Aprelin 3-də Bakıda, Azərbaycan Respublikası Milli Məclisinin binasında Avronest Parlament Assambleyasının (PA) ikinci sessiyasının rəsmi açılış mərasimi olub. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi, sözsüz ki, qurumun ölkəmizə göstərdiyi etimaddan, önəmdən xəbər verir.
Avronestin tədbirlərinin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyəti var
Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin təhlili göstərir ki, qısa bir zaman kəsiyində bu münasibətlər dinamik inkişaf edib. XX əsrin 90-cı illərində Avropa İttifaqının (Aİ) birtərəfli yardımları formasında qurulmuş əlaqələr, artıq XXI əsrin əvvəllərindən ümumi maraqlara cavab verən qarşılıqlı əməkdaşlıq, daha sonra isə strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Hazırda bu strateji tərəfdaşlıq cəmiyyətin inkişafının demək olar ki, bütün sahələrini əhatə edir, ümumi maraqlar və qarşılıqlı razılaşmalar çərçivəsində mövcud problemlərin həlli istiqamətində konkret fəaliyyət planları hazırlanaraq həyata keçirilir.
Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin, Avronest PA-nın üzvü xanım Narika Nikola Azərbaycanın Avropa üçün böyük əhəmiyyətə malik olan bir dövlət olduğunu deyib. O qeyd edib ki, Azərbaycanın yüksək səviyyədə tanınması nöqteyi-nəzərdən Avronestin tədbirlərinin burada keçirilməsinin böyük əhəmiyyəti var.
Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimindəki çıxışında Avronest Parlament Assambleyasının Avropa İttifaqının hüdudlarından kənarda ilk sessiyasının Bakıda keçirilməsini parlamentimiz üçün çox tarixi bir hadisə kimi dəyərləndirib. Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyətinin ilk rəhbəri olduğunu fərəh hissi ilə qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq on ildən çoxdur ki, Avropa Şurasının üzvüdür: "Əməkdaşlığımızın yaxşı tarixi və gələcəyi vardır. Çünki yüksək səviyyədə olan daimi təmaslarımız, yüksək səviyyədə həyata keçirilən səfərlər, parlamentarilərin səfərləri Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığı daha da gücləndirir".
2008-ci ildə Avropa İttifaqının Azərbaycan Respublikasındakı tam funksiya göstərən Nümayəndəliyinin açılışı, 2009-cu ilin dekabr ayında Lissabon Sazişinin qüvvəyə minməsi və 2011-ci ilin yanvar ayında Avropa Xarici Fəaliyyət Xidmətinin işə başlaması Aİ Azərbaycan əlaqələrini gücləndirmək üçün təməl qoyub.
Azərbaycan və Avropa İttifaqı qarşıya siyasi birlik və iqtisadi inteqrasiyanı sürətləndirmək kimi aydın ümumi məqsəd qoyub, Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində müxtəlif proqramlar vasitəsilə əməkdaşlığı inkişaf etdirmək üçün ciddi öhdəliklər götürüblər.
Siyasi islahatlar birmənalı olaraq davam edəcək
Biz siyasi islahatları birgə həyata keçiririk deyən dövlət başçısı, Azərbaycanın siyasi islahatlara sadiq olduğunu diqqətə çatdırıb: "Biz müstəqillik illərimiz ərzində bütün sahələrdə böyük irəliləyişə nail olmuşuq və sabit siyasi təsisatlar yaratmışıq. Bizim bütün təsisatlarımız vardır. Bizim çoxpartiyalı sistemimiz mövcuddur. Bizim çox partiyaların nümayəndələrindən ibarət parlamentimiz, ifadə, yığıncaq azadlıqlarımız, azad internetimiz vardır. Mən çox şadam ki, Azərbaycanda internet istifadəçilərinin sayı aydan-aya artır. Artıq əhalimizin 50 faizindən çoxu məhz internet istifadəçisidir və genişzolaqlı internetdən istifadə edir.Gələcəkdə siyasi islahatlar birmənalı olaraq davam edəcəkdir".
Avronest Parlament Assambleyasının həmsədri Kristian Vigenin bildirib ki, Azərbaycan demokratik dəyərlərin inkişafına sadiqdir: "Dünyada mükəmməllik yoxdur, amma çox vacibdir ki, Azərbaycan demokratik dəyərlərin təminatı, insan hüquqları və mətbuat azadlığına sədaqətini ifadə edir".
İşğal altında olan torpaqlar azad edilməlidir
Azərbaycanın sosial və siyasi problemlərindən birinin Ermənistanın təcavüzü və işğalından əziyyət çəkən qaçqınların və məcburi köçkünlərin problemi olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyib: "Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir".
Biz Azərbaycanın hüdudlarından kənarda fəal şəkildə sərmayələr yatırırıq
Prezident İlham Əliyev qeyd edib ki, bu gün bəzi Avropa ölkələrində neftimizin həcmi enerji balansının təxminən 30 faizini təşkil edir: "Biz Azərbaycanın hüdudlarından kənarda fəal şəkildə sərmayələr yatırırıq. Bu gün milyardlarla dollar həcmində sərmayə qoyulur –xüsusilə də Avropada və təbii ki, regionda. Buna görə də uğurlu siyasət, neft və qaz boru kəmərlərinin tikintisi nəticəsində biz bir dəhliz yarada bildik. Biz Xəzər dənizini Qara dənizlə və ilk dəfə olaraq, Aralıq dənizi ilə boru kəmərlərimizlə birləşdirə bildik".
Bu gün Azərbaycan Aralıq dənizi bazarında güclü mövqelərə malikdir. İxrac olunan neftin 45 faizi Aralıq, 20 faizi isə Şimali Amerika bazarında satılır. Hazırda Odessa-Brodı kəməri vasitəsilə Ukraynaya da neft məhsulları ixrac edilir. Bu kəmər vasitəsilə həmçinin Belarusa da karbohidrogen ehtiyatlarının nəql edilməsi nəzərdə tutulur. Gələcək illərdə isə məqsəd xam neftin Çexiya, Slovakiya və Macarıstan kimi dövlətlərə satışını təşkil etməkdir. Artıq 2015-ci ilədək bu planlar realizə oluna bilər. Avropa dövlətlərində də müəssisələri olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dünya enerji bazarında böyük sərmayə imkanlarına malikdir və nüfuzlu neft şirkəti kimi tanınır. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən enerji siyasətinin uğurlarıdır.
Azərbaycana təşəkkür düşür
Avronest Parlament Assambleyasının II sessiyası aprelin 4-də öz işini yekunlaşdırdı. Assambleyanın növbəti, III sessiyası isə 28-29 may tarixlərində Brüsseldə təşkil olunacaq.
Avronest Parlament Assambleyasının həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk sessiyanın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. K. Vigenin bildirib ki, Azərbaycan tərəfinə təkcə texniki hazırlığa görə deyil, həm də siyasi mühit, şərait yaratdığına görə təşəkkür düşür. O, Azərbaycanın sürətli inkişaf edən bir ölkə olduğunu da vurğulayıb.
K.Viqenin Avronest PA-da Ermənistan nümayəndə heyətinin iştirakını və təşkilatçılar tərəfindən onlar üçün lazımi şəraitinin yaradılmasını yüksək qiymətləndirib: "Azərbaycan və Ermənistan arasında münaqişənin mövcudluğuna baxmayaraq, onların nümayəndə heyətləri Avronest PA-da qərarların hazırlanmasında iştirak etməyi və kompromis tapmağı bacarıb". K.Viqeninin sözlərinə görə, Azərbaycanın beynəlxalq arenada rolu yalnız ölkədə energetika resurslarının mövcudluğu hesabına deyil, həm də onun bir sıra beynəlxalq problemlərə mövqeyinə görə artır: "Biz şadıq ki, Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi əksəriyyətdə Avropa İttifaqının mövqeyi ilə üst-üstə düşür".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



