Nikolay Bordyuja burnundan uzağı görmür - ANALİZ

Və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi niyə Azərbaycanı hədələyir?


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja növbəti dəfə siyasi baxışlarını və daxili hisslərini gizlədə bilməyərək Azərbaycanı hədələməyə cəhd göstərib. KTMT baş katibi öz "hərbçi səmimiyyəti" ilə çox sevdiyi Yerevan şəhərindəki çıxışında bildirib ki, əgər erməni hərbçiləri Azərbaycanla müharibə başlayacağı təqdirdə güc gələ bilməsələr, onlar özləri Ermənistana kömək edəcəklər. Bu açıqlamanın rəsmi şəxs tərəfindən bəyan edilməsi isə həm təəccüb, həm də təəssüf doğurur və hər iki amildən bir sual ortaya çıxır: Onun məqsədi nədir?Onun bu kimi "ürəkli" açılqlamalar verməsi diplomatik tərzə, qonşuluq siyasətinə ümumiyyətlə yaxın durmur.

Təcavüzkar və terrorçu Ermənistanın bu quruma üzvlüyünün Azərbaycan üçün maneə faktoru ola biləcəyi barədə suala isə onun cavabı müsbət olub. Yəni Ermənistanın mövqeyi bir daha onun mövqeyi ilə üst-üstə düşüb. O qeyd edib ki, müttəfiqlərin mövcudluğu və tərəfdaşların köməyi çox vacib faktordur. Rusiyalı general bildirib ki, Ermənistanın KTMT-yə üzvlüyü Qafqaqzda stabilliyi qorumaq nöqteyi nəzərindən çox müsbət faktordur (?!)


Siyasi savadsızlığın bariz "generalı"


Maraqlıdır, bir ölkənin işğalçılıq siyasəti demək olar ki, dünyanın siyasi marağı dairəsindədir və nüfuzlu təşkilatlar bu problemin həlli istiqamətində az-çox səylərini göstərirlər. Ancaq rus generalı Ermənistanın mövcudluğunu "Qafqazada sülhün qorunması" kimi sərsəmləyir. Sərsəmləyir və işğalçıya haqq qazandırır! Yəni Bordyuqa sadəcə olaraq siyasi savadsızlığı ilə kimin torpağının kim tərəfindən işğal edildiyini bilmir, ya da özünü kifayət qədər bicliyə qoyaraq, özünü bilməz kimi aparır.

Əslində Azərbaycanın ünvanına tez-tez hədələrlə çıxış edən generalın ritorikasına fikir verməmək də olar. Ancaq kiçik (bəlkə də böyük) bir nüans var. Rusiya rəhbərliyi dəfələrlə qeyd edir ki, Azərbaycan onlar üçün çox vacib strateji tərəfdaşdır. Onda, generalın bu bəyanatını necə başa düşmək olar? Bəlkə ona başa salmaq lazımdır ki, o sadəcə hərbçidir və vəzifəsi ictimai, siyasi bəyanatlar səsləndirmək yox, əmrləri icra etməkdir. Daha onun açıq qaydada separatçı çıxışlar etməyinə rəvac verilməməlidir. Bəlkə də N.Bordyujanın Yerevana sıx-sıx səfərlər etməyinin arxasında onun alkaşlıq zəifliyi dayanır. Hər halda özünübiləmz generaldan bunu gözləmək olar. Onun erməni konyakı üçün istənilən başqa əraziyə tank sürəcəyini də təəccüblə qarşılamaq lazım deyil. Çünki erməni konyakı onun üçün hər şeydir. Hətta general paqonlarından da üstündür.


Həqiqət, güclü Azərbaycandır!


N.Bordyuja onu da bilməlidir ki, ən çox səslənən rəylərdən biri də Rusiyanın belə birlikləri formalaşdırmağa qadir olmaması barədədir. Belə ki, hərbi ekspertlər maliyyə böhranı yaşayan şimal qonşumuzun yeni hərbi blok formalaşdıra bilməsini real saymırlar və rus ordusunun özündə ciddi çatışmamazlıqların olduğunu önə çəkirlər. Müstəqil ekspertlərin rəyincə, Rusiya ordusu ciddi islahatlar ərəfəsindədir. Hakimiyyət orduda ciddi ixtisarlar edərək dövlət vəsaitinə qənaət etmək fikrindədir. Ayrı sözlə, artıq maliyyə xərclərindən yaxa qutarmağa çalışan Rusiyanın daha Boprdyuja timsalında bahalı layihələrə qoşulması inandırıcı deyil. KTMT isə sadəcə və sadəcə görüntüdür.

Lakin onu da xatırladaq ki, hələ bir müddət bundan öncə məhz həmin bu N.Bordyuja "Qarabağda müharibə olsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qüvvələrindən istifadə olunmayacaq" kimi bəyanat da səsləndirmişdi. Görünür həmin bəyanatını verdiyi zaman sərxoş olmayıb və hansı siyasi səhfə yol verəcəyini yəqinləşdirmişdi. O zaman rus generalı inandırmağa çalışmışdı ki, bu qüvvələr dondurulmuş münaqişələrin həllindən kənarda qalacaq.

Amma bütün bunlardan sonra onun bu kimi sərsəm bəyanatla çıxış etməsi, Azərbaycanın təhlükəsizliyinə qarşı bilavasitə təhdidedici ifadələr işlətməsi həmin onun. Həm də Ermənistandakı alkaş erməni generallarına çox baha başa gələ bilər. N.Bordyuja isə sonuncu bir reallığı amnlamalıdır: Güc pafoslu bəyanatlarda deyil, həqiqətlərdədir. Həqiqət isə GÜCLÜ AZƏRBAYCANDIR!


RÖVŞƏN RƏSULOV


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...