Tarix boyu gəlin-qayınana münaqişəsi ailələrin ən ciddi problemlərinə çevrilib. Hal-hazırda müasir dövrümüzdə bu problemin həlli hələ də sağalmaz xəstəlik kimi ailələri öz ağuşuna alıb. Bir çox hallarda iş o həddə çatır ki, bəzi gənc ailələr hələ formalaşmamış dağılır. Bəs bunun səbəbi görəsən nədir? Onlar nəyi bölməkdə çətinlik çəkirlər?
İngiltərə mütəxəssisləri bu sualın cavabını tapmağa çalışırlar. İctimai araşdırmalar aparan ekspertlər bu qənaətə gəliblər ki, hər 10 gəlindən 4-ü qayınanası ilə münasibət qurmaqda çətinlik çəkir. 10 gəlindən 5-i isə qaynanası ilı olan münaqişəni həyat yoldaşı ilə bölüşür. Bizim cəmiyyətdə isə çoxları problemi bir yerdə yaşamaqda görür. Amma yazıqlar olsun ki, elə ayrı yaşayanlar daha çox boşanma halları ilə üzləşir.
Əgər sənin dilin zəhərdisə, ərinlə yola gedə bilmirsənsə, qayınana nə edə bilər? Belə bir el misalı var: "Adamın adı çıxınca, canı çıxsın". Qayınanalar üçün gəlinin bir süpürgədən fərqi yoxdur, "harda qoysam, orada qalmalıdır" söyləyirlər (düzdür, indi belə süpürgələrə çox az rast gəlinə bilər ). Hər zaman şikayətlənirlər ki, bizim zamanımızda belə deyildi, biz belə gəlin olmamışıq və sair və ilaxır. Hətta türklərin tarixdən götürülən bir serialda - "Muhteşem yüzyıl"da da aydın görmək olar ki, gəlinlər hər zaman qayınanalarının dizinin dibində otururlar onların dedikləri qanundan irəlidir.
Validələr (qayınanalar) gəlinlərini öz təsirləri altında saxlamaq istəyirlər, sərbəst, müstəqil yaşam tərzi kecirməyə imkan vermirlər. Qayınanalar gəlinin sözlərini ciddi qəbul etmirlər, keçmişdən gələn təcrübələrindən yararlanmağı istəyirlər, gəlinin mətbəx işlərini tənqid edirlər. Bu kimi məsələlər hələ yenicə ailənin gəlini olan bir xanıma psixoloji təsirini göstərir. O, da öz tərəfindən ona qarşı sərt fikirlərini irəli sürür.
Gəlin-qayınana mübahisələrinin əsas səbəblərindən biri isə uşaqdır. Qayınananın gəlinin nəvəsini qeyri-sağlam qidalarla bəslənməsini iddia etməsi, uşağın zəif, arıq olması ciddi narazılıqlar yaradır. Hər iki xanım öz bildiyi kimi tərbiyə vermək istəyir uşağa. Allah rəhmət eləsin sənə, ay Nəsibə xanım, sən əsil Azərbaycan qayınanasının tipik surətini yaratmışdın "Qayınana" filmində. Son nəticə də, ondan ibarət oldu ki, pisi görməsən, yaxşının qədrini bilməzsən.
Sonda sözüm gözəl qayınanalara və gözəl gəlinlərədir. Bir-birinizin həyatını çürütməkdənsə, mehriban olun! Axı cəmiyyətin ağıllı, gözəl xanımlara ehtiyacı var.
İntizarə MƏMMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB