Ermənistanı yenidən etirazlar dalğası bürüyür - ANALİZ

Ölkəni tərk edənlərin sayı isə günbəgün artır


Seçkilərdən sonra Ermənistanda davam edən ağır durum insanları yenidən meydanlara çıxmağa məcbur edib. Sadə ermənilər iqtidarı ölkədəki dözülməz vəziyyətə, özbaşınalığa, oliqarxların monopoliyasına, işsizliyə, sosial ədalətsizliyə son qoymağa çağırıb.


Müxalifətdən iqtidara sürpriz

Erməni Milli Konqresinin (EUK) Yerevandakı Azadlıq meydanında keçirdiyi mitinqə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan, millət vəkilləri, EUK-da təmsil olunan partiya liderləri qatılıblar.

Mitinqdə ilk çıxış edən Ermənistan Ümummilli Hərəkatı Partiyasının İdarə Heyətinin sədri Aram Manukyani özünün, EUK Qrupundan olan millət vəkillərinin parlamentdəki fəaliyyətindən məmnuniyyətini dilə gətirib: "Parlamentdə birgə, qrup olaraq iştirak etdik. İki gün ərzində 7 millət vəkili 10 dəfə vətəndaşlarımızı narahat edən, həllini çoxdan gözləyən problemləri qaldırdılar, müxtəlif mövzularda çıxışlar etdilər. Bütün bunlar Ermənistan Respublikaçı Partiyası və iqtidar üçün sürpriz idi. Onlar sürpriz gözləyirdi, ancaq bu qədər çox deyil. Bizə koalisiyadan millət vəkilləri, nazirlər yaxınlaşdılar və dəstəklərini ifadə etdilər".

Manukyan meydanda toplaşanlara mitinqləri bundan sonra daha aktivləşdirməyə çağırıb.


Bir çox qətllər açılmamış qalıb

Millət vəkili Nikol Paşinyan 2008-ci ilin martın 1-də 10 nəfərin qətli ilə nəticələnən olaya toxunub və bu günə qədər cinayət hadisənin açılmadığını ifadə edib: "Olayların açıqlığa qovuşdurulması məsələsi digər siyasi güclərin gündəmindən aşkar bir şəkildə kənarda qalmaqdadır. "Qatillərin tapılıb, həbs edilməsi" səhifəsinin bağlanılması, Ermənistanın səhifəsinin bağlanılması mənasına gəlir".

Paşinyana görə, yalnız EUK bu iqtidarın qanunsuzluqlarına qarşı mübarizə aparmaq gücündədir. Sadə xalq isə haqsızlara qarşı səssiz və gücsüzdür.

Müxalifətdən olan deputat, "İrs" fraksiyasının üzvü Larisa Alaverdyan isə deyib ki, indiyədək Ermənistanda siyasi motivli bir çox qətllər açılmamış qalıb: "Ötən ilin mart hadisələri zamanı siyasi qətllər törədənlər də indi azadlıqda gəzir, hüquq-mühafizə orqanları onlar üçün cəzasızlıq mühiti yaradıb".


Ölkədən qaçanların sayı artıb

ErmənistanınƏraziİdarəedilməsiNazirliyininyanında Miqrasiya Agentliyinin açıqladığı məlumata görə, bu ilin ilk 5 ayında Ermənistandan gedib və geri qayıtmayanların sayı 78 mindən artıq olub.

Keçən ilin eyni dövründə Ermənistanı tərk edənlərin sayı 69 min nəfəri ötüb. Yəni bu ilin ilk 5 ayında Ermənistandan gedənlərn sayı ötən illə müqayisədə 13 faiz artıb. Təkcə may aynda Ermənistanı tərk edənlərin sayı 21 min civarındadır. Quru yolu ilə ölkədən gedənlərin sayı 5 ay ərzində 8 mini keçib, bu göstərici üzrə yalnız may ayında 1628 erməni xaricə üz tutub.


İran Ermənistanla əlaqələrə böyük önəm verir

Bu arada İranın bu ölkəyə yeni təyin olunmuş səfiri Muhammed Rəis etimadnaməsini Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana təqdim edib.

Təqdimat mərasimində çıxış edən E. Nalbandyan bildirib ki, erməni və İran xalqı keçmişi, bu günü və gələcəyi ilə bağlı millətlərdir və bu da ikitərəfli əlaqələrin inkişafına əsas zəmin yaradır.

Öz növbəsində iranlı diplomat İranın Ermənistanla əlaqələrinə böyük önəm verdiyini qeyd edib və qeyd edib ki, fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafı üçün maksimum səy göstərəcək.

Həmçinin tərəflərin görüşü zamanı gündəmdə siyasi, iqtisadi, mədəni məsələlər, eləcə də birgə həyata keçiriləcək layihələr də olub. Eyni zamanda erməni-İran dövlətlərarası komissiyanın da fəaliyyəti haqda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...