Ərdoğanın Dağlıq Qarabağla bağlı fikirləri erməniləri təlaşa salıb - TƏHLİL
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyanın paytaxtı Seulda baş tutan Nüvə Təhlükəsizliyi Sammiti öncəsi ABŞ prezidenti Barak Obama ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər erməniləri ciddi təşvivə salıb. Onlar iddia edirlər ki, Azərbaycanın konfliktlə əlaqədar mövqeyinin israrlılığı məhz Ankaranın siyasətinə söykənir.
Erməni mediasında geniş tirajlanan bu fikri irəli sürən Ermənistanın "Noravank" elmi tədris mərkəzinin eksperti, politoloq Aristakes Simavoryan Ərdoğan-Obama görüşünə toxunaraq deyib ki, ATƏT-in Minsk Qurupunun fəaliyyətsizliyindən söhbət açan Türkiyə nəinki danışıqlar formatını dəyişmək, habelə özü həmin prosesdə yer tutmaq niyyətindədir. Erməni politoloq Türkiyənin böyük gücə çevrilməsinədən və bunun Qarabağ konflikti ətrafında Ermənistanın ziyanına nəticələnəcək durumu doğura biləcəyindən də təlaşlanıb: "Türkiyə təkcə regional deyil, eyni zamanda qlobal gücə çevrilmək əzmindədir. Bu siyasətin əsasını ölkənin xarici işlər naziri Əhməd Dovudoğlu qoyub. Bunun üçün türklərin iqtisadi imkanları da var".
Simovaryanın düşüncələrindən gəlinən daha bir qənaət bundan ibarətdir ki, konkret olaraq Dağlıq Qarabağ münaqişəsində Türkiyəyə qarşı İranın aktivliyinə güvənmək lazımdır. Təsadüfi deyil ki, ekspert danışıqlar tərəfi olmasa da, İslam Respublikasının məsələdə müşahidəçi qalmayacağına inamını vurğulayıb.
Qeyd edək ki, ümumən son günlər Ermənistanda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki mövqeyinin güclənməsi ətrafında müzakirələr genişlənməkdədir. Fransanın ATƏT-in Minsk Qurupundakı mandanın Avropa Birliyinə verilməsi ilə bağlı məsələyə sərt reaksiya verən erməni dairələri bunu Ankaranın və Bakının birgə diplomatik səylərinin nəticəsi kimi dəyərləndiriblər. İşğalçı ölkənin ayrı-ayrı çevrələri xüsusən Türkiyənin Avropa Birliyi ilə əlaqlər naziri Egemen Baxışın "ermənilər "Avraviziya"dan çəkilməkdənsə, Qarabağdan çəkilsinlər" mesajından hiddətləniblər.
Digər tərəfdən maraqlıdır ki, ermənilər indi A.Simavoryanın timsalında Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinin güclənməsində başlıca rol oynadığı bildirsələr də, bir müddət öncə onlar Azərbaycanın Ermənistana münasibətdə yeritdiyi kursun Ankaranın xarici siyasətini guya iflasa uğratdığından danışırdılar. Mövcud kontekstdə bölgə üçün guya müstəsna səciyyə daşıyan Ermənistan-Türkiyə münasibətlərinin korlanmasının türklərin böyük səhvi olduğunu vurğulayırdılar.
Göründüyü kimi, ermənilər əməlli başlı çaşıblar və bir gün söylədikləri sabah iddia etdiklərinin tamamilə əksinə olur./Analitik Qrup/
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB