İyulun 1-dən ali məktəblərə qəbul imtahanları başlayır

Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının tarixləri açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək. Ali məktəblərə sənəd qəbulunun aprelin 10-dan mayın 16-dək aparılacağını deyən TQDK sədri aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacağını bildirib. Qeyd edək ki, rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə