YAP ötən 20 ildə şərəfli, müqəddəs yol keçərək ən yeni tariximizə qızıl möhürünü vurub
Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual stratejı proqramında ana xətt təşkil edir
"Bizim dayağımız Azərbaycan xalqıdır və iqtidarın mənbəyi xalqdır. Biz bütün təşəbbüslərdə Azərbaycan xalqının dəstəyinə arxalanırıq. Bizim ideologiyamız azərbaycançılıq, dövlətçilik, müstəqillik ideologiyasıdır. Bu da bütün cəmiyyəti birləşdirir və biz bu yolla uğurla addımlayırıq".
Cəmiyyətin siyasi sisteminin güzgüsü siyasi qurumların fəaliyyətidir, siyasi hakimiyyətin nüfuz göstəriciləridir. Siyasi hakimiyyət iqtisadi, ideoloji, təşkilati-hüquqi təsirlər vasitəsilə, habelə nüfuzun, ənənənin, zorakılığın köməyi ilə insanların, sosial qrupların davranışına təsir göstərmək qabiliyyəti kimi səciyyələnir. Siyasi hakimiyyət insanların birgə fəaliyyətinin təşkili və tənziminin mühüm amili, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin təmini vasitəsidir. Cəmiyyətin siyasi həyatında iştirak edən dövlət təsisatlarını, siyasi partiyalar və ictimai təşkilatlar, kütləvi informasiya vasitələrinin fəaliyyətin genişliyi, əhatəliliyi ölkənin milli inkişafına təsir göstərir. Bu mənada Azərbaycanın siyasi sisteminin dünyada ən münbit və şəffaf, bu sistemin tərkib hissəsi olan ictimai-siyasi qurumların geniş, açıq, tam demokratik fəaliyyəti üçün möhkəm mexanizmlərin formalaşdığını görmək olar.
Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) möhtəşəmliyinin də birbaşa bariz təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının ifadəçisi olmasıdır. Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri YAP-ın konseptual stratejı proqramında ana xətt təşkil edir. Çoxşaxəli islahatlar, sosial-iqtisadi inkişaf doktrinası YAP-ın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin adı ılə bağlıdır.
Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan və formalaşan Yeni Azərbaycan Partiyasının 20 illik yaranma və inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan Partiyasını yaradanlar bu partiyanın təməl daşını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Ölkənin milli dövlətçilik konsepsiyasını müəyyən etmək, iqtisadi-siyasi sabitliyin davamlılğını möhkəmləndirmək, islahatların konseptlərini və strategiyasını hazırlamaq milli lider faktoru ilə sıx bağlıdır.
YAP-ın möhtəşəmliyinin, zəngin resurslarının, qüdrətinin güclənməsində, ilk növbədə, Partiyanın lideri faktoru mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyevin Partiyanın Sədri olması, ulu öndər Heydər Əliyev şəxsiyyəti YAP-ın cəmiyyətdə nüfuzunun, qüdrətinin artmasında başlıca amil hesab olunur. Ümummilli lider YAP-ın ideoloji məramını, siyasi proqramını, strategiyasını müəyyən etməklə, həm də, Azərbaycanın müstəqil dövlət kimi inkişaf platformasının istiqamətlərini hazırladı. 1993-cü il oktyabrın 3-də YAP-ın Sədri Heydər Əliyevin xalqın mütləq əksəriyyətinin səs çoxluğu ilə Prezident seçilməsi partiyanın həyatında yeni dövrün əsasını qoydu. Ulu öndərin zəngin siyasi idarəetmə məharəti, milli dövlətçilik ənənələrinə dərindən bələd olması, reformaların mahiyyətini bütün təfərrüatları ilə dərk etməsi və həyata keçirmək qüdrətində olması, praqmatik keyfiyyətləri və digər nadir xüsusiyyətləri müstəqil Azərbaycanın əhatəli inkişaf strategiyasının hazırlanmasına əsaslı baza yaratdı. Ümummilli lider Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək fundamental iqtisadi model hazırladı.
Ötən 20 illik inkişaf trayektoriyasının bütün xətlərində YAP-ın iqtidar partiyası kimi aktiv rolu diqqət çəkir. 20 il ərzində Yeni Azərbaycan Partiyası çox şərəfli bir yol keçib. Yarandığı ildən bəri bu partiya Azərbaycanda milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox taleyüklü problemlərinin aradan qaldırılmasında həlledici rola malik olan bir siyasi təşkilat kimi öz bəhrəsini verib.
Yeni Azərbaycan Partiyasının cəmiyyətdə daha da güclü siyasi təşkilata çevrilməsində Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam etdirən, Heydər Əliyev amallarını yaşadan, Onun layiqli davamçısı, Partiyanın Sədri İlham Əliyev amili mühüm rol oynayır. Azərbaycan xalqının Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi, həyata keçirilən siyasəti dəstəkləməsi, gələcəyə böyük inamla addımlaması YAP-a olan inam və məhəbbəti gücləndirib.
Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyevin yaratdığı inkişaf konsepsiyasının dayaqları üzərində inkişaf edərək yeni dövrün reallıqlarına uyğun çevik,özünəməxsus, modern bir idarəetmə platforması formalaşdırıb. Azərbaycanın siyasi lideri idarəçilik fəlsəfəsinin yeni komponentlərini yaratmaqla dövlət apratı sistemində ən mükəmməl və demokratik meyarlara əsaslanan unikal bir idarəetmə formulu müəyyən edib. Bu, Azərbaycanın milli dövlətçiliyinin möhkəmlənməsini təmin etməklə bərabər, bölgə ölkələrinin geniş əməkdaşlıq vektorlarının mühüm prinsiplərini özündə ehtiva edir. Region dövlətlərinin liderlərinin öyrənmək istədiyi bu formula demokratiyanın, milli birliyin, tolerantlığın, sivilizasiyalararası geniş əməkdaşlığın, multikulturalizmin dərinləşməsinə tövhə verici faktor qismində çıxı şedir, regionlalarası səmimi təmas nöqtələrinin trayektoriyalarını müəyyən edir. Odur ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlü siyasət öz mühüm nəticələrini göstərməkdədir. Yüz minlərlə yeni iş yerlərinin açılması, əmək haqqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ildən geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşa layiqli həyat təmin etmək üçün əlverişli şərait yaradıb. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə regionun lider dövlətinə çevrilib.
YAP Sədri, Prezident İlham Əliyev Azərbaycanda milli ideyaplatformasını ən dərin təməllər üzərində inkişaf etdirərək ölkənin sosial-iqtisadi,siyasi-hüquqi proqressiyasını yüksək xətt üzrə irəliləyişini sürətləndirib. Onun ən yeni tarixin qlobal təsirlər və regional proseslər məcrasında mahir və peşəkar siyasil ider kimi çevik qərarları ölkəmizin milli ideoloji bazasını gücləndirib.
YAP-ın məram və məqsədi onun Nizamnaməsi və Proqramında öz əksini tapıb. Partiyanın strateji platforması Azərbaycanın milli inkişaf doktrinasının təməl prinsipləri ilə üzvü vəhdət təşkil edir. Azərbaycan Konstitusiyasında təsbit olunmuş bütün siyasi, sosial, iqtisadi, humanitar demokratik prinsiplər YAP-ın fəaliyyət proqramının ana xəttini təşkil edir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
YAP-ın niyyəti və strateji xətti cəmiyyətə açıqdır. Partiyanın Milli Fəaliyyət Planı, ideya-məzmun konsepsiyasının əsası, trendləri Azərbaycanın yüksək inkişafının təmin olunmasından, zənginləşməsindən, dünyada ən qüdrətli dövlətə çevrilməsindən ibarətdir. Partiyanın təqdim etdiyi proqramlar sadəcə vədlər deyil. Birgə səylər nəticəsində hər bir vəd konkret əməli işlə təsdiqlənir. Bu isə YAP-ın cəmiyyətdə nüfuzunun, siyasi çəkisinin daha da artmasına stimul verir. Qanunun aliliyinin təmin edilməsi, ölkədəki güclü sabitlik potensialın daha da möhkəmləndirilməsi, millitəhlükəsizliyin dönməzliyinin qorunması, demokratik islahatların genişləndirilməsi, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və idarəetmədə müasir kadr potensialının gücündən istifadə olunması, Azərbaycan iqtisadiyyatının milli inkişaf modeli əsasında yeni çağırışlara uyğun idarəedilməsi, innovativ iqtisadiyyatın təmin olunması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, güclü maliyyə ehtiyatları fonunda orta təbəqənin formalaşdırılması, sosial tərəqqinin gücləndirilməsi Yeni Azərbaycan Partiyasının amalı, qayəsi, konseptual milli baxışlarıdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi sahəsində səylərin artırılması, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, milli təhlükəsizliyin və ölkəmizinhərbi-müdafiə qüdrətinin gücləndirilməsi, respublikamızın dünya birliyində artan nüfuzunun daha da yüksəlməsi, güclü, müasir Azərbaycanın regionda aparıcı aktora çevrilməsinin möhkəmləndirilməsi YAP-ın strateji maraqlarının ifadəsidir. Ötən 20 ildə şərəfli, müqəddəs və Azərbaycanın güclənməsi üçün aktiv fəaliyyəti ilə ən yeni tariximizə qızıl möhürünü vuran YAP qarşıda ölkəmizin qüdrətlənməsi, siyasi-iqtisadi sabitliyin daha da möhkəmlənməsi, islahatların modernləşmə mərhələsinə çatması üçün fəaliyyətinin daha möhtəşəm platformasını gərçəkləşdirməyə hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə 15 Oktyabr 11:47Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - YENİLƏNİR
Siyasət 15 Oktyabr 11:45Soyuducunu açıb nə axtardığımızı unutduğumuz anlar - KÖŞƏ
Sosial 15 Oktyabr 10:58Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



