Son illər turizm Azərbaycanda qeyri-neft sektorunun ən önəmli sahələrindən birinə çevrilib. Ölkəmizin zəngin təbiəti, tarixi məkanları, ləziz mətbəxi, möhtəşəm mədəniyyətimiz - bütün bunlar turizmin inkişafı üçün geniş imkanlar yaradır. Turizmin inkişafı baxımından da ötən ili uğurlu hesab etmək olar.
Bunun əsas səbəbi isə Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunmasıdır. Turizm sektorunun inkişafı məqsədilə eyni zamanda "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" da qəbul edilib. 2002-ci ildən başlayaraq hər il ölkəmizdə Beynəlxalq Turizm Sərgisi (AİTF) təşkil olunur.
Xoşbəxtliyimiz ondadır ki, bizim çox gözəl ölkəmiz vardır
2011-ci ilin \"turizm ili\" elan edilməsi bu sahənin inkişafına xeyli miqdarda investisiyalar yatırılmasına səbəb olub. Azərbaycanın digər ölkələrlə turizm sahəsində əlaqələri də genişlənib. Avstriya şirkətləri ilə turizm sahəsində əməkdaşlığı genişləndirmək istiqamətində müəyyən addımlar atılıb, bu sahədə işləmək üçün Kolumbiya və Bolqarıstan turizm operatorları ölkəyə dəvət edilib.
Müasir standartlara cavab verən yeni otellər, onların qeydiyyatı üçün yeni tələblər, bu sahədə personalın təlimi üçün yeni metodika, dövlət səviyyəsində yeni sazişlər, ölkənin turizm potensialı ilə bağlı yeni təqdimatlar, yeni sərgilər, bütün bunlar Azərbaycanda turizm ilini uğurlu keçməsindən xəbər verir.
\"Eurovision\"a hazırlıqla bağlı məqsədyönlü işlər aparılır
Hər hansı bir sahədə peşəkar kadrlar çox məsələni həll edir. Ancaq turizmdə peşəkar mütəxəssislər hər şeyi həll edir. 2006-cı ildən etibarən bu sahədə kadr ehtiyacını ödəmək məqsədilə Azərbaycan Turizm İnstitutu fəaliyyətə başlayıb. Hazırda ölkəmizdə 214 turizm şirkəti fəaliyyət göstərir. 2005-ci illə müqayisədə otellərin sayı təxminən iki dəfə artaraq 477-yə çatıb və onların 80%-i regionlarda yerləşir. Son 5 ildə Azərbaycana gələn turistlərin sayı təxminən 2 dəfə artıb.
Bu il Azərbaycan mötəbər musiqi yarışmasına ev sahibliyi edəcək. Azərbaycanın dünyaya daha yaxşı tanıdılması baxımından böyük əhəmiyyət daşıyan, xeyli sayda insanın ölkəmizə axın etməsinə səbəb olan \"Eurovision\"a hazırlıqla bağlı məqsədyönlü işlər aparılır. Müsabiqənin keçirilməsi üçün möhtəşəm kompleks inşa olunur.
"Eurovision-2012" müsabiqəsinin qonaqlarına xidmət göstərilməsi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası yanında Ekskursiya bələdçiləri mərkəzinin koordinasiya şurası yaradılıb, burada 100-150 bələdçi təlim keçəcək. Eyni zamanda Azərbaycan Turizm İnstitutu yanında Bakı peşə məktəbi ilk tələbələrin qəbulu nəzərdə tutulub.
Bu il idmanımız üçün uğurlu olacaq
Öz növbəsində bu il – 2012-ci il Azərbaycan Prezidenti İlham Əliyev "İdman ili" elan olunub. Bu da il ərzində ölkədə idmanın gələcək inkişafı ideyasının əsas götürüləcəyini düşünməyə əsas verir.
Dövlət başçısı ötən ilin Azərbaycan idmanı üçün də uğurlu il olduğunu deyib: "İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə ediblər. 700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaq. 2012-ci ildə Olimpiya Oyunları keçiriləcək. Biz Olimpiya Oyunlarında idmançılarımıza qələbələr arzulayırıq".
Yay Olimpiya oyunlarına ciddi hazırlıq gedir
Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin növbəti iclasında çıxışı zamanı dövlət başçısı 2012-ci ildə də sosial infrastrukturların, o cümlədən olimpiya komplekslərinin inşa ediləcəyini diqqətə çatdırıb və hazırda müasir tələblərə cavab verəcək 10 olimpiya kompleksinin inşa edildiyini, daha 3 kompleksin tikintisi üçün isə hazırlıq işlərinin getdiyini vurğulayıb. Prezident 2012-ci ildə Yay Olimpiya oyunlarının keçiriləcəyini də xatırladaraq, ölkəmizin bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını söyləyib: "2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcək. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim 10 olimpiya kompleksimiz tikiləcək. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcək. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri də tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı "Kristal" İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilib".
Bakı 2020-ci il olimpiadasına güclü namizəddir
"Bakı 2020"nin Təşkilat Komitəsinin sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib ki, Bakının 2020-ci il olimpiadasına namizədliyi ölkəmiz üçün həyati əhəmiyyətlidir: "Müstəqillik əldə etdiyi 20 il ərzində Azərbaycan xalqı uzun yol keçib. Biz 2020-ci il olimpiadasını keçirmək arzumuzu reallaşdıra bilsək, ölkəmizin inkişafı istiqamətində irəliyə doğru növbəti addım atmağı bacaracağıq. Bakının 2020-ci il olimpiadasına namizədliyi ölkəmiz üçün həyati əhəmiyyətlidir\".
Təşkilat Komitəsinin sədri namizədliklərinin təkcə Azərbaycan üçün deyil, dünya olimpiya hərəkatı üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq də Bakını 2020-ci il olimpiadasına güclü namizəd sayır
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



