Zaman- zaman Azərbaycanla qonşuluq siyasətində neqativ hallara yol verən İranın panfarsist rejimi həqiqətdə öz daxilində baş verən sosial-iqtisadi durğunluğu, fəsad və problemləri görməzlikdən gəlir. Hətta vəziyyət o həddə çatıb ki, dövlət və hökumət nümayəndələri də öz haqlı etirazlarını səsləndirməkdən çəkinmir, eləcə də hakimiyyətdən bir sıra tələblərdə bulunurlar. Xüsusilə də son vaxtlar bu prosesə ölkənin dini liderləri də qoşulmaqdadırlar. Belə ki, İranın dini liderləri dövlət idarəçiliyi, hakimiyyətin daxili siyasəti ilə bağlı tənqidi fikirlər səsləndirməklə İran dövlətinin uçuruma doğru yuvarlandığını dilə gətirirlər. Qeyd edək ki, bu ərəfədə daha bir yüksək rütbəli İranın dini ruhanisi ölkənin dövlət idarəçiliyini tənqid edən açıqlama ilə çıxış edib. İran ictimaiyyətində müxalif ruhani hesab edilən olan şeyx Yusif Saneyi Ramazan ayı münasibətilə xütbə çıxışı etdiyi zaman, ədalətsizlikdən, ölkədə islam adı ilə vətəndaşlara qarşı edilən zülmdən danışıb. Ayətullah Saneyi deyib ki, Vaxtilə mübarək insanlar hamının hüququna hörmət edər, özlərini heç kəsdən üstün tutmazdılar: "Biz niyə onların ədalətini, onun insan hüquqları ilə bağlı normasını həyata keçirə bilmirik? Halbuki geniş təbliğat imkanlarımız var. Bu gün mübarəklərin ruhunu və ədalətini dünyaya tanıtdırmaq əvəzinə islamın simasını elə eybəcərləşdirmişik ki, vəziyyət belə davam etsə, çox keçmədən insanlar, kütləvi şəkildə islamdan üz döndərəcəklər. Bizim insanlar problemlərin əsiridir. Niyə onlara əl tutmur, problemlərini həll etmirik?"
Onlarin ümidləri Allaha qalıb
Yusif Saneyi hazırkı quruluşdan şikayət edərək deyib: " İlahi, çətinliklərimiz çoxdur. Cəmiyyətimiz də problemlər içində üzür. İşsizlik, iqtisadi və maddi sıxıntılar, təhlükəli narkomaniya, fəsad, ictimai problemlər, məmləkətin və inqilabın ən yaxşı balalarının əsir düşərək zindanlara salınması və başqa problemlər bu qəbildəndir. Biz insanların hüququna qarşı çıxır, ona riayət etmirik. Biz nəinki insanların hüququna hörmət etmirik, hətta onlara qarşı zülmü qat-qat artırırıq. Lakin zalımlar və diktatorlar bilməli və əmin olmalıdırlar ki, həm diktatorluq gedəcək, həm də diktatorlar. Çünki xalqlar artıq oyanıb".
İran cəmiyyətində mənəvi deqradasiya
İran şeyxinin çıxışında ən maraqlı məqam onun İranda azadlıq istəyən insanlara qarşı repressiyaların gücləndirilməsi və xalqların oyanması ilə bağlı dedikləridir. İslam rejimi İranı elə vəziyyətə gətirib ki, cəmiyyətdə mənəvi deqradasiyanın qarşısını almaq müşkül işə çevrilib. İnsanlar zorla idarə olunurlar, iqtidarı ovuclarında tutmuş bir qrup molla onlara necə geyinməyi, necə ibadət etməyi diktə edir, ilin müəyyən günlərində ağlamağa, yas saxlamağa məcbur edir. İslam dininin əsil mahiyyətini kənara itələyərək, onu qorxu dini kimi realizə edirlər. İran qadınları zorla, məcburi qaydada çarşab bağlamağa vadar edilir, bağlamayanlara qarşı isə dəhşətli cəzalar tətbiq olunur.
Amansızlığa qarşı xəbərdarlıq
İran xalqı isə təbii olaraq, bu səksəkədən, qorxu-hürküdən, öldürülməkdən qurtulmaq istəyirlər. Lakin son 30 il ərzində yalançı din pərdəsi altında İran xalqını istismar edərək varlanmış, zənginləşmiş molla nümayəndələri bu günkü quruluşu dəyişmək istəyənlərə qarşı dəhşətli dərəcədə amansızdır. Yəni islahat və dəyişiklik heç birini maraqlandırmamaqla yanaşı heç onların ağlının ucundan belə keçmir. Fəqət bu quruluşun əbədiyyətsizliyini, qondarma molla rejiminin qisasçı bir həqiqi inqilabla məhv ediləcəyini anlayanlar da var. Məhz Yusif Saneyi adlı ayətullah da nümayəndələrdəndir. O anlayır ki, zülm altında inləyən İran ictimaiyyəti artıq oyanış təbili çalırlar. İran ayətullahı ərəb ölkələrində baş verən xalq üsyanlarını misal çəkir və molla rejimi baş bilənlərinə xəbərdarlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB