, eyni hüquqları Azərbaycanda özünü talış kimi dərk edənlərə vermək olar. Birgə komissiya İranda və Azərbycan Respublikasında talışların hüquqlrını öyrənə bilər. Eyni qaydada hər iki ölkədəki qadın azadlıqları məsələsinə yanaşmaq olar.

Özünə güvənmək və ya özündə qüsur görməmək də islami deyil, şeytani xüsusiyyətdir. "İranın güclü sineması və ya kinosu" adı ilə aparılan təbliğat məxsus olaraq Azərbaycanın kinosunu, incəsənətini sıradan çıxarmağa yönəlib. Bu ad altında İran Azərbaycanda bir xeyli iş görür və bu iş ola bilər ki, bir müddət davam etsin. Çünki ölkəmizin kino və mədəniyyət sahəsinə ciddi şəkildə müdaxilə edib və baza yaradıb. Ona görə də öz dövründə çəkilmiş şəkildə başı yarı örtülü Azərbaycan qadını bu gün İranda zəhərlənmiş kinooperatorun və ya rejissorun gözü ilə müasir İran qadını kimi görünür. Bütün bunlar bizlərə bəllidir. Eləcə də o da bəlli oldu ki, İran Azərbaycan haqqında yaxşı fikir danışanda, Azərbaycana xoş münasibət göstərəndə rola girir. İranın real həyatdakı sifəti Azərbaycana düşmənçilikdir. Bunu bəzən açıq, bəzən gizli formada nümayiş etdirir.

İranda Azərbaycan Respublikası ilə münasibətləri normallaşdırmağa doğru güclü addımların atıldığı vaxtda,İran mətbuatının, onların arxasında qatı antiazərbaycan mövqedə dayanması proqnozlaşdırılan idi. İsrailin dediklərində təzə bir şey yoxdur. Təzə olan İranın Azərbaycanla münasibətlərinn yaxşılaşma ehtimalıdır. Maraqlıdır ki, münasibətlərimizin tarxində ilk dəfədir ki, bu yaxşılaşma sərhədçilərimizi də əhatə edir. Həmsərhəd, o cümlədən işğal altındakı sərhədlərimizdə birgə təlimlər məsələsi müzakirə edilir. İki dövlət arasında baş verənlər həm İranın, həm də Azərbaycanın xeyrinədir. Amma Ermənistanın maraqlarına ziddir. Ona görə qohum-əqrəbası nararhatdır və aktivləşiblər. İran-Azərbaycan münasibətlərinə o qədər diqqət ayırmayan "Press TV"nin bu məlumatının mənşəyinə gedib çıxmaqla ermənilərin qohum-əqrəbasının və ya İran-Azərbaycan münasibətlərinin normallaşmasının əleyhdarlarının izinə düşmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə