Dilemma: Kompüterin uşaqlara xeyirlidir yoxsa zərərli? - ARAŞDIRMA

Kompüter artıq insan həyatının ayrılmaz hissəsinə çevrilib. Dünya əhalisinin böyük hissəsi günün əksər hissəsini kompüter qarşısında keçirir. Hələ ki, kompüterin insan orqanizminə zərəri haqda dəqiq məlumatlar verilməsə də, onun zərərinin olması da istisna olunmur.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də elektron poçtdan istifadə edənlər kifayət qədərdir.


Kompüter oyunları uşaqların da sevimli məşğuliyyətinə çevrilib. Azyaşlılar internetdəki müxtəlif oyunlara xüsusi maraq göstərir və günlərinin böyük bir hissəsini internet klublarda keçirir.


Statistik məlumatlara görə, Azərbaycanda əhalinin təqribən hər 100 nəfərindən 40 nəfəri internet istifadəçisidir. Bu say isə durmadan artıq.


Kompüter əqli inkişafa yarım edir


Mütəxəssislər hesab edir ki, zehnin inkişafına kömək etmək üçün uşaqlara 3 yaşından sonra kompüterdən istifadəyə icazə vermək olar. Ancaq bu zaman müəyyən məhdudiyyətlər qoyulmalıdır. Uşağın kompüter qarşısında nə qədər oturacağı və ondan necə istifadə etməsi əsas şərtdir. Ancaq əksər hallarda uşaqların internetdən istifadəsi diqqətdən kənarda qalır bu isə onların xoşagəlməyən saytlara daxil olmasına şərait yaradır.

Psixoloq Aydın Rüstəmov hesab edir ki, azyaşlılarda maraq hissinin daha güclü olması onları internet dünyasının mənfiliklərlə daha çox maraq göstərməyə sövq edir. Bu isə uşaq psixologiyasını, tərbiyəsini ciddi zərbə altında qoyur: "Ancaq bu demək deyil ki, uşağa kompüterdən mərhum etmək lazımdır. Əgər uşaq valideynlərin nəzarəti altında kompüterlə maraqlanarsa bu uşağın inkişafına müsbət təsir göstərə bilər. Məsələn kompüterdən düzgün istifadə uşaqların hadisələrə cəld reaksiya vermə qabiliyyəti, əşyaları virtual qavrayışı, yaddaşı, diqqətliliyi artırır".


Mütəxəssis bildirdi ki, uşaqların kompüter qarşısında oturma müddətinə yaşından asılı olaraq fərqli olmalıdır: \"Məsələn 3-4 yaşlı uşaqlar kompüter önündə 25 dəqiqə, 5-6 yaşlı uşaqlar 35 dəqiqə, 7-8 yaşlı uşaqlar isə 40 dəqiqə otura bilərlər".


Mütəxəssis kompüterin zərərlərindən də danışdı: "Davamlı olaraq kompüter arxasında oturmaq uşaqların ilk növbədə görmə qabiliyyətini zərbə altında qoyur və gözdə A vitamininin çatmazlığına səbəb olur. Uzun müddət bir yerdə oturmaq insan ətrafdakılardan təcrid edir, uşaq psixoloji pozğunluq yaradır. Həmcinin kompüterə aludəçilik uşağı ünsiyyətdən də kənarda saxlayır ki, bu da nitqin inkişafına mənfi təsir edir. Kompüter qarşısında oturmaq insanı ondan asılı vəziyyətə salır.


Bağçalarda kompüterdən istifadə olunacaq


Təhsil Nazirliyinin məktəbəqədər təhsil müəssisələrində Nərminə Alnağıyeva da bildirdi ki, kompüter oyunları lazımı səviyyədə istifadə olunarsa bunun azyaşlılara müsbət təsiri ola bilər: "Bununla bağlı nazirlik məktəbəqədər təhsil müəssisələrində xüsusi layihə həyata keçirir. Uşaqların inkişaf etdirilməsi məqsədilə bağçalarda azyaşlıların əqli inkişafına xidmət edən kompüter proqramları hazırlanır. Kompüter proqramlarına yaş həddindən asılı olaraq 100-dən çox oyun daxildir. Uşaqların kompüterdən bu oyunları istifadə etməsi onların psixoloji inkişafına müsbət təsir göstərəcək. Belə ki, bu oyunları azyaşlının yaddaşı, düşünmə qabiliyyəti, tərbiyəsi, öz hərəkətlərinin planlaşdırılması baxımından müsbət nəticə verəcək. Artıq ölkə ərazisindəki bağçalarda 1535 texnologiya tətbiq edilib. Layihə Xəzər, Abşeron və Sumqayıtda da həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə