Azərbaycanın İsraildən aldığı silahlar Ermənistanın yuxusunu ərşə çəkib. İşğalçı dövlətin narahatlığı əbəs deyil. İşğal etdiyi Azərbaycan torpaqlarından çıxmayınca bu silahların bir gün onlara tərəf atəş açacağı, mərmilərin erməni ordusunu qaçmağa məcbur edəcəyi qorxusu Ermənistan rəhbərliyini müxtəlif manevrlər etməyə zorlayır. Sarkisyan erməni ordusunun da güclü olduğunu desə də keçirdiyi bütün görüşlərdə dünya ölkələrinə Azərbaycanı hərbi variantdan çəkindirmək üçün az qala yalvarır. Digər tərəfdən isə diqqəti öz üzərindən yayındırmaq üçün guya Azərbaycanın aldığı silahların İrana qarşı yönəldiyi haqda yalan məlumatlar yayır. Əksinə, hər kəsə bəllidir ki, Azərbaycan Ordusunun yeni silahlarla təmin olunmaqda məqsədi erməni ordusunun xarici havadarlarının hərbi dəstəyi sayəsində ələ keçirdiyi torpaqları geri almaqdır.
Ermənistan tərəfi Rusiyanın müxtəlif profilli "akademiyalarında" kiflənmiş hərbi və siyasi "ekspert"lərini "xod"a salmaqla silah məsələsini öz prizmasından gündəmə gətirir. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Qafqaz və Orta Asiya araşdırmaları Mərkəzinin eksperti, Qara dəniz-Xəzər regionu siyasi və sosial tədqiqatlar İnstitutunun əməkdaşı Andrey Areşyev bu mənada Ermənistan rəhbərliyinin "əlindən tutub". Bu subyekt "təcrübəsinə və dünyagörüşünə" söykənərək belə bir məntiq yürüdüb ki, əgər Azərbaycan bu silahları Rusiyadan yox İsraildən alıbsa, deməli bunlar mütləq İran üçün nəzərdə tutulub. Halbuki, region ölkələrinin nəinki alim və ekspertləri, hətta sadə vətəndaşları da bilir ki, Ermənistanın işğalçı hərəkətlərini dayandırnaq, işğalçı ordunu öz ərazilərindən çıxarmaq üçün Azərbaycan bütün imkanları saf-çürük edir, hansı variant məqbul sayılırsa və şərait nəyi tələb edirsə o cür də addım atmaq istəyir. Deməli, Azərbaycan Ordusunun yeganə məqsədi torpaqlarımızı işğaldan azad etməkdir. İşğalçı dövlətin adı da məlumdur. Bu nə Rusiya, nə İran, nə də Gürcüstandır. Bu ölkənin adı Ermənistandır. Rusiyalı "ekspert" bunu bilməmiş deyil. Ermənistanın maliyyə dəstəyi ilə mətbuata "yeni idealar" gətirən belə "ekspertlər" isə diqqəti Ermənistanın işğalçı əməllərindən yayındırmaq üçün bu gün aktual olan İran məsələsini, guya İranla yaxın günlərdə başlanacaq müharibəni qabardır, Azərbaycanın bu müharibədə İranın düşmənlərinə platforma olacağını bildirir. Halbuki, Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan İranla dost və qardaş ölkədir və öz ərazisindən heç vaxt İrana qarşı istifadə olunnmasına icazə verməyəcək. Bir sözlə, rusiyalı "ekspert" Ermənistan prezidenti ilə Azərbaycan Prezidentini dəyişik salır. Sarkisyan Ermənistanın müstəqil, suveren ölkə olduğunu desə də bu onun rəhbərlik etdiyi ölkənin göstəriciləri ilə düz gəlmir. Çünki Ermənistan 20 ildir ki, Rusiyanın "for-post"u kimi mövcuddur. Ermənistan iqtisadiyyatının, sənaye müəssisələrinin, nəqliyyat sektorunun 75 faizi Rusiyanın əlindədir, hərbi hissələrinin təminatı demək olar ki, şimal qonşumuzun nəzarətindədir, əhalisinin əksər hissəsi qarnını ianələr hesabına doyurur, ya da qonşu ölkələrdə bu və ya digər fəaliyyət növləri ilə məşğuldur.
A.Areşyev İsraildən alınan silahlar arasında "Gabriel-5" gəmi əlehinə raketlərinin olduğunu əsas gətirərək Azərbaycanın guya Xəzər dənizi vasitəsilə İrana hücum edəcəyini qeyd edir. Təbii ki, bu "fakt"ın özündə də bir yanlışlıq var. Məsələ bundadır ki, "Gabriel-5" tipli raketlər gəmilərdə quraşdırılsa da, texniki göstəricilərinə görə 300 kilometrdəki hədəfləri vurmaq üçün nəzərdə tutulsa da, hətta Ermənistanla Azərbaycan arasında dəniz müharibəsinin baş verməsi sıfıra bərabər olsa da bu silahın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində istifadə olunmayacağını söyləmək olmaz. Çünki Azərbaycanın su hövzələri, çayları bu silahın cəbhə bölgəsinə yaxın, hədəfləri vura biləcək məsafəyə qədər aparmağa imkan verir. Belə olan halda Azərbaycanın bu silahı İranı vurmaq üçün aldığını söyləmək siyasi cahillikdir.
Haşiyə: "Gabriel-5" gəmi əleyhinə idarə olunan raket 1962-ci ildə "İsraeli Aircraft İndustries" tərəfindən istehsal olunub. İstehsaldan sonra raketin üzərində daim təkmilləşdirmə işləri aparılıb və yeni modifikasiyaları yaradılıb, raketin mənzili, hədəfi vurma dəqiqliyi artırılıb. 400 kq ağırlığında və 160 kq döyüş başlığı olan "Gabriel" raketləri 5 varinatda təqdim olunur: "Gabriel Mk 1", "Gabriel Mk 2", "Gabriel III 200 km mənzilli turbo mühərriki ilə təchiz olunmuş "Gabriel IV" və ən son variant olan "Gabriel-5".
Gabriel-5 raketinin mənzili haqda dəqiq bir məluat yoxdur. Lakin "Gabriel-5" "Gabriel-4" raketinin davamı olduğu və "Gabriel-4" raketinin mənzilinin 200 km olduğu üçün "Gabriel-5" raketinin daha uzaq mənzilli raket olmasın güman etmək olar (300 km).
Qeyd edək ki, bir sıra mətbuat orqanlarında yanlış olaraq raketin mənzili 36 km qeyd olunur, əgər bu raketin ilk modifikasiyası alınsaydı onda 36 km mənzil qeyd olunması ilə razılaşmaq olardı. Halbuki ən son modifikasiya alınıb və bəzi məlumatlara görə, bu raketlərdən quruda da istifadə etmək olur. Bu raketlərdən ilk dəfə İsrail-Ərəb mühariblərində istifadə olunub, 1973 cü ildə 3 Suriya gəmisi və 2 Misir gəmisi bu raketlə batırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB