Prezident İlham Əliyev humanizm prinsiplərinə əsaslanarq ölkə Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq 26 dekabr 2011-ci il tarixli sərəncamı ilə növbəti əfv sərəncamı imzalayıb. Əfv sərəncamı bütövlükdə 92 məhbusa şamil edilib. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv fərmanlarının bir qayda olaraq mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi dəyərlər aşılayır.
Azərbaycanda humanist siyasətin əsasını qoyan ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalamış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdi. Bəzi iddiaların əksinə olaraq bu humanist addımlar ciddi tərbiyəvi əhəmiyyət daşıdı, ölkədə cinayətkarlığın səviyyəsinin daha da azalmasını təmin etdi.
1995-ci ildən bəri imzalanan 50 əfv sərəncamı 5314 nəfər məhkuma şamil edilib. Heydər Əliyev cəzanın adekvatlığı və humanistliyi məsələlərinə daim diqqətlə yanaşıb, bu məqsədlə hüquq-muhafizə orqanlarında yeni dövrün tələblərinə cavab verən mütərəqqi islahatların aparılmasını daim nəzarətdə saxlayıb. İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hislər aşılayan əvf və amnistiya aktları ümummilli lider Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur.
Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu siyasəti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin edir. Hər bir vətəndaşın Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş cənab İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə deyildir: məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamı imzalayır.
Ölkə başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır.
Dövlət başçısı həmişə vurğulayır ki, insan hüquq və azadlıqlarının, o cümlədən fikir azadlığının müdafiəsi Azərbaycan dövlətinin ali məqsədi və fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Prezident bu sahənin inkişafı üçün dövlət tərəfindən hər cür şəraitin yaradılmasına nail olub və bu məsələləri şəxsən diqqətində saxlayır. Müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş jurnalistlərin əhv edilməsi ilə bağlı dövlət başçısının fəaliyyəti təqdirəlayiqdir.
Söz və mətbuat azadlığının ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən ölkə Prezidenti eyni zamanda jurnalistlərin peşə etikasından kənara çıxmayacaqlarına, peşəkarlıq səviyyələrini artıracaqlarına, milli-mənəvi dəyərlərə, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşacaqlarına ümid etdiyini bildirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Sivil prinsiplərin ölkəmizin demokratik inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən İlham Əliyev eyni zamanda, əmin olduğunu bildirir ki, əfv olunan vətəndaşlarımız bu humanist aktdan düzgün nəticə çıxaracaq, dövlət və cəmiyyət qarşısında öz vətəndaşlıq borclarını dərk edəcək, qanunlara dönmədən əməl edəcək, Azərbaycanın davamlı və sabit inkişafına öz töhfəsini verəcəklər.
Əfv fərmanını beynəlxalq qurumların təmsilçiləri də alqışlayıblar. Ümumiyyətlə, bu Prezident İlham Əliyevin imzaladığı yeganə əhv fərmanı deyil. Dövlət başçısı dəfələrlə analoji fərmanlar imzalayıb və amnistiya aktlarını təsdiq edib.
2008-ci ildə daha bir böyük amnistita aktı isə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehribam xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşmişdi. Bütün bunlar bir daha insanlara sevinc bəxş edir və məhkumların reabilitasiya olunaraq sivil cəmiyyətə inteqrasiyasına yardım edir.
Bu humanist siyasətin nəticəsində son illərdə ölkədə kriminogen durum xeyli yaxşılaşıb və cinayətlərin sayı xeyli azalıb. Üstəlik, Azərbaycan dünyada sivil bir ölkə olduğunu, ölkədə vətəndaş cəmiyyətinin inkişafına dəstək verildiyini və dövlətin vətəndaşlara qayğısının yüksək səviyyədə olduğunu bir daha sübut etmiş oldu. Bu isə, ulu öndər Heydər Əliyevin qoyduğu siyasi irsin davamıdır və Prezident İlham Əliyev də bu irsə sədaqətini bir daha sübut etdi.
Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Azad və demokratik cəmiyyət inkişafın əsasıdır.
Bütün vacib iqtisadi və siyasi məsələlərlə yanaşı, əlbəttə ki, ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bu uğurlar müvəqqəti xarakter daşıyacaq. Ona görə də, Azərbaycan hökuməti istər iqtisadi, istər siyasi sahədə və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübəni tətbiq etməkdə naraqlıdır.
Demokratik cəmiyyətin varlığını şərtləndirən amillərin ölkəmizdə bərqərar olması istiqamətində atılan addımlar daim beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Bir məqamı da xüsusi qeyd etməliyik ki, sabitlik olmayan şəraitdə demokratiya və vətəndaş cəmiyyəti barədə danışmaq mümkün deyil. Demokratiya ictimai-siyasi sabitliyin, qanunların aliliyinin yüksək səviyyədə təmin olunduğu şəraitdə inkişaf edir ki, Azərbaycanda da bu sahədə heç bir problem yoxdur.
Azərbaycanın bu gün beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanınması iqtisadi və siyasi islahatların vəhdətliyindən irəli gəlir. Zaman təsbiqlədi ki, qəbul olunan qanunlar, Konstitusiyamız mütləq həqiqət kimi qəbul olunmur, daim dövrün tələbinə uyğun olaraq təkmilləşir, yeniləşir.
Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər də təqdir edilir. Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil, onların layiqli həyat səviyyəsini təmin etməkdir.
Nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq dünyada demokratiya və insan hüquqları sahəsində mövcud durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları, amnistiya aktları insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi, eyni zamanda insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd olunur.
Dövlət başçısı İlham Əliyev bildirir: "Biz hesab edirik ki, regionumuzun gələcəyi cəmiyyətimizin nə dərəcədə uğurla müasirləşməsindən asılı olacaqdır. Yəni, demokratik islahatların inkişaf etdirilməsi, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, cəmiyyətimizin müasirləşdirilməsi siyasətində daha fəal olmağımızdan asılı olacaqdır".
Butün bu sadalananlar bir daha təsdiqləyir ki, iqtisadi tərəqqi, vətəndaş cəmiyyətinin formalaşması, demokratiyanın möhkəmlənməsi dövlətimizin həyata keçirdiyi siyasətin prioritetləridir. Bu prioritetlər isə, ölkəmizin böyük gələcəyə aparır.
"Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölcülmür. Əgər Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq"-deyən Prezident İlham Əliyev iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha diqqətə çatdırır.
Demokratik cəmiyyətin mövcudluğunu şərtləndirən amillərin ölkədə bərqərar olmasına çalışan dövlətimizin bu istiqamətdə atdığı addımlar göz önündədir. Azərbaycan sivil dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirir.
Dövlətimizin humanizm siyasətini yüksək dəyərləndirən beynəlxalq birlik imzalanan əfv fərmanlarını demokratik inkişaf yolunda atılan addım kimi təqdir edir. Bu fikir hər zaman qeyd olunur ki, Azərbaycan dövləti siyasətində insan amilinə yüksək dəyər verir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz müxtəlif beynəlxalq təşkilatlara könüllü şəkildə üzv qəbul olunub. Məqsəd meyarlarımızı Avropa dəyərlərinə uyğunlaşdırmaqdır. Beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə yerinə yetirən dövlətimiz eyni zamanda atdığı hər bir addımında, siyasətində müstəqil olduğunu da nümayiş etdirir.
Azərbaycan dövlət olaraq bölgədə getdikcə daha möhkəm mövqeyə malik olur. Onun beynəlхalq nüfuzu möhkəmlənir. Dünya başa düşür ki, Azərbaycan dövlət olaraq daha sivil və demokratik yol tutub.
Şahin Abasov, SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB