Fermerlərin sözlərinə görə, yayin quraq keçməsi, becərmədə istifadə edilən əksər kimyəvi dərmanlarin keyfiyyətsiz olmasi meyvənin bir qisminin vaxtindan tez xarab olmasina səbəb olub. Üstəlik də yiğim başa çatandan sonra iş adamlarinin Rusiya bazarlarina məsul apara bilməmələri, bu sahədə yaranan çətinliklər də məhsulun məhf olmasi ilə nəticələnib. Müşahidələrimiz zamani da Qubanin Amsarqişlaq kəndində tonlarla almanın məhv olduğunun şahidi olduq. Fermerlər məhsulun xüsusi kameralarda saxlanmasinada ehtiyac görmürlər. Buna səbəb isə nəzarətsizlikdir.
Saxlama kameralarini işlədən sahibkarlar isə problemə fərqli yanaşirlar. Çəkiliş apardiğimiz ambarlardan birinin nümayəndəsi bildirdi ki, 350 ton tutumu olan kameraya indiyədək cəmi 150 t meyvə qoyulub, bu isə ambara ümumi çəkilən xərci tam ödəmir. Moskva bazarlarının bağlanma xəbəri isə həm fermerlərin, həmdə iş adamlarının qayğılarını artırıb.
Baş çəkdiyimiz digər saxlama kameralarinda isə vəziyyət fərqli idi. Öyrəndik burada məhsulun Rusiya bazarlarina çixarilmasi ilə bağli heç bir problem yoxdur. Son 4 gündə Rusiya bazarlarina 40 tondan artiq alma göndərilib. Bu məlumati verən ambarin texnoloqu Ramiz Zeynalov Rusiyada Quba almasina hər zaman ehtiyac olacağını deyir.
Quba Rayon Icra Hakimiyyətində isə 12 min 916 hektar sahədə alma yetişdirən fermerlərin problemlərindən xəbərdar olduqlarini bildirdilər. İcra başçisinin müavini Ruslan Haciyevin sözlərinə görə, bu il Rusiya bazarları ilə yanaşı bu ölkədə Azərbaycandan idxal edilən meyvənin gömrük rüsumu da artırılib. Əgər keçən il Rusiya gömrük keçidində almanin 1 kq-na görə, 4 rubul yəni 10 qəpik alınırdısa, indi bu rəqəm 6 rubla yəni 15 qəpiyə qədər artırılıb. Ümumilikdə isə 1 kiloqram almanı Rusiya bazarina çıxarmaq sahibkara 32 rubula yəni 90 qəpiyə başa gəlir.
İcra rəsmisi onu da bildirdi ki, rayon ərazisində 13 soyuducu anbar var və bu rəqəm yaxin vaxtlarda 15-ə çatdırılacaq. Bundan başqa o, məhsulun satış problemini həll etmək məqsədi ilə iş adamlarına emal müəssisələri yarada bilmələri üçün güzəştli kreditlərin veriləcəyini də bildirdi. Bunun üçün isə artıq İqtisadi İnkişaf və Kənd təsərrüfatı nazirlikləri ilə razilaşma da əldə edilib. İcra hakimiyyətindən fermerlərin mövcud problemləriylə bağlı qurumda xüsusi təkliflər hazırlandığıda bildirildi.
Emin Kərimov, SİA üçün Qubadan
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB