"İctimai Palata"da 2013-cü ilin prezident seçkilərində vahid namizəd məsələsi ətrafında qızğın müzakirələr getməkdədir. "Palatanın seçkidə iki namizədi mövcuddur. Bunlar AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbərdir". "İctimai Palata"nın Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı belə deyib. Manaflı həm də etiraf edib ki, prezident seçkiləri zamanı İctimai Palatada vahid namizədin müəyyənləşməsində narazılıqlar olacaq. Buna baxmayaraq müxalifət seçkiyə vahid namizədlə getməyə məcburdur.
İsa Qəmbərin heç bir gücü yoxdur
Görəsən bunların arasında seçim necə aparılacaq? Və ya namizədlər Palata daxilindəki seçkilərin nəticələrini tanıyacaqmı?
Bir zamanlar isti münasibətləri olan, Müsavat başqanına himayədarlıq edən Rəsul Quliyev bu gün Azərbaycanda İsa Qəmbər adlı adamın heç zaman prezident olmayacağını açıq şəkildə dilə gətirib. Onun fikrincə İ. Qəmbərin heç bir gücü yoxdur. R. Quliyev hətta 2003-cü ildəki prezident seçkilərində İ. Qəmbəri dəstəkləməklə çox-çox kobud səhvə yol verdiyini etiraf edib.
Onlar nəinki indiki prezidentə, başqa namizədə də ciddi alternativ ola bilməzlər
Hər iki "liderlə" bir vaxtlar eyni cəbhədə olan BAXCP sədri Qüdrət Həsənquliyevonlar haqqında bu ifadələri işlədir: "İstənilən sosioloji sorğular göstərir ki, cəmiyyətin maksimum on, on iki faizi radikal tələblə çıxış edən siyasi qüvvələrə dəstək verə bilər. İsa Qəmbər və Əli Kərimlinin ümumi elektoratının faizi ondan yuxarı ola bilməz. Yəni məsələyə onların indiki platformasından yanaşanda, o qüvvələr nəinki indiki prezidentə, heç başqa namizədə də ciddi alternativ ola bilməyəcəklər. Ona görə də aralarında razılığa gəlib-gələ bilməmələri fərq etmir. Əli Kərimlini yaxından tanıyan adam kimi deyə bilərəm ki, Azərbaycanda İsa Qəmbərə ondan çox nifrət edən siyasətçi yoxdur. Onlar məcbur müttəfiq olublar. İstənilən məqamda Əli Kərimli İsa Qəmbəri bir çürük qoza sata bilər. Bunu İsa Qəmbər də çox gözəl bilir. İsa Qəmbər yaxşı bilir ki, Əli Kərimliyə hara qədər güvənmək olar. Qarşılıqlı güvən, etibar olmayan yerdə heç bir uğurdan söhbət gedə bilməz".
Bir-birlərinə güzəştə getməyəcəklər
Bütün bunları diqqətə alsaq müxalifətin vahid namizəd məsələsini həll edə biləcəyi inandırıcı görünmür. "İctimai Palata"nın iki əsas lideri növbəti prezident seçkilərində bir-birinə güzəştə getməyəcəyi ehtimalı daha çoxdur. Bir sözlə çətin ki, məğlub olan tərəf onun nəticələrini tanısın. İkisi də biri-birinə bab olan "liderlər" öz iddialarından bir addım olsa belə geri çəkilməmək fikrində qətidirsə və ya onların çəkilməsini təmsil etdikləri komanda qəbul etmirsə, bu zaman 3-cü namizədi tapmaq lazımdır.
Bu ehtimalları nəzərə alsaqmümkün iki variant var. Mövcud problemləri həll etmək üçün ya "İctimai Palata" buraxılmalı, ya da Palata tərəflərin qəbul edə biləcəyi kənar vahid namizədlə seçkiyə getməlidir. Uzun sözün qısası, "iki qoçun başı bir qazanda qaynamır və ya vahid namizəd kimi bu iki baş işə yaramır". "İctimai Palata"ya üçüncü baş lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB