Dünyada qəbul olunmuş qaydaya görə, əgər bir ölkədə sonsuzluq 15 faizə çatarsa, bu artıq problemlərin ciddiliyindən xəbər verir. Azərbaycanda isə sonsuzluq problemi 13 faiz təşkil edir. Bu fakt artıq problemin kifayət qədər ciddi olmasından xəbər verir. Bu gün yüzlərlə ailə var ki, həsrətdə uşaq gözləyir. Tibbin inkişafı qismən də olsa bu problemi həll edib. Hazırda sonsuzluq problemindən əziyyət çəkən hər üç ailədən ikisi çıxış yolunu süni mayalanmada görür. Əgər əvvəllər süni mayalanma cəmiyyətdə birmənalı qarşılanmasa da artıq bu üsulla sonsuzluğa son normal qarşılanır.
Statistika göstərir ki, bütün dünyada sonsuzluq səbəbindən baş verən boşanmaların sayı əvvəlki illərlə müqayisədə aşağı düşüb. Bu gün sonsuzluq varsa da, süni mayalanma da var. Statistik rəqəmlər onu da göstərir ki, sonsuzluq problemində ər və arvadın hər ikisinin payı 40 - 45 faiz təşkil edir. Mütəxəssislərin qənaətinə görə, əgər ailə qurulandan 2 il sonra dünyaya övlad gəlmirsə, bu nikah artıq problemli hesab edilir.
Mütəxəssislər hesab edir ki, sonsuzluğa səbəb olan bir sıra amillərdən qaçdıqda bu problemdən sığortalanmaq olar. Qinekoloq Samirə Abdullayeva bildirdi ki, problemdən qaçmaq üçü öncə evlənmə yaşına da diqqət yetirmək lazımdır: "16-20 yaşlar arasında evlənmiş qadınlarda 4,5 faiz sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında evlənmişlərdə bu göstərici 31,3 faiz yüksəlir. 40 yaşından sonra isə nisbət 70 faiz ətrafındadır. Həddindən artıq köklük də, hormonal pozğunluq, balanssız qidalanma, gərginlik, psixi pozğunluq, stress də sonsuzluğun səbəbləri sırasındadır.
Dünyada süni mayalanma 1978-ci ildə sınaqdan keçirilib
Bu gün əksər ailələr problemin sonu kimi süni mayalanmanı seçir. Qeyd edək ki, dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə aparılıb. Bu əməliyyat nəticəsində dünyaya gələn ingiltərəli Luiz Braun adlı qızın 31 yaşı var. Braunun normal qadın olduğu və onda bütün proseslərin normal insanda olduğu kimi getdiyi bildirilir. Hələlik süni yolla dünyaya gələn uşaqların özlərinin dünyaya təbii yolla övlad gətirib-gətirməyəcəyi isə məlum deyil. Braun hələ ailə həyatı qurmadığı üçün bu barədə mütəxəssislər dəqiq fikir söyləməkdən çəkinirlər.
Artıq dünya miqyasında süni mayalanma ilə doğulan insanların sayı 1 milyondan çox olduğu bildirilir.
Azərbaycanda süni mayalanma nəticəsində dünyaya gələn ilk körpənin 9 yaşı var. İlk dəfə türk mütəxəssisi Ersadık Turanın apardığı süni mayalanma hadisəsi 2004-cü ildə baş verib.
Sonrakı illərdə Azərbaycanda həyata keçirilən sni mayalanma nəticəsində doğulan uşaqların sayı 2000-nə yaxındır.
İldən-ilə bu üsuldan istifadə edənlərin sayı artmır. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mərkəzi androloji laboratoriyasından verilən məlumata görə, müraciət edən xəstələrin 70 faizdən çoxu hamilə qalır: \"Bu artıq uğur deməkdir. Çünki dünyanın heç bir yerində xəstənin yüzdə-yüz hamilə qalmaq ehtimalı yoxdur. Onu da deyək ki, süni mayalanmadan istifadə etmək istəyənlər bunu gənc yaşında həyata keçirməlidirlər. Əgər qadının yaşı 40 və 40 - dan yuxarıdırsa, onun hamilə qalmaq və bu prosesi normal başa vurmaq şansı 30 faizdən aşağıdır. Donordan istifadəyə isə qanun icazə versə də, pasiyentlərin 90 faizi uşağın yalnız öz həyat yoldaşından olmasını istəyir və bu üsuldan istifadə edilir\".
Genefondumuz dəyişə bilər
Süni mayalanma bir çox ailənin həsrətinə son qoysa da, bəzi tibb işçilərinin bu məsələdə apardıqları maxinasiyalar gələcəkdə problemlərin yaranacağını da istisna etmir. Paytaxt laboratoriyalarının birində çalışan səhiyyə işçisinin bizə verdiyi ilkin məlumata görə, bəzi tibb işçiləri prosesə süni müdaxilə edir: \"Məsələn: müayinəyə gələn ailədə, əgər kişidə sonsuzluq problemi aşkarlanarsa, bu haqda məlumat gizlədilir. Həmin şəxsə bir müddətdən sonra aparılan müalicənin nəticəsi kimi müsbət cavab verilir və süni mayalanma zamanı başqa bir adamın hüceyrələrindən istifadə olunaraq qadın mayalandırılır. Bu üsulla pul qazanan həkim günaha batmaqla yanaşı, gələcəkdə bir sıra problemin ortaya çıxmasına da səbəb olur. Belə ki, bəzən cütlüklərə yanlış məlumatlar verilərək xaricdən gətirilən və ya təsadüfən eyni adamlara məxsus olan hüceyrələrlə süni mayalanma aparılır. Bu isə genefondumuza zərbə vura bilər. Belə xəbərləri eşidənlər isə süni mayalanmaya getməkdən çəkinirlər. Digər bir tərəfdən isə prosesin baha olması çoxlarının arzusunu ürəyində qoyub. Əldə etdiyimiz məlumata görə, sözügedən əməliyyat ailələrə 3500 - 4000 manata başa gəlir\".
Bu gün təbii yolla dünyaya əkiz uşaq gətirənlər də az qala şübhə obyektinə çevrilib. Adətən süni mayalanma nəticəsində dünyaya 2 uşaq gəldiyi üçün, necə deyərlər, \"qurunun oduna yaş da yanır\". Mütəxəssislər süni mayalanma zamanı əkiz uşaqların dünyaya gəlməsi üçün 1 embrionla hamiləliyin baş tutmaya biləcəyini bildirirlər. Bu səbəbdən də qadının uşaqlığına bir neçə embrion yerləşdirilir ki, nəticədə əkiz uşaqlar dünyaya gəlir.
"Süni" mayalanmadan əkizlər doğulur
Pediatr Sevda Qurbanlı isə hesab edir ki, süni mayalanma ilə dünyaya gələn uşaqlar sağlamlıq baxımından \"təbii\" uşaqlardan seçilir: \"Əsasən yeni doğulmuş uşaqlarla bağlı tez-tez problemlər yaranır. Bu uşaqlar daha zəif olur, tez-tez infeksion xəstəliklərə yoluxurlar. Eyni zamanda bəzi uşaqlarda inkişaf tempi zəif olur".
Mütəxəssis süni mayalanma üsulu ilə dünyaya gələn uşaqların əksəriyyətinin əkizlər olduğunu da dedi: \"Əgər təbii yolla əkizlərin dünyaya gəlməsinə 80 cütlük arasında 1 dəfə təsadüf edilirsə, süni yolla əkizlərin doğulması hər 2 mayalanmadan 1-də özünü büruzə verir. Buna səbəb isə süni mayalanma zamanı uşağın dünyaya gəlməsini təmin etmək üçün bir neçə embriondan istifadə edilməsidir. Bir çox halda isə həmin embrionların 2-si aktiv olur və nəticədə dünyaya əkiz uşaqlar gəlir. Onu da deyim ki, əkiz uşaqlar adətən azçəkili, bəzən də müxtəlif qüsurlu olurlar. Müayinə zamanı uşaqların birinin digərindən daha çox zəif və ya müxtəlif problemlərdən əziyyət çəkməsinin şahidi oluruq. Onu da deyim ki, süni yolla dünyaya gələnlər digər körpələrdən fərqli olaraq doğum evində daha çox saxlanılırlar. Onların orqanizminin möhkəmləndirilməsi üçün xüsusi prosedurlar həyata keçirilir. Uşaqlar daim həkim nəzarətində saxlanılırlar\".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB