Firuzabadinin Azərbaycan tarixi kitabini oxumasina ehtiyac var - ANALİZ
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycan Respublikası rəhbərliyinin və xalqının ünvanına söylədiyi yersiz və lüzumsuz fikirlər xalqımız və ictimaiyyət tərəfindən kəskin hiddətlə qarşılanıb.
Iran generalının bu tipli sərsəm, heç bir məntiqə sığmayan, eləcə də mənəviyyatsız bəyanatı bütövlükdə onun ŞOVİNİZM prinsiplərinə sədaqətini sərgiləyir. Əgər belə olmasa idi, hər halda bütün dünya dövlətləri tərəfindən rəğbət və hörmətlə qarşılanan Azərbaycan dövləti, Azərbaycan xalqı onun ləyaqətsiz dilindən "arran" kimi işlədilməz, təhqirlərə yol verilməzdi!
Ermənilərlə dövlət səviyyəsində öpüşüb-görüşənlər
Əslində İran rəsmiləri tərəfindən dəfələrlə bu tipli açıqlamaların səsləndirilməsi arxasında digər məqamlar da dayanmaqdadır ki, bu da birbaşa işğalçı, təcavüzkar Ermənistan dövlətinə dəstək verməkdən, əməkdaşlıq etməkdən, onlarla dövlət səviyyəsində öpüşüb-görüşməkdən ibarətdir. Xatırladaq ki, hələ bu yaxınlarda bu rejimə məxsus "Səhər 2" telekanalı vasitəsilə də Azərbaycan dövləti və xalqına qarşı təhqirlərə yol verilmişdi, onların rəzil üzləri, hansı məzhəbə qulluq etdikləri özləri tərəfindən ifşa olunmuşdu.
Hər halda müxtəlif dairələrdə "müsəlmançılıqdan", dini qayda qanunlardan, hökmlərdən və bu kimi başqa islam amillərdən dəm vuran rejim mənsubları unutmamalıdırlar ki, tarix boyu boyunlarına mindirdikləri erməni qaniçənləri, kafirləri hər zaman müsəlman azərbaycanlılarının qanına susayıb, məscid və minarələrimizi, dini ocaqlarımızı dağıdıb. donuz fermalarına döndəriblər. Məgər bu hansı müsəlmançılığa sığışan siyasi, ya da mənəvi davranışdır?!
Öz "tarixini", "mədəniyyətini" bilməyən avam başqası haqqında danışa bilməz!
İran generalı Firuzabadi bəlkə də bununla sübut etmək istəyir ki, təmsil olunduğu dövlətin tarixi, mədəniyyəti ümumiyyətlə yoxdur. Əgər olsa idi, bu cür sərsəmləmələrə yol verərək, tarixi bilgisizliyini və mədəniyyətsizliyini bu tərzdə ifadə etməzdi. O, cümlədən, general Firuzabadi başqa məsələni də bilməlidir ki, hazırda onun qeyzlə danışdığı məmləkətin böyük hissəsi tarixən Azərbaycana məxsus olan torpaqlardır. Öyrənmək istəyirsə, AZƏRBAYCAN TARİXİ kitabına müraciət edib bilgilərini artıra bilər. Təbii ki, təəssüfedici məsələlərdən biri də ondan ibarətdir ki, Azərbaycan İran İslam Respublikası ilə hər zaman münasibətlərini mehriban qonşuluq, dostluq və faydalı əməkdaşlıq prinsiplərinə sadiq olaraq qurur və inkişaf etdirir. Lakin İran İslam Respublikası rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşləri zamanı verdikləri bəyanatların əksinə olaraq, bu ölkədə bəzi dairələr, görünür, həm İranın, həm də Azərbaycanın maraqlarına zidd olan siyasət yürütməklə öz məkrli mövqelərini ortaya açıq-aşkar qoyurlar.
Falçı "general"...
Qeyd etmək yerinə düşərdi ki, bunlarla bərabər son vaxtlar İran İslam Respublikasının kütləvi informasiya vasitələrinin, internet şəbəkələrinin böyük bir qrupu bütövlükdə öz fəaliyyətini Müstəqil Azərbaycan əleyhinə təbliğat aparmağa həsr edir. Hələ bu da azmış kimi, yeni bu tipli televiziya kanallarını da yaradırlar ki, öz məkrli pıanlarını reallaşdırmağa müvəffəq olsunlar. Təəssüf ki, bütün bu amilləri nəzərə alsaq, iki ölkənin rəhbərlərinin bəyan etdikləri kimi dostluq əlaqələrinin alternativinin olmamasını, deyəsən, İran İslam Respublikasında bəziləri heç anlamaq və dərk etmək istəmirlər. Bu baxımdan İran Silahlı qüvvələrinin baş qərargahının rəisi general Seyid Həsən Firuzabadinin bəyanatı xarakterinə və niyyətinə görə heç bir məntiqə, mərama və çərçivəyə sığmır. Ermənisevər molla generalı əslində bir sıra müalicəvi kurslar keçməklə öz əqli inkişafında baş verən çatışmamazlıqları müalicə etdirsə daha yaxşı olar. Əks halda ondan daha pis xəstəliyə tutulmasını heç kim sığortalaya bilməz. Maraqlıdır ki, görəsən onda bu kimi xəstəlikləri görməyən mollaların özlərində daha hansı xəstəliklər mövcuddur?
Firuzabadinin falçı oması da bəs-bəlli ortdadır. Lakin müsəlman aləmində falçılığın günah olamasını bilə-bilə, kimin damarlarında kimin qanının axmasını "rəml atıb" bilməzdi. Ancaq sonda əsas məqama toxunaraq, söyləmək mümkündür ki, bütün mənalarda bu generalın qanında müsəlman qanı deyil, erməni qanı axır. Çünki belə olmasa idi, hay qardaşlarının belə dillərinə gətirmədikləri ifadələri səsləndirməzdi!
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB