“Eurovision” müsabiqəsi Azərbaycan ilə Avropanın bir-birinə daha yaxınlaşması üçün yaxşı fürsət olacaqdır\" - TƏHLİL
Geridə qoyduğumuz 2011-ci ildə Azərbaycan bir çox uğurlara imza atdı. Ölkəmizin dünya siyasi arenasında artan nüfuzu, sürətli iqtisadi inkişaf, idman sahəsində qazanılan uğurlar, mədəniyyət sahəsinə də sirayət etdi.
Ötən ilin may ayında keçirilən "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Eldar və Nigar ölkəmizə birincilik yaşatdılar. 1956-cı ildən keçirilən Avropanın bu mötəbər musiqi müsabiqəsində Azərbaycanın son 4 ildə iştirak etməsinə baxmayaraq qalibiyyət qazanması ölkəmiz üçün böyük uğurdur. Sözsüz ki, bu qələbə ilə beynəlxalq arenadakı nüfuzumuz daha da artdı. Biz təkcə neftimiz, siyasi, idman sahəsindəki uğurlarımızla yox, eyni zamanda mədəniyyət sahəsindəki uğurumuzla da diqqətləri üstümüzə çəkmişik. Bu isə hələ başlanğıcdır. Buna isə ötəri yanaşmaq olmaz. Belə ki, bu qalibiyyət "Eurovision-2012" Beynəlxalq mahnı müsabiqəsinin bu ilin may ayında Azərbaycanda keçirilməsinə səbəb oldu.
Ən gözəl təbliğat insanları dəvət etmək, onlara ölkənin necə inkişaf etdiyini əyani şəkildə göstərməkdir
Yanvarın 25-də "Buta Palace"da keçirilən təntənəli mərasimdə Bakı şəhəri "Eurovision-2012" mahnı müsabiqəsinə ev sahibliyini rəsmən qəbul etdi. "Eurovision-2011"ə ev sahibliyi etmiş Almaniyanın Düsseldorf şəhərinin meri Dirk Elsbers yarışmanın rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim etdi. Bununla da Bakının "Eurovision-2012"yə ev sahibliyi rəsmən qəbul olundu.
Azərbaycan prezidenti İlham Əliyev müsahibələrinin birində bildirib ki, çox məşhur beynəlxalq mahnı müsabiqəsində böyük qələbədən savayı, bu, bizə özümüzü olduğumuz kimi təqdim etməyə yaxşı imkan yaradacaqdır: "Əvvəlki dövrlərdə biz Azərbaycan haqqında danışmaq, ölkəmiz haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərirdik. İndi isə, sözün yaxşı mənasında ən gözəl təbliğat insanları dəvət etmək, onlara ölkənin necə inkişaf etdiyini əyani şəkildə göstərməkdir. Bu mənada Bakıda keçiriləcək "Eurovision" müsabiqəsi Azərbaycan ilə Avropanın bir-birinə daha yaxınlaşması üçün yaxşı fürsət olacaqdır".
Yarışmanın rəmzi açarının təqdim olunması mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı həyata keçirilən bütün tədbirlərin Azərbaycan rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirib: "Bu, bizə tam əminliklə deməyə əsas verir ki, bu möhtəşəm musiqi bayramı ölkəmizə gələcək bütün qonaqların yaddaşlarında silinməz iz qoyacaqdır\".
Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşır
40 ölkədən gələcək minlərlə qonağı qarşılamaq və müsabiqəni lazımi səviyyədə keçirmək kifayət qədər məsuliyyətli işdir. Təsadüfi deyil ki, uğurlarımızı gözü götürməyən bəzi qüvvələr Azərbaycanın bu cür böyük miqyaslı tədbirin keçirilməsinə hazır olub-olmamasına dair tez-tez fikirlər səsləndirir.
Bakıda səfərdə olan "Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand müsahibəsində deyib ki, biz çox gözəl bir hadisənin ərəfəsindəyik: "Bir neçə dəfə ölkənizdə olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanmasının ən müasir texnoloji vasitələrlə həyata keçirilməsi üçün görüləcək işləri yüksək qiymətləndirirəm".
Düsseldorf şəhərinin meri Dirk Elsbers də mərasimdə çıxış zamanı qeyd edib ki, "Eurovision-2011" mahnı müsabiqəsi, doğrudan da, həm Düsseldorfd şəhər sakinləri üçün, həm də qonaqlar üçün həddən artıq təntənəli mərasimə çevrilmişdi: "Düsseldorfdan sonra bu mərasimə ev sahibliyi edəcək şəhər məhz Bakı olmuşdur. Ümidvaram ki, bu il - 2012-ci ildə sizdə baş tutacaq bu mahnı müsabiqəsi bizdəki kimi, təmtəraqlı və hərarətlə keçiriləcəkdir. Bu rəmzi açarın Bakı merinə təhvil verilməsindən həqiqətən böyük məmnunluq və şərəf duyuram ki, bundan sonra "Eurovision" müsabiqəsinə məhz Bakı rəsmən ev sahibliyi edəcəkdir".
Azərbaycana ilk dəfə səfər edən "Eurovision-2010" müsabiqəsinin qalibi Lena Mayer isə Bakıda ən çox işıqlı küçələri bəyənib: "Bakı mənim çox xoşuma gəldi. Xüsusilə Bakının küçələrini çox bəyəndim, otelləriniz çox yaraşıqlıdır. Ən əsası insanlarınız çox mehriban və gülərüzdür. Bu çox gözəl haldır və mən bu şəhərdə özümü çox gözəl hiss edirəm. Növbəti dəfə bu ölkəyə gəlmək istərdim. Bu səfərim qısa olsa da, növbəti səfərimin daha uzun olmasını istərdim. Şəhəri doyunca gəzmək arzusundayam".
Öz məşəlini alovlandır
Bundan başqa\"Eurovision\" mahnı müsabiqəsinin rəsmi saytı olan \"eurovision.tv\" Azərbaycanın ev sahibliyinə uyğun şəkildə hazırlanıb. Saytda bu il Azərbaycanda keçiriləcək 57-ci "Eurovision" müsabiqəsinin loqo və şüarı yerləşdirilib. Arxa fon olaraq narıncı rəngə üstünlük verilib. Sayt \"Light your fire\" və odla butanın əks olunduğu loqosunun görüntüsü ilə açılır.
Müsabiqə mayın 22-də Avropa vaxtı ilə saat 21.00-da başlanacaq. Yarışmada iki yarımfinal, bir final mərhələsi keçiriləcəkdir. Müsabiqəyə, ümumilikdə 43 ölkə qatılacaq. "Böyük beşlik" olan Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və İspaniya, eləcə də müsabiqənin ötənilki qalibi və builki ev sahibi Azərbaycan birbaşa mayın 26-da keçiriləcək final mərhələsində çıxış edəcəkdir.
Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu isə bu ilin may ayında Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin Bayraq Meydanında inşa olunan "Baku Crystall Hall"da keçirilməsi barədə qərar veriblər. Bakıda səfərdə olan Avropa Yayım Birliyinin nümayəndələri və Məşvərət Qrupu müsabiqənin Azərbaycanda təşkilatçısı və yayımçısı olan İctimai Televiziyanın təklif etdiyi məkanı bəyənib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
AFFA-da yeni təyinatlar olub
İdman 03:22Ulduz futbolçu məhkəmə qarşısında
İdman 02:21Fransa məhkəməsindən Kim Kardaşyanı 1 avroluq TƏZMİNAT...
Şou-Biznes 02:02Ankarada FETÖ üzvü yaxalanıb
Dünya 01:20Bu ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə çatıb
Dünya 15 Sentyabr 23:19"Mütləq lənətlənəcək" - Zaxarova Paşinyanı hədəf aldı
Dünya 15 Sentyabr 23:03Ronaldo hazırkı klubunu satın alır? - İDDİA
İdman 15 Sentyabr 22:31DİQQƏT - bu marşrut avtobuslarının dayanacaq məntəqələrində dəyişiklik edilib
Sosial 15 Sentyabr 22:19"Bu nəzarət altında həyata keçirilməlidir" - Bill Qeytsdən süni intellekt AÇIQLAMASI
Dünya 15 Sentyabr 22:021400 kilometr məsafə qət edə bilən elektrikli Volkswagen...
Texnologiya 15 Sentyabr 21:51KATERINA KVIT FW’26-da dəri və saçaqları yenidən təsəvvür edir...
Dəb 15 Sentyabr 21:28Türkiyə rus turistlərindən milyonlarla gəlir itirir…
Turizm 15 Sentyabr 21:07“Makronun arvadı hələ də kişidir”..?
Dünya 15 Sentyabr 20:51Tramp bu qarışıqlığı özü başlatdı...
Dünya 15 Sentyabr 20:28Kiyevin ABŞ-da təşəbbüsü ələ keçirmək şansı var...
Dünya 15 Sentyabr 20:06Putinin müharibəsi Rusiya elitası üçün getdikcə daha baha başa gəlir
Dünya 15 Sentyabr 19:49“Qalatasaray”ın yarımmüdafiəçisi Rusiya milli komandasına dəvət alıb
İdman 15 Sentyabr 19:32“Ukrayna lazım olan hər şeyi əldə edərsə, qalib gələcək...”
Dünya 15 Sentyabr 19:28Pentaqon: Güclü Ukrayna Avropanın təhlükəsizliyinin açarıdır...
Dünya 15 Sentyabr 19:06“Bu, Kremlin müharibədə məğlubiyyətinin başlanğıcı olacaq”
Dünya 15 Sentyabr 18:51Skott Bessent: ABŞ İran təhdidini bitirir...
Dünya 15 Sentyabr 18:37Rusiyada texnokratlarla FTX arasında mübarizə qızışır...
Dünya 15 Sentyabr 18:27Azərbaycan-İsveçrə Birgə Komissiyasının 10-cu iclası keçirilib
İqtisadiyyat 15 Sentyabr 18:19Yardımlı Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib...
Sosial 15 Sentyabr 18:12Putin Rusiya Federasiyasını strateji çıxılmaz vəziyyətə saldı...
Dünya 15 Sentyabr 18:05"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"
Siyasət 15 Sentyabr 18:01Pərviz Şahbazov Satya Srinivası ilə görüşüb
İqtisadiyyat 15 Sentyabr 17:56"Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik"
Siyasət 15 Sentyabr 17:41"Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik"
Siyasət 15 Sentyabr 17:29Sabirabadda uşaq ölü doğulub
Sosial 15 Sentyabr 17:27Dünənin, bu günün və gələcəyin partiyası
Siyasət 15 Sentyabr 17:21“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
Sosial 15 Sentyabr 17:20Müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır
Siyasət 15 Sentyabr 17:12YAP Yardımlı rayon təşkilatının XI konfransı keçirilib
Siyasət 15 Sentyabr 17:09Sülhə aparan yol yeni reallıqlardan keçir - ŞƏRH
Siyasət 15 Sentyabr 17:07Roblox uşaqlar üçün sadəcə oyun deyil: valideynlərin bilmədiyi təhlükələr və yeni qaydalar - ARAŞDIRMA
Texnologiya 15 Sentyabr 17:00YAP zəngin inkişaf yolu keçib
Siyasət 15 Sentyabr 16:37Güclü iradə, aydın məqsəd, parlaq gələcək!
Siyasət 15 Sentyabr 16:26Mərkəzi Gömrük Hospitalında “Fetal Təbabət” üzrə Master-klass keçiriləcək.
Səhiyyə 15 Sentyabr 16:09“15 sentyabr 1918-ci il Bakının azad edilməsi, Azərbaycan tarixinin ən parlaq nümunəsidir” -ŞƏRH
Siyasət 15 Sentyabr 16:06Qlobal PR: Müxtəlif ölkələrdə ictimaiyyətlə əlaqələr necə dəyişir?
Səhiyyə 15 Sentyabr 16:01“Bakının azadlığı Azərbaycan-Türkiyə qardaşlığının tarixi dönüş nöqtəsi oldu” -ŞƏRH
Siyasət 15 Sentyabr 15:58“Həkim məsləhəti” rubrikamızda
Səhiyyə 15 Sentyabr 15:50“Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm komponentlərindən biridir” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 15:44Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
Sosial 15 Sentyabr 15:31“Türkiyə Azərbaycan və Ermənistan arasında gedən normallaşma prosesini yaxından izləyir” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 15:10“Türkiyə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri öz mövqeyini ortaya qoyub” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 15:06“İranda baş verən hadisələr Azərbaycan və Türkiyəyə də təsir edir” -HAKAN FİDAN
Siyasət 15 Sentyabr 14:58"Hörmüz böhranı Azərbaycanın enerji və tranzit imkanlarını gücləndirə bilər" - İQTİSADÇI
İqtisadiyyat 15 Sentyabr 14:52“Naxçıvanı Türkiyə ilə birləşdirəcək yeni layihələr strateji əhəmiyyət daşıyır“ -CEYHUN BAYRAMOV
Siyasət 15 Sentyabr 14:51“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” - LAYİHƏ
Sosial 15 Sentyabr 14:48“Hazırda Azərbaycanda 4 mindən çox türk şirkəti fəaliyyət göstərir“ -CEYHUN BAYRAMOV
Siyasət 15 Sentyabr 14:47"Diplomatik səfərlər Azərbaycanın postmünaqişə reallıqlarını dünyaya təqdim edir" - MİLLƏT VƏKİLİ
Siyasət 15 Sentyabr 14:41“Azərbaycan və Türkiyə arasında təmaslar müntəzəm şəkildə həyata keçirilir” -CEYHUN BAYRAMOV
Siyasət 15 Sentyabr 14:40"Fizioterapiyaya müraciət edən pasiyentlərin etdiyi 7 əsas səhv" - HƏKİM
Səhiyyə 15 Sentyabr 14:32"Yeni tədris ilində uşağın nəticəsindən əvvəl onun ritminə diqqət etmək lazımdır"
Sosial 15 Sentyabr 14:23ABŞ sursat çatışmazlığını etiraf edib
Dünya 15 Sentyabr 14:21ABŞ Səudiyyə və Misirin iştirakı ilə husilərə qarşı yeni koalisiya yaradır
Dünya 15 Sentyabr 13:53Ukrayna ordusu yaşayış məntəqəsini işğaldan azad etdi
Dünya 15 Sentyabr 13:51Rusiya Belarusu Ukraynada uzunmüddətli müharibəyə hazırlayır
Dünya 15 Sentyabr 13:49Azərbaycan I yarımildə xalis maliyyə öhdəliklərini 260 milyon dollardan çox artırıb
İqtisadiyyat 15 Sentyabr 13:28Azərbaycanın turizm xidmətləri balansında I yarımildə 47 milyon dollarlıq profisit yaranıb
İqtisadiyyat 15 Sentyabr 13:25Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
İqtisadiyyat 15 Sentyabr 13:19"Məktəblərdə süni intellektdən düzgün istifadə etmək vacibdir" - TƏHSİL EKSPERTİ
Təhsil 15 Sentyabr 12:32Cəhənnəm sanksiyaları: Qanun layihəsi komitədən keçdi
Dünya 15 Sentyabr 11:48Demokratlar Respublikaçılardan öndədir - SORĞU
Siyasət 15 Sentyabr 11:44Nitq ləngiməsi olan uşaqlarla, autizmli uşaqları necə fərqləndirək? -ARAŞDIRMA
Sosial 15 Sentyabr 10:49ABŞ Moskvanın maliyyəsinə gözlənilməz zərbə vurdu...
Dünya 15 Sentyabr 10:42”Ermənistanın sülhlə bağlı mövqeyi səmimi deyil” -DEPUTAT DANIŞDI
Siyasət 15 Sentyabr 10:33Mağazada təsadüfən qırılan məhsulun pulunu müştəri ödəməlidir? -HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Sentyabr 10:11“Məqsəd yalnız bilikli gənclər yetişdirmək deyil, onların ideyalarını reallaşdırmaqdır” -DEPUTAT DANIŞDI
Siyasət 15 Sentyabr 10:03Bu gün Azərbaycanda Bilik Günüdür
Təhsil 15 Sentyabr 05:04Türkiyədə 1613 şübhəli şəxs saxlanılıb- nazirdən PAYLAŞIM
Dünya 15 Sentyabr 04:06ABŞ Rusiyanın ikinci böyük bankına sanksiya tətbiq etdi
İqtisadiyyat 15 Sentyabr 03:22Netanyahu gələn həftə ABŞ-a səfərə gedəcək
Dünya 15 Sentyabr 03:05"Kurtlar Vadisi"nin ssenaristləri dindirildi - ölüm işinə görə...
Şou-Biznes 15 Sentyabr 02:21Hikmət Hacıyev görüş keçirib
Siyasət 15 Sentyabr 02:02Bu gün Yasamalın 8 küçəsində qaz olmayacaq- XƏBƏRDARLIQ
Sosial 15 Sentyabr 01:20"Belə tənqidi qəbul etmirəm" - Dambrauskasdan AÇIQLAMA
İdman 15 Sentyabr 01:03Bərdədə dəhşətli yol qəzası olub - ölən var
Hadisə 15 Sentyabr 00:21"ABŞ bu məsələyə xüsusi diqqət yetirir" - Vensdən AÇIQLAMA
Dünya 15 Sentyabr 00:03Milli mətbəximizin təbliğinə töhfə verən şef...
Sosial 14 Sentyabr 23:25"Razılaşmaya hazırıq " - Zelenskidən BƏYANAT
Dünya 14 Sentyabr 23:19Bakıda ana və oğlu motosiklet qəzasında öldü
Hadisə 14 Sentyabr 23:01İrəvanda Avropa Birliyinin xüsusi nümayəndəsi ilə görüş keçirilib
Dünya 14 Sentyabr 22:31"Sabah" Sumqayıtdan qələbə ilə qayıdır
İdman 14 Sentyabr 22:19Bakıda 12 yaşlı uşaq "Roblox"a görə özünü binadan atıb - Baş Prokurorluq məlumat yaydı
Hadisə 14 Sentyabr 22:03Hərracda 300 köhnə avtomobildən ibarət böyük bir kolleksiya satılacaq
Texnologiya 14 Sentyabr 21:51Uzunömürlülüyün gözlənilməz bir sirri aşkar edilib...
Sosial 14 Sentyabr 21:27Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...
Sosial 14 Sentyabr 21:07Qaradağ rayonunda 600-dən yüksək bal toplayan 48 abituriyentlə görüş keçirilib
Siyasət 14 Sentyabr 20:53Özəl xəbərlər
Digər xəbərlərRoblox uşaqlar üçün sadəcə oyun deyil: valideynlərin bilmədiyi təhlükələr və yeni qaydalar - ARAŞDIRMA
Texnologiya 15 Sentyabr 17:00“15 sentyabr 1918-ci il Bakının azad edilməsi, Azərbaycan tarixinin ən parlaq nümunəsidir” -ŞƏRH
Siyasət 15 Sentyabr 16:06“Bakının azadlığı Azərbaycan-Türkiyə qardaşlığının tarixi dönüş nöqtəsi oldu” -ŞƏRH
Siyasət 15 Sentyabr 15:58"Hörmüz böhranı Azərbaycanın enerji və tranzit imkanlarını gücləndirə bilər" - İQTİSADÇI
İqtisadiyyat 15 Sentyabr 14:52"Diplomatik səfərlər Azərbaycanın postmünaqişə reallıqlarını dünyaya təqdim edir" - MİLLƏT VƏKİLİ
Siyasət 15 Sentyabr 14:41"Fizioterapiyaya müraciət edən pasiyentlərin etdiyi 7 əsas səhv" - HƏKİM
Səhiyyə 15 Sentyabr 14:32
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



