Yer zahiri təhlükədən ciddiyyətlə qorunur

Günəş sistemi 9 planetindən ibarətdir. Planetlərin 4-nün səthi bərk, qalanları isə maye və buz planetlərdir. Alimlər sonuncunun planet əsilli olmadığını iddia edirlər. Merkuri, Venera, Yer və Marsın səthi möhkəmdir və ancaq Yerin Ay adlı süni peyki var. Yupiter və Saturun isə ətrafında 10-15 buz planet dövrə vurur. Digər planetlərin isə süni peyki yoxdur.

Bəşər tarixində yalnız Ay səthinə insan ayağı dəyib. Sağ və sol qonşuluğumuzda Günəşin başına dövrə vuran odl Venera və soyuq Mars səthinə elmi-tədqiqat işləri aparan kosmik gəmilər göndərilib. Yupiter, Saturn və digər uzaq planetlər istiqamətinə, hətta 9 planetdən kənar svilizasiyalara doğru da kosmik gəmilər göndərilib. Bunlar astronomiyadan bizə məlum olanlardır.

Bunu bir daha təkrar etməkdə məqsədimiz yaradılışından yeganə insan məskəni olan Yerin kifayət qədər yaxşı mühafizə olunmasını göstərməkdir. Planetlərin hamısı, yaxınlığına-uzaqlığına görə müəyyən sürətlə həyat mənbəyi olan ana Günəşin başına öz orbiti üzrə dövrə vurmaqdadır. Günəşə yaxın planetlər daha sürətlə, uzaqdakılar isə nisbətən ləng hərəkət edirlər. Merkuri və Venera Yerdən daha sürətlə, digər planetlər isə daha yavaş fırlanırlar.

Dekabrın 21-də Günəşdən bir istiqamətə düz xətt üzrə "planetlərin paradı" müşahidə ediləcəkdir. Bir qrup mütəxəssis bunun fəsadlara səbəb olacağını iddia edir. Bu fikrin əksini düşünənlər də kifayət qədər çoxdur. Bəşər tarixində bu cür "parad"ın kifayət qədər müşahidə edildiyi məlumdur. Göründüyü kimi, Günəş sistemi yaşamaqda davam edir. Xatırladırıq ki, Yerə həyat bəxş edən nəhəng ulduzumuz olan Günəş bütün planetləri ilə birlikdə bizim qalaktika ətrafında dövrə vurmaqdadır. Alimlər indiyədək Günəşin dövrələrinin sayının 20-dək olduğunu bildirirlər.

Yerlə Mars arasındakı məsafə 70-150 milyon kilometrə bərabərdir və onların aralarında yüz minlərlə müxtəlif ölçülü asteroidlər yerləşir. Yaxın planetlərə düşən də məhz onların hissələridir. Yerin atmosferi istənilən asteroidi yandırmaq gücünə malikdir. Ancaq asteroid böyük olduqda, atmosferin onun parçalamağa gücü çatmır. O zaman təbii fəlakət baş verir. Dinozavrların məhz bu cür hadisələr zamanı məhv olunduğu iddia edilir.

Uzaq aləmlərdən 9 planet hüdudlarını keçərək Günəşə doğru kometlər də qonaq gəlir. Nəhəng Saturn və Yupiterin cazibəsini dəf edən kometlər dörd bərk planetin orbitinə keçirlər. Bu zaman onların Yerə çırpılması ehtimalı yaranır. Kometlər böyük sürətlə Günəşə doğru irəliləyir, onun cazibəsini dəf etdikdə ətrafında dövrə vurub yenidən dörd bərk planet orbitindən keçib geri qayıdırlar. Günəşin cazibəsini dəf edə bilməyən kometlər onun nəhəng plazmasına çırpılıb məhv olurlar. İndiyəədk yüzlərlə komet Yerə təhlükə törədib. Sonunc-Halley kometi 1986-cı ildə Yerə heç bir təhlükə törətməyərək, Günəşin başına fırlanıb, sağ-salamat geri qayıtdı. Alimlər Halleyin nəhəng daş və buz parçası olduğunu iddia edirdilər. Ancaq sovet, Yaponiya və Avropa ölkələrinin müştərək olaraq kometin öyrənilməsi üçün Halleyə doğru istiqamətləndirdikləri üç kosmik gəmi tamam başqa nəticəyə gəldi. Həmin illərdə "Pravda" qəzeti kiim ateist ruhlu kommunist partiyası orqanında komet haqda dərc edilən məqalələri oxumaq şərəfi mənə də nəsib olub. Yazılarda mütəxəsislər etiraf edirdilər ki, Halley soyuq yox, kifayət qədər istiliyə malikdir və komitlər, min illərlə həyat ehtismalı az olan planetlərə düşəcəkləri təqdirdə, həyatı elemenlər yaratmağa qadirdirlər.

Onu demək istəyirəm ki, Güşəndən təxminən 150 milyon kilometr kənarda, onun başına firlanan Yer kürəsi böyük sürətlə bu nəhəng dairəni cəmi bir ilə başa vurur. Deməli, Yer saniyədə təxminən 45-50 kilometr sürətlə fırlanır. İndi gələk mətləbə. 21 dekabrda Günəşdən bir istiqamətdə qopan qızmar külək Yeri haqlamaya da bilər. Yəni Günəş küləyi Yer orbitinə çatanda, bizim planet öz orbitinin başqa yerində ola bilər. Elə bu faktın özü də Yerin təhlükəli komet və asteroid təhlükəsindən ciddi surətdə qorunmasına işarədir. Yerin kütləsi Günəşin kütləsindən təxminən 200 min dəfə kiçikdir. Bu da onun qorunma nisbətinin isti kürədən 200 min dəfə çox olduğunu sübut edir. Kometləri Saturn və Yupiterin azman cazibəsi də ləngidir.

Valeh Məhərrəmli

Bütün xəbərlər Facebook səhifəmizdə