"Yeni Musavat" və "Azadlıq"ın yaza bilmədiyi gerçəklər "Səs"in səhifələrində
ABŞ-ın New York şəhərinin "Union Square" parkında artıq sentyabr ayının 17-dən "bərabərsizliyə son", "İşsizliyə son", "Evsizliyə son" və s. kimi sosial şüarlarla etiraz aksiyasına başlamış sadə vətəndaşlara bir neçə dəfə şiddətli polis hücumu olub. Zəhmətkeşlərin etiraz aksiyaları bütün ABŞ-ı bürüməkdədir. Lakin amerikan imperializminin əlində oyuncaq olan "demokratik" dünya mediası kimi, Azərbaycandakı müxalifət mətbuatı da susur...
Bumeranq effekti
Polisin vətəndaşlara qarşı vəhşiliyinə cavab olaraq aksiya keçirənlərə dəstək üçün "Polis şiddətinə son" adlı aksiyada iştirak etməyən vətəndaşların keçirdikləri mitinq "Union Square" parkına doğru irəliləyərək parka daxil olmağa cəhd göstərmişlər. Lakin polisin mühasirəsində olan parka daxil ola bilməmişlər. Əvəzində polislər və hərbiləşdirilmiş birləşmələr "Polis şiddətinə son" mitinqçilərinə və "Union Square" parkında olan etirazçılara qarşı hücuma keçiblər. Vətəndaşları vəhşicəsinə döyərək aksiyanı amansızlıqla dağıdılıb. "Wall Streetin İşğalı" qrupunun və Amerika Kommunist Partiyasının təşkilatçılığı ilə keçirilən mitinqlərdə indiyədək 1000-ə yaxın vətəndaş nəzarətə alınıb. Yüzlərlə insan xəsarət alıb.
Görəsən Liviya xalqına "canı yanıb" onları bombalayaraq "müdafiə" edən NATO ABŞ rejiminin xalqa divan tutmağından əl çəkməsi üçün Vaşinqitonu nə vaxt bombalayacaq?! Maraqlı, bununla belə ritorik sualdır! Çünki cavab öncədən aydındır - heç vaxt!
Dünya ölkələrinin sərvətlərini istismar etmək, buna müqavimət göstərən xalqları məhv etmək, imperializmin mənafelərinə qarşı öz mənafelərini qorumağa çalışan dövlətləri çökdürmək siyasəti III dünya ölkələrinə hərbi müdaxilələrə trilyonlarla dollar vəsaitin xərclənməsi ameika xalqını qəzəbləndirib. Çünki bu ölkədə 50 milyon insan yoxsulluq həddində, bütün normal insani hüquqlardan mərhum şəkildə "yaşamaqdadır".
Dünya ölkələrinə hərbi təcavüz bumeranq effekti verir. "Ərəb baharı" indi "amerikan baharına çevrilib. 2 aydır amerika xalqı küçələrə tökülüb haqqını tələb edir, kapitalistlərin sadə xalqın zəhməti hesabına yığdıqları nəhəng sərvətlərin qaytarılmasını tələb edirlər.
Müxalifət niyə susur?
Mübarək, Qəddafi, Bəşər Əsəd və digər rejimlərdən ağız dolusu danışan, xüsusən özlərini demokratiya carçısı adlandıran müxalifət mətbuatı nəyə görəsə ABŞ və Avropadakı rejimlərin vətəndaşlara tutduqları divandan söhbət belə açmırlar. İranda iki nəfərin dalaşmağını az qala silahlı toqquşma kimi qələmə verən "Azadlıq", "Yeni Müsavat" və s. qəzetlər və "Azadlıq" radiosu nədənsə ABŞ və Avropada baş verənlərdən bir cümlə də xəbər dərc etməyiblər.
Radikal müxalifət qəzetləri olan "Azadlıq", Yeni Müsavat" qəzetləri və portallar, həmçinin ABŞ-ın informasiya siyasətini bütün dünyada həyata keçirən və ölkəmizdə 5-10 nəfər müxalifətçinin və ya dindarın kiçik aksiyasını böyük xalq hərəkatı kimi təqdim edən "Azadlıq" radiosu yüz minlərlə amerikalının kütləvi etiraz aksiyaları görmür. Çünki, məqsəd insan haqlarını müdafiə etmək deyil, məqsəd imperializminin sifarişi ilə Azərbaycan xalqına saxta məlumatlar sırımaqdı.
Başqa vaxt ortaya çıxıb bəyanatlar verən müxalifət liderlərindən səs çıxmır. Sanki ABŞ şəhərlərində baş verənlər bayram şənliyidir. Qlobal media qurluşları mümkün qədər material verməməyə çalşsa da, internet saytları video və foto materiallarla doludur. Buyurun cənab müxalifət liderləri- dünyada insan haqlarını təmin edəcəyini gözlədiyiniz Amerikan imperilaizmi öz xalqına necə divan tutur, baxın.
Uzun illərdir gözümüzə soxduqları Qərb demokartiyasının, xoşbəxt amerikan həyat tərzinin bir mif kimi darmadağın olmasını görmək ağırdır. Anlayırıq, pulu kim verir, sifariş də onundur. Necə gerçəkləri etiraf etsinlər, indi aldatdıqları insanlara nə desinlər?
Azərbaycanda bir-iki cinayətkarın həbs edilməsini siyasi məhbus kimi qələmə vermək, iştşaşlar törədənlərin polis nəzarətinə götürülməsini insan hüquqlarının pozulması kimi göstərmək asandır, amma bundan daha artığının Sem dayıları tərəfindən günahsız xalqa qarşı həyata keçirilməsini etiraf etmək çətindir.
ABŞ-da yoxsulluq sürətlə artır
Amerikada yoxsul insanların miqdarı haqda yayımlanan son statistikalarda bildirilir ki, hazırda bu ölkədə 42 milyon 200 min nəfər yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşayır. Qeyri-rəsmi hesablamalarda bu rəqəmin 50 milyondan az olmadığı vurğulanır. Başqa sözlə, hər 6 amerikalıdan 1-i yoxsuldur ki, bu rəqəm keçən 50 ildə ən yüksək göstəricidir.
Amerikada dünyanın hər yerindən daha çox milyarderlərin yaşamasına rəğmən bu ölkə əhalinin illik gəlir səviyyəsinə görə, dünya üzrə 9-cu yerdədir. Buna rəğmən Amerikadakı yoxsulların sayı yüksək rəqəmləri göstərməkdədir.
Amerika xalqının təqribən 15 faizi dövlət tərəfindən verilən ərzaq məhsulları yardımları ilə güzəran keçirir və əksəriyyəti sığınacaq məkanı, müalicə sığortaları, münasib yemək-içmək və ən məhdud təhsil imkanlarından məhrumdurlar.
Hər halda 14 trilyon dollar xarici və daxili borca malik olan və adam başına düşən borcun 45 min dollara yaxın olduğu bir ölkədə yoxsulluğun daim artması təəccübləndirici deyil. Təəccübləndirici məsələ budur ki, ABŞ hər il dünyanın bütün ölkələri qədər hərbi məsələlər və müharibə üçün pul xərcləyir.
Halbuki, əgər bu pulun yalnız bir hissəsi Amerika xalqının həyat vəziyyətinin yaxşılaşdırılması üçün xərclənsə idi, milyonlarla amerikan sürətlə yoxsulluq səviyyəsindən də aşağı vəziyyətdən çıxa bilərdi. Öz transmilli korparasiyaları və fırıldaqçı maliyyə birjaları vasitəsilə dünya iqtisadiyyatını öz əlində cəmləşdirməyə çalışan amerikan imperializmi 50 milyon amerikalının "it günüdə" yaşadığını vecinə də almır.
ABŞ: böhranlar silsəsinin son akkordu
İndi hər bir amerikalını düşnüdürən sual budur - Amerika xalqının pulları hara xərclənir? Bu suala aydınlıq gətirmək üçün bir neçə fakta nəzər salaq. Dünyada 243 hərbi müdaxilə etməyə, siyasi səbəblərdən kimisə cəzalandırmağa, hər yerdə hərbi baza yaratmağa böyük vəsaitlər sərf olunur. ABŞ-ın 170 ölkədə 1000-dən artıq bazası var. 700 milyardlıq hərbi büdcə nəyə görə amerikan xalqının cibindən çıxarılır, burası aydın deyil.
Dünya ölkələrinə demokratiya gətirmək üçünmü? Xeyr, bu "demokratiya"nın Əfqanıstan, İraq, Misir, Vyetnam, Liviya... xalqlarına necə "xoşbəxtlik" bəxş etdiyini hər birimiz bilirik. Bəs nədən? Ona görə ki, başqada ABŞ olmaqla Qərb imperializmi dünyanın sərvətlərini daha sürətlə talamaq, "lazımsız" xalqların axırına çıxmaq", tabe olmayan dövlətləri çökdürmək siyasəti yeridir. Bunun üçün isə xeyli vəsait lazımdır.
Defoltdan qutrulmağın yolu heç də borclanma limitini artırmaq deyil, hökmün təxirə salınması onun yerinə yetməsini nəinki ləğv etmir, əksinə, zəmanət verir ki, o, ən dramatik və amansız şəkildə yerinə yetəcək. Müstəqil ekspertlərin qənaətinə görə, ilin sonuna faktiki və rəsmi defolt gözlənilir.
Böhranın gedişi hələ 2 il əvvəl sol təmayüllü ekspertlərin təsvir etdiyi ümumi qrafikə tam şəkildə uyğundur. 2008-ci ildə maliyyə böhranı, 2009-cu ildə iqtisadi böhran, 2010-cu ildə sosial, 2011-ci ildə siyasi böhran. Budur, artıq sonun başlanğıcı başlayıb.
Beləliklə, ABŞ-da iqtisadi, maliyyə, sosial böhranların son nəticəsi kimi siyasi böhran başlanıb. Əgər bu böhran artıq ABŞ-ın timsalında qlobal miqyasda fakta çevrilirsə, irəlidə bu təcavüzkar dövləti və onun söykəndiyi imperializmi nə gözləyir? Tarixi təcrübənin bizə dəfələrlə göstərdiyi cavab məlumdur- xalq inqilabı və imperializmin süqutu.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB