Sarkisyanın əsl vəzifəsi-TƏHLİL

Prezident, yoxsa narkobaron

Son 10 ildə aparılan müşahidələr göstərir ki, Əfqanıstanda istehsal olunan narkotiklərin bazarı bilavasitə Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlər və Avropa ölkələridir.

Daha çox mənfəət, daha çox nəzarətsiz ərazilər

Narkomafiya daha çox mənfəət əldə etmək üçün daha çox nəzarətsiz ərazilər, münaqişə ocaqları seçir, məhz oradan istifadə edərək daha az sərfiyyat edib böyük məbləğdə pullar qazanır. Bu baxımdan da istər beynəlxalq narkomafiya, istərsə dəterrorçu qruplaşmaların fəaliyyətini dəstəkləyən ölkələr var ki, onlar buna göz yumurlar və ya şərait yaradırlar. Dağlıq Qarabağ da belə məkanlardan biridir. Bölgənin nəinki təbii ehtiyatları vəhşicəsinə talan olunur, meşə sahələri yandırılır, flora və faunasına ciddi şəkildə ziyan vurulur, eyni zamanda işğal olunmuş ərazilərimizdə silah daşınması və narkotik alveri fəaliyyətləri həyata keçirilir.

Sözsüz ki, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizdən narkotik maddələrin tranzit kimi istifadə edilməsi Azərbaycanı narahat edən məsələlərdən biridir. Eyni zamanda bu ərazilərdə narkomafiyanın əkin sahələri və laboratoriyaları vardır. Azərbaycan hüquq-mühafizə orqanları ölkə daxilində narkotik maddələrin satışı və istifadəçilərinə qarşı mübarizə aparsa da, həmin ərazilərdə bu yöndə iş apara bilmir.

Narkobaronların ən təhlükəsiz marşrutu

Dağlıq Qarabağ işğal altında olduğu üçün qonşu dövlətlər tərəfindən olan müxtəlif qüvvələr burada qeyri-qanuni fəaliyyətlər həyata keçirirlər. Ermənistanın qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbərliyini dəstəkləməsi, bilavasitə terrorçuluğun, narkomafiyanı himayə etməsindən xəbər verir.

Azərbaycan xüsusi xidmət orqanlarının apardığı araşdırmalar, o cümlədən əməliyyat xəbərlərinə görə, narkobaronların bu gün istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistan ərazisindən keçir. Bu marşrutlar Əfqanıstan-İran-Ermənistan-Rusiya, Qarabağ-Ermənistan-Rusiya.

Aparılan təhlillər və digər istintaq sənədləri sübut edir ki, Əfqanıstanda istehsal olunan narkotiklər Dağlıq Qarabağ ərazisindən keçirilərək Ermənistan və Gürcüstan vasitəsilə Avropaya çıxarılır. Həmçinin bu ərazilərdə münbit torpaqlar olduğu üçün narkotikbecərilir. Eyni zamanda məlumatlar səslənir ki, Əfqanıstanda və Dağlıq Qarabağda kultivasiya olunannarkotiklər çox kustar üsulla mini laboratoriyalarda tərkibi kimyəviləşdirilib heroinə çevrilir və bazarlara çıxarılır.

İşğal olunmuş Azərbaycan torpaqlarında terrorçu qruplar hazırlanır

Əgər nəzərə alsaq ki, Ermənistan və separatçı Qarabağ rəhbərliyi narkotika ticarətinə birbaşa himayə edirlər, onda bu marşrutların həqiqət olma ehtimalı daha böyükdür. Azərbaycan rəsmi nümayəndələri də dəfələrlə Qarabağ ərazisini narkotik vasitələrin əsas tranzit məkanı olduğunu bildiriblər.

Azərbaycanın baş nazirinin müavini Əli Həsənov Ombusmanların V beynəlxalq konfransında çıxışı zamanı bildirib ki, ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında narkotik yetişdirir, terrorçu qruplar hazırlayırlar: "BMT ötən il həmin ərazilərdə monitorinq keçirmək istəsə də, Ermənistan tərəfi buna icazə verməyib. Beynəlxalq ictimaiyyət bu problemə biganəliyə son qoymalıdır. Beynəlxalq aləmin çoxşaxəli standartlarla yanaşması nəticəsində Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır".

Növbəti köç və ya terrorçu istehsalı

İşğal olunmuş ərazilərimizdə mülki əhalidən daha çox terrorçuların məskunlaşması rəsmi İrəvanın marağındadır. ASALA qatı ərəb terrorçularından olan Əbu Nidalla, "Hizbullah"la sıx əməkdaşlıq edir. Terrorçu təşkilat olan PKK-nın hər üç döyüşçüsündən biri erməni mənşəlidir. PKK-nın bazarında erməni terrorçuları hazırlayan ASALA hər bir erməni terrorçunun təlim keçməsi müqabilində 5000 dollar ödəyir.

Bir neçə il əvvəl Moskvada məskunlaşan PKK emissarlarının işğal altındakı Qarabağa gəlişi də deyilənləri təsdiqləyir. PKK-nın Rusiya üzrə koordinatoru Merabi Şamoyevin rəhbərlik etdiyi qrupa MDB kürdlərini Dağlıq Qarabağ ərazisinə göndərilməsi barədə tapşırıq verilmişdi. Köçün maliyyə məsələsi "Manukyan Simon" fondunun dəstəyi ilə həyata keçirilib. Bunun nəticəsidir ki, son illərdə Dağlıq Qarabağa 270 yezidi kürd ailəsi köçürülüb. Bundan başqa, Suriya, İraq, Livan, Rusiya və başqa ölkələrdən 120 erməni ailəsi köç edib.

Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin analitiki Zurab Todua bildirib ki, Dağlıq Qarabağ və Azərbaycanın erməni işğalında olan digər ərazilərinə PKK-çıların gəlməsi prosesi hələ 2001-ci ildə başlanıb.

Prezidentin narkotik ticarəti

Ermənistan mətbuatının yaydığı xəbərlərdə bildirilir ki, bu ölkənin yüksək çinli məmurları, o cümlədən prezident Serj Sarkisyanın qardaşının birbaşa rəhbərliyi altında Qarabağdan və İrandan gətirilən narkotik maddələr Rusiya bazarlarına, oradan isə Avropaya daşınır. Məlumatlara görə, Ermənistanda ağır sosial durumla əlaqədar narkotika və insan alveri geniş vüsət alıb və bu işlər dövlət səviyyəsində həyata keçirilir.

Digər tərəfdən, ermənilər İrandan da külli miqdarda narkotik maddələr daşıyırlar. Bu məqsədlə İranın iş adamları ilə qurulan əlaqələr narkotika ticarətinin dövriyyəsini artırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə