Yollar, avtomobillər hər gün dünyada minlərin həyatına son qoyur. Qəzada ölən və yaralananların əksəriyyəti də gənclər olur. Statistikaya görə, yol qəzaları dünyada hər gün 3 min 242 adamın ölümünə, 20-50 milyon adamın yaralanmasına səbəb olur. Hər il dünyada yol qəzalarında ölənlərin sayısa təxminən 1 milyon 200-1 milyon 300 min nəfərdir. 2011-ci ildə də Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı artıb. Bu hadisələrin baş verməsini kimsə sürücülük vəsiqələrin çox hallarda pulla satıldığından sürücülərin yol-hərəkət qaydlarını bilməmələri, kimsə mövcud qanunların işləmədiyini və digər səbəblər gətirərək müxtəlif cür izah edir. Qəzaların artma səbəblərinə mütəxəssislərin münasibəti fərqlidir və buna öz baxışı var.
Respublika Baş Dövlət Yol Polisi Idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yol qəzalarının sayının artmasını bir neçə səbəblə izah edir. O qeyd edir ki, yol qəzalarının 44% nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsindən baş verir: "Bu gün Azərbaycanda 400 mindən çox istehsalı ili 10-15 il bundan öncə olan avtomobillər var. Onların əksəriyyətində təhlükəsizlik sistemləri yoxdur. Bəzi hallarda belə avtomobilləri 100-dən yuxarı sürətlə idarə edirlər bu da son nəticədə toqquşmada ağır qəzalara çıxardır. Sürət həddinə əməl olunsa, hətta sürücünün qayda pozması nəticəsində belə qəza baş verərsə orada ölüm halları olmaz. İstənilən qəzada sürət faktorunun olması qəzaların ağırlıq dərəcəsinə təsir edir.
K.Əliyev bildirib ki, sürücülük vəsiqəsini yeni almış insan təcrübəli sürücü kimi avtomobili heçş vaxt idarə edə bilməz: "İnsanın təcrübə yığması üçün 45 gün təılim keçəndən sonra təcrübəni avtomobili idarə edə-edə toplayır. Son 3 ildə avtomobillərin sayı 200 min artıb. Bu 200 min təcrübəsiz sürücünün sükan arxasına əyləşməsi müəyyən hadisələrin baş verməsinə səbəb olur. Təcrübəli sürücü təcrübəsiz sürücünü uzaq məsafədən hiss edir. Təcrübəsiz sürücülər, xüsusilə qadınlar maşınları səliqəli idarə etməyə çalışır. Bu gün ən ağı qəzaları törədənlərin 90%-i 10-15 ildən yuxarı sürücülük təcrübəsi olanlardır. Bu gün kimdən soruşsan deyir ki, sürücülük vəsiqəsini özü alıb, amma başqalarını ittiham edir. Bizdə hər kəs çalışır ki, günahı özündən atsın, təqsiri başqasında axtarsın. Nöqsanı heç kəs özündə görmək istəmir. Ona görə də yollarda belə hadisələr baş verir".
Sürücülər özləri isə yol qəzalarının baş verməsini müxtəlif cür izah ediblər. Onların hər biri həm sürücü, həm də piyadaların günahkar olduğunu deyib. Mahir Əhmədov adlı sürücü yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas günahını piyadalarda görüb. O bildirib ki, onlar lazımlı yerlərdən deyil, yolun ortasından keçir ki, bu da qəzaların baş verməsinə səbəb olur.
Sürücü Xəzər İsayev isə sürücülərin diqqətsiz olduğunu və yol hərəkət qaydalaırnı bilmədiklərini söyləyib. Onun fikrincə, piyadalrda onlar üçün ayrılan keçidlərdən keçsələr bədbəxt hadisələr də baş verməz.
Qeyd edək ki, bir çox Avropa ölkələrində, həm də inkişaf etmiş digər dünya ölkələrində avtomobillərdə təhlükəsizlik sistemi ilə bağlı milli standartlar qüvvədədir. Bu standartlara cavab verməyən maşınları həmin ölkələrə ixrac etmək mümkün deyil. Məsələn, uzaq Avropa deyil, qonşu Türkiyəyə təhlükəsizlik yastığı ilə təchiz olunmamış rus maşınının gətirilməsi və satışı qadağandır. Yalnız xüsusi icazə əsasında xarici ölkələrdən köhnə maşınlar suvenir və ya başqa bir formada gətirilə bilər. Azərbaycanda isə vəziyyət fərqlidir. Buraya istənilən yerdən istənilən model maşın gətirmək və satmaq mümkündür. Odur ki, standratlar haqqında da düşünməyin vaxtı çatıb.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB