Hazırda ermənilərin dili ilə adlandırılan "Stepanakert" də bir XANKƏNDİ məktəblisi yaşayır və bu məktəbli qızcığazın 13 yaşı olmaqla bərabər, o, Azərbaycan vətəndaşıdır. Onun adı Adelina Avagemyandır. O qızcığazın atası da, babası da, babasının babası da Azərbaycan torpağının çörəyini yeyib, suyunu içərək, nəsil çoxaldıb, törəyiblər. Bu gün həmin qızcığazın yaşadığı Azərbaycan torpağı onun mənsub olduğu millətin qaniçən ünsürləri tərəfindən işğal edilib, talanıb, çapılıb. Lakin bu o demək deyil ki, erməni xalqı bütövlükdə qaniçən xalq kimi formalaşıb. Sadəcə, bu xalq haqqında belə mühiti formalaşdıran ünsürlərin sayı çoxdur ki, onların yarısı Ermənistanın rəhbərliyində, digər yarısı isə qondarma "DQR"-in separatçı idarəçiliyində "at oynadırlar".
Təşvişə əsaslanan məktəbli məktubu
Bu gün balaca, müharibə şəraitində yaşayaraq, müharibə görməyən erməni qızcığazı Adelinanın müharibə qorxusundan yaranmış təşvişini baça düşmək elə də çətin məsələ deyil. Çünki onun yaşadığı əzəli Azərbaycan torpaqlarına yüzlərlə, minlərlə azərbaycanlının qanı hopub. Bu gün həmin torpaqlarda qan üzərində taxıl əkilir, buğda yetişdirilir. Ondan alınan çörəyi isə, Adelina yəqin ki, yeyib. Və görünür qanlı çörəyin qorxusu və qoxusu erməni erməni qızcığazında məktub yazmaq ideyasını yaradıb. Azərbaycan dövlətinin rəhbərliyinə ünvanlanmış həmin məktubda xahiş və acizlikdən doğan məqamlar mövcuddur ki, burada yalnız hər an ehtimal olunan müharibəyə toxunulur. Bəs balaca ADELİNAYA ONUN BABASI, NƏNƏSİ, ATASI VƏ ANASI XOCALI FACİƏSİ BARƏDƏ BİR SÖZ DEYİBLƏRMİ?
Adelinanın xoşbəxtçiliyi Azərbaycan dövləti tərəfindən təmin olunacaq!
Əlbəttə ki, deməyiblər. Əgər desəydilər, məktəbli qızcığaz bütün həqiqətləri az da olsa başa düşərdi. Ancaq deməyiblər. Deməyiblər ki, Xocalı faciəsində qundaqdan tutmuş 13 yaşına qədər və 13 yaşından artıq olan məktəbli uşaqlara hansı divanlar tutub onun erməni dayı və əmiləri! Hələ yerdə qalanlan Malıbəyli və digər faciələri demirəm…
Təbii ki, Adelinanın heç bir günahı yoxdur və bütün uşqalar kimi o da müharibədən qorxur, müharibə görmüş azərbaycanlı balaları kimi yetim, şikəst qalmaq arzusunda deyil. O, yaşadığı separatçı rejimdən qorxur və o, sadəcə sülh arzulayır. Sadəcə həmin sülhü əldə etmək, bu qızın əlində deyil. Onun yazdığı məktubu xilas olmaq istəyi kimi də qarşılamaq lazımdır. Fəqət, Adelina bilməlidir ki, gec-tez onun xoşbəxtçiliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Çünki 13 yaşlı Adelina Avagemyan Dağılıq Qarabağda - XANKƏNDİNDƏ yaşayan Azərbaycan vətəndaşıdır.
RÖVŞƏN NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB