Eynulla Fətullayevin yeni hoqqası - ANALİZ

Dövlətin yürütdüyü humanizm siyasətindən maksimum şəkildə yararlanaraq azadlığa çıxan "jurnalist" Eynulla Fətullayev yenidən öz şit hoqqalarıyla gündəmdə qalmağa cəhd göstərir. Belə ki, keçmiş baş redaktorun bundan sonra "İnsan Haqlari Uğrunda" ictimai hərəkat yaratmaq eşqinin arxasında yenə də qaranlıq məqamların dayandığı şübhəsizdir. Bu adam bütün insanlıq keyfiyyətləri üzərindən çarpaz xətlər çəkərək nəyin peşində olduğunu heç özü də bilmir. Məsələ ondadır ki, Eynullanın avropalı himayədarlarından pul qoparmaq arzusu reallaşa bilər. Bunu onun özü də sevincək şəkildə, qırmızı-qırmızı etiraf edir. Məsələn deyir ki, "İnsan Haqları Uğrunda" ictimai hərəkat yaratmasına görə ona nə az, nə çox, düz beş beynəlxalq donor təşkilat qrant (oxu dilənçipulu – R.R.) verəcək. Hətta bu pulların köməyi ilə "Gündəlik Azərbaycan"- "Realnıy Azərbaycan" qəzetlərinin nəşrinə başlayacaq və öz xəyanətkar xislətini orada da davam etdirəcək. Düzdür, beynəlxalq donor təşkilat dediyimiz zaman, burada, bilavasitə anti-Azərbaycan meyilli qüvvələr nəzərdə tutulur və həmin qüvvələrin maliyyə maxinasiyalarını reallaşdıran xaricdə fəaliyyət göstərən erməni maqnatlarıdır. Bununla da məlum olur ki, Eynullanın qopardığı pul-para onun erməni daydayları tərəfindən xərclənən vəsaitlərdir.

E.Fətullayev daha sonra gizlətməyib ki, yaratdığı ictimai hərəkat sui-istifadəçidir.Yəni nədənsə istifadə edərək, hansısa planı reallaşdırması istiqamətində danışan Eynulla söylədiyi ifadələrində bunu gizlətmir. Məsələn deyir ki, "Avropa Şurasının Azərbaycanda "siyasi məhbuslar" üzrə məruzəçisi Ştrasselin Azərbaycan səfərindən istifadə edib (diqqət yetirin, "istifadə edib"-R.R.) beynəlxalq konfrans keçirmək istəyirik".(?!)

Hətta o, bir az da irəli gedərək, deyib ki, Ştrassel sözügedən konfransda məruzəçi olacaq. Maraqlıdır, görəsən, beş beynəlxalq donor təşkilatından pul vəsaiti qoparan Eynulla Ştrasselə "konfrans məruzəçisi" olmaq üçün nə qədər "görüm-baxım" edəcək?

Sonda onu da bildirmək lazımdır ki, E.Fətullayevin bu tipli addımları ictimaiyyətdə, eləcə də nəhəng jurnalist ordusunda da hiddət hissləri doğurur. Belə ki, bu hoqqabaz "baş yazarın" gözündə bütün jurnalistlər "hüquq müdafiəçisiymiş"… Hər halda gözü, könlü, təxəyyülü kor olan birisinin jurnalistlərin yerinə danışması yaxşı hal deyil. Eləcə də kimin, kim olmasını da məhz həqiqi Azərbaycan jurnalistləri çox gözəl bilirlər, təbii ki, Eynulladan başqa. Çünki o, jurnalist deyil, heç "hüquq müdafiəçisi" də deyil. O, SADƏCƏ VƏTƏNİNİ, DÖVLƏTİNİ, MİLLƏTİNİ SATAN XAİNİDİR!


RÖVŞƏN


Bütün xəbərlər Facebook səhifəmizdə