Öz məşəlini alovlandır: Mədəniyyət diplomatiyamızın strateji dərinliyi - ARAŞDIRMA

Elmi ədəbiyyatdan məlum olduğu üzrə mədənəyyətlər arası əlaqələr və mübarizələr tarix boyunca var olub və hal-hazırda da var olmağa davam edir. Bu mövzuda sivilizasiyalararası əlaqələri tədqiq edənlər arasında ikə fərqli görüş mövcuddur. Belə ki, bunlardan ilki mədəniyyətlərin bir-biri ilə mübarizədə olduğunu iddia edərək nəticədə bunlar arasında konfliktin yaranacağını vurğulayırlar. İkincilər isə mədəniyyətlərarası əlaqələrin zəruri olduğunu və inkişaf etdirilməsinin vacibliyini müdafiə edirlər. Məhz Heydər Əliyev Fondunun Prezidenti, UNESCO ve İSESCO-nun xoş məramlı səfiri Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycanla bağlı dünya miqyasında həyata keçirdikləri mədəniyyət diplomatiyamızın uğurlarına nəzər saldıqda ikinci görüşün bizlər üçün daha əhəmiyyətli olduğuna şahid oluruq.

Bütün bu fəaliyyətləri Azərbaycanın dünyada tarix boyunca əldə etdiyi tarixi-mədəni dəyərlərin tanıdılması istiqamətində böyük uğurlardan hesab etmək olar. Təsadüfi deyildir ki, Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən bu tədbirlər, mədəniyyətlərarası əlaqələrdə konfliktlərin deyil, həm nəzəri, həm də praktik baxımdan inteqrasiyanın vacib olduğunu və sivilizasiyalararası əlaqələri tədqiq edən mütəxəssislər üçün əhatəli tədqiqat obyektlərinə daxil olacağını göstərməkdədir. Beləliklə mədəniyyətlərarası əlaqələrin təhlükəli olduğunu düşünənlərin tezisləri reallıq qazanmır. Bu baxımdan şərq-qərb sintezi meydana gəlməkdə və bütün istiqamətlər üzrə Azərbaycanın mədəni-tarixi dəyərləri müxtəlif dünya görüşləri ilə inteqrasiya prosesinə daxil olmaqdadır. Bu kontekstdə qeyd olunmalıdır ki, gələn ay Bakıda keçiriləcək Eurovision-2012 mahnı müsabiqəsi də mədəniyyət diplomatiyamızın çox şaxəliliyi baxımından mühüm bər hadisə olacaqdır. Mahnı müsabiqəsinin loqosu Azərbaycan tarixini və mədəniyyətini dünyaya çatdırmaqda qrafik sənətkarlıq baxımından da funksional rola malikdir. Bu loqonun sözləri isə-öz məşəlini alovlandır- mədəni-strateji dərinliyə malik olmaqla bərabər özündə Azərbaycanın keçmişini, indisini və gələcəyini ehtiva edərək mədəniyyətlərarası dialoqa öz töhfəsini verməkdədir.


"Bakıya Uçuş"- Azərbaycanın Qlobal Arenada qanadlanması deməkdir


Son günlərdə dünyanın müxtəlif ölkələrində "Bakiya Uçuş" adı altında keçirilən "BAKU" jurnalının təqdimatını qeyd etmək olar. Bu jurnal Azırbaycanı dünyaya tanıtmaqla, eyni zamanda dialektik mahiyyət daşıyaraq digər mədəniyyətlərə mənsub insanların Azərbaycan mədəniyyəti ilə tanış olmalarına imkan yaradır və Azərbaycanlıların da fərqli mədəniyyətlərlə inteqrasiya prosesinə daxil olmalarına təkan verməkdədir. Beləliklə jurnal sayəsində Azərbaycan fərqli mədəniyyətlərin maraq dairəsinə daxil olur və nəticədə dialektik prosesdə fərqli mədəniyyətlər də Azərbaycan üçün yeni açılmış pəncərələr olaraq özünü təqdim edir. Məhz bu nəticədə mədəniyyətlərarası dialoq və inteqrasiya prosesi baş verərək Azərbaycanın qlobal arenada mədəniyyət sahəsində də özünə məxsus yerə malik olmasına gətirib çıxarır. Bu yerdə əlbəttə ki, sevinmək lazımdır. Çünki dünyada belə mədəniyyətlərarası əlaqələri və dialoqu qurma qabiliyyətində olan xalqlar çox deyildir. Xüsusilə Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın bu sahədəki fəaliyyətləri Azərbaycan üçün tarixi addımlardan biridir. Məhz Azərbaycanın geniş səpkidə, xüsusilə qərb dünyası ilə olan mədəniyyətlərarası əlaqələrdə dialoq və inteqrasiya kontekstində özünü təqdim edərək qarşılıqlı əməkdaşlıqlara imza atması xalqımızın gələcəyi üçün tarixi baxımından əlamətdar hesab olunmalıdır.

Yuxarıda qeyd etdiyuimiz fikirləri arqumentlərlə əsaslandırmaq üçün Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın son günlərdə dünyanın müxtəlif ölkələrində söylədiyi nitqlərə nəzər salamaq kifayət edər. Həm Mehriban xanim, həm də Leyla xanım yüksək analitik qabiliyyətlə mədəniyyət diplomatiyamızın uğur qazanması üçün Azərbaycanın mədəni-tarixi incilərini mədəniyyətlərarası dialoq və inteqrasiya fonunda dünyaya çatdirmaq üçün əhəmiyyətli layihələr həyata keçirilər. Mehriban xanım haqlı olaraq vurğulayır ki: "Bu gün müasir Azərbaycanın ərazisində müxtəlif millətlərə, dinlərə mənsub insanlar dinc yanaşı yaşayırlar. Əgər ölkəmizin müasir, ən yeni tarixinə nəzər salsaq, əminliklə deyə bilərəm ki, biz çox böyük nəticələrə nail olmuşuq. Bu gün Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə artıq tanınmış mərkəzdir. Hər il paytaxtımızda iri beynəlxalq konfranslar, bu mövzulara həsr olunmuş forumlar keçirilir".

Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycanın İtaliyadakı səfirliyinin iştirakı ilə aprelin 20-də Roma şəhərindəki məşhur "Villa Borghese" parkında böyük söz ustadı Nizami Gəncəvinin abidəsinin açılışı və İtaliyada Bakıya Uçuş adı altında BAKU jurnalının növbəti təqdimatının keçirilməsi mədəniyyət diplomatiyası sahəsində düşünülmüş strateji dərinliyinin uğurlarındandır. Mehriban xanımın qeyd etdiyi kimi möhtəşəm parkda, Romanın qəlbində dahi şairə, filosofa, humanist insana bu abidənin açılması İtaliyada da mədəniyyətlərarası dialoq və inteqrasiya prosesini sürətləndirəcək və Azərbaycan-İtaliya fonunda şərq və qərb dəyərlərinin sintezinə gətirib çıxaracaq.

Nəticədə Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın mədəniyyətlərarası dialoq və inteqrasiya prosesində həyata keçirdikləri layihələr qlobal xarakter daşımaqla bərabər, xüsusilə Azərbaycan mədəniyyətinin zirvələr fəth etməsi baxımından böyük uğurlardandır. Bu sahədə atılan bütün addımlar dialektik mahiyyət daşiyir və Azərbaycanın dünya mədəniyyətləri ilə daha güclü inteqrasiyasına səbəb olur. Belə ki, son günlərdə paytaxt Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində möhtəşəm açılışı ilə yadda qalan "Fransa inciləri" mövzusundakı sərgidə Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteranın sərginin açılışında ifadə etdiyi fikirlər mədəniyyət diplomatiyamızın ciddi strateji rola malik olduğunu bir daha göstərməkdədir:"...Mən hətta bu sərgini nəinki "Fransa inciləri", həmçinin, "Azərbaycan inciləri" adlandırardım. Bu, məhz onunla bağlıdır ki, Azərbaycan tərəfi bu cür tədbirlərə xüsusi önəm verir. Əslində, Sizin bu işə göstərdiyiniz böyük maraq çox əhəmiyyətlidir. Fransada, ümumiyyətlə, bu cür mədəni tədbirlər xüsusi nüfuza malikdir və bu baxımdan, biz hesab edirik ki, əgər Azərbaycan tərəfi, azərbaycanlılar Fransa mədəniyyətinə bu cür maraq nümayiş etdirirlərsə, bu, o deməkdir ki, Fransada Azərbaycanı tanıyanların sayı çoxalır. Xüsusən də, Sizin Fransada mövcud ictimai rəyə təsiriniz artır və kütləvi informasiya vasitələri ilə ölkənizi tanıtmağa imkanlarınız genişlənir".

Fransız nazirin yuxarıda qeyd etdiyimiz bu fikirləri, Mehriban xanım Əliyeva və Leyla xanım Əliyevanın Azərbaycan üçün dünya miqyasında həyata keçirdikləri layihələrin uğurunun lakonik ifadəsidir. Bu istiqamətdəki mədəniyyət diplomatiyamız strateji dərinliyə malik olmaqla daha çox və möhtəşəm layihələrə imza ataraq qlobal arenaya Azərbaycanın inteqrasiya olmasına təkan verəcəkdir.


Rəşad İlyasov,

Fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə