Məlum olduğu kimi, martın 26-da Koreya Respublikasının paytaxtı Seulda işə başlayan iki günlük Nüvə Təhlükəsizliyi Sammiti bir çox cəhətdən qlobal siyasətə təsir edəcək açıqlamalarla yadda qaldı. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olundu. Məhz ABŞ prezidenti Barak Obama Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Nüvə Təhlükəsizliyi sammitində çıxış edərək ciddi qlobal problemlərə toxundu: Dünyanın təhlükəsizliyi bizim hərəkətlərimizə bağlıdır. Hal-hazırda təhlükəli nüvə silahlarını istəyən bir çox pis niyyətli \"aktyorlar\"` vardır və hələlik hər yerdə kifayət qədər bu silahlar üzərində ciddi nəzarət yoxdur\". Türkiyənin baş naziri R.T. Ərdoğan da öz çıxışında hərbi məqsədlə nüvə silahlanmasının və bunun qlobal risk yaratdığına diqqətlərin yönəldilməsinin vacib olduğunu vurğulamışdır. Bu mənada baş nazir nüvə silahlarının azaldılmasının və nəticədə ortadan qaldırma surəti ilə qlobal silahsızlanmanın məqsəd olaraq həyata keçirilməsinin vacibliyini ifadə etmişdir.
26 mart da Seulda Türkiyənin aktiv iştirakı və 1 apreldə İstanbulda həyata keçirilən Suriya Xalqının Dostları toplantısını nəzərə aldığımızda xarici işlər naziri Əhməd Davudoğlunun strateji dərinlik düşüncəsi istiqamətində Türkiyənin regionda günbəgün artan nüfuzuna şahid ola bilərik. Belə ki, Türkiyə bir tərəfdən İranın sülh məqsədlərlə nüvədən istifadə etməsini dəstəkləməkdə, digər tərəfdən İranın Suriya və İraqdakı siyasi güedişlərinin qəbul etməyib İranın regionda sülh yaratma təşəbbüslərinə aktiv şəkildə iştirak etməsinə çalışmaqdadır.
İranın anlaşılmaz addımları
Türkiyə ilə İran arasında son zamanlarda bir çox mövzuda görüş müxtəlifliyi nəzərə çarpır. Bunlar arasında İranın Türkiyədə qurulacaq NATO-nun raket əleyhinə radiolakasiya sisteminə qarşı olması, Suriya məsələsində fərqli yanaşma tərzi və İraqdakı şiə Maliki iqtidarına dair görüş müxtəlifliklərini qeyd etmək olar. Türkiyə isə öz növbəsində dəfələrlə baş nazir R.T.Ərdoğan və xarici işlər naziri Əhməd Davudoğlunun açıqlamaları ilə Türkiyənin bölgədə sülhü dəstəkləmə planının hər zaman prioritet məsələ olduğunu və heç bir ölkəyə qarşı Türkiyə üzərindən hücum edilə bilməyəcəyini açıqlamadadır. Məhz baş nazir Ərdoğanın İrana son səfəri və rəsmi görüşlərdəki açıqlamaları da bunun dəstəkləməkdədir.
İran isə öz növbəsində bir neçə gün əvvəl 13 apreldə İstanbulda 5+1 qrupu ilə (BMT 5 daimi üzvü və Almanya ilə ) İran təmsilçilərinin həyata keçirilməsi qərarlaşdırılan görüşlərin başqa bir ölkədə də keçirilə biləcəyini açıqladı. Buna müqabil Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu belə bir görüşün keçirilməsinin İran üçün vacib olduğunu ifadə edərək görüşün istənilən yerdə keçirilməsi ilə bağlı hər cürə dəstək verəcəklərini bildirdi. Məhz bu son açıqlama Türkiyə tərəfinin İran üçün beynəlxalq aləmdə dəstəkləmə mahiyyətində əlindən gələni etdiyini göstərməkdədir. İranın isə anlaşılmaz addımları həm Türkiyə ilə olan əlaqələrinə zərbə vurur, həm də regionda sülh yaratma təşəbbüslərinə mane olur. Belə ki, son günlərdə İran Məclisi sədri Əli Laricani İstanbulda həyata keçirilən \"Suriyanın Dostları\" toplantısının \"Suriyanın Düşmənləri\" olaraq qiymətləndirilməsi Türkiyə üçün anlaşılmaz bir vəziyyətin yaranmasına da səbəb olmuşdur. Məsələlərin bu istiqamətdə cərəyan etməsi əlbəttə ki, nüvə məsləsində Türkiyənin İranı dəstəkləməsindən çəkindirə bilər və regionda sülhün bərqərar olması yönündə ciddi problemlər yaradacaqdır.
Suriyanın Vəziyyəti
Rusiyanın diplomatik və böyük ehtimalla hərbi dəstəyi ilə Çinin diplomatik dəstəyini alan Suriya hökuməti hal-hazırda beynəlxalq ictimaiyyətin reaksiyalarına müsbət cavab verməməkdədir. Bu baxımdan Türkiyə hökuməti Suriya hökumətini sərt tənqid edərkən digər tərəfdən xarici qüvvələrin Suriyaya müdaxiləsini qəbul etmək istəmir. Bu mənada Türkiyə öz milli təhlükəsizliyini və maraqlarını nəzərə alaraq Suriyaya hərbi müdaxilədə iştirak etməmək üçün səy göstərir. Əlbəttə ki, belə bir strategiyanın bir neçə səbəbi vardır. Suriya ilə tarixi bağlar, məzhəb təəssübkeşliyinin olması və ən nəhayət qonşu ölkə olması etibarilə Türkiyənin belə bir hərbi müdaxilədə iştirak etməsi Türkiyə üçün mənfi nəticələrə gətirib çıxara bilər. Hal-hazırda Türkiyənin Suriya məsələsində siyasi strategiyası bundan ibarətdir deyə bilərik. Ancaq proses daha da çətinləşər və hərbi müdaxilədən başqa bir yolun qalmadığı qətiləşər isə Türkiyənin Suriyaya hərbi müdaxiləni təsdiq edəcəyi ehtimalı öz aktuallığını da qorumaqdadır. Hal-hazırda isə Türkiyə daha çox Suriyaya humanitar yardım etmə səylərinin artırmaqdadır.
Digər tərəfdən Suriya ilə bağlı hadisələrdə böyük güclər sistemə tam olaraq hakim olmaq üçün mübarizə aparır. Məhz Suriya məsələsi üzərindən Ərəb Baharı yenidən böyük güclərin nüfuz məsələsinə çevrildi. Bu gün Suriyada birinci problem rejimin gedib-qalmağından daha çox Suriyada Rusiyanın, Qərbin və İranın təsirinin nə qədər olacağı ətrafında dönür. Bu mənada Rusiya və İran Şamdakı rejim dəyişikliyinin onlara qarşı bir siyasi həmlə olduğunu düşünürlər.
Son günlərdə isə Tehran, Bağdad və Şamdan gələn açıqlamaların eyni mahiyyət daşıdığı anlaşılmaqdadır. Hazırda isə Türkiyənin Bəşər Əsədin hakimiyyətdən getməsi istiqamətində atdığı addımlar öz reallığını tapmamaqdadır. Çünki BMT təhlükəsizlik şurası və Ərəb Liqası da xüsusi təmsilçi Kofi Annanın planını dəstəkləməkdə və Əsədlə danışıqlara üstünlük verməkdədirlər. Ancaq İstanbul zirvəsi bir daha onu göstərdi ki, yaxın günlərdə Bəşər Əsəd Kofi Annanın planını tətbiq etməz isə o zaman siyasi gedişlər Ankaranın xeyrinə dəyişəcəkdir. Belə ki, Bəşər Əsədin qətliamlara fasilə verməyərək yenidən şəhərləri bombarduman etməsi Türkiyənin də dəstəklədiyi üzrə BMT təhlükəsizlik şurasında yenidən gündəmə çıxarıla bilər. Məhz o zaman \"Suriyanın Dostları\" regionda təhlükəsizliyin bərqərar olması üçün aktiv əməkdaşlıq edəcəkdir.
Rəşad İlyasov
SİA-Türkiyə üzrə xüsusi müxbir
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB