Ermənistan niyə boşalır? –TƏHLİL

Ermənistanda ağır iqtisadi böhran yaşandığı, pul qazanmaq üçün əhalinin ölkədən köç etməsi prosesi sürətlənib. Bu artıq təsdiqə ehtiyacı olmayan bir faktdır. Xüsusilə də Azərbaycandan gedən erməni miqrantları ölkədə işsizlik problemi ilə üzləşirlər. Siyasi sığınacaq almaq problemə çevrilib. Səbəb isə dövlətin vahid siyasətinin olmaması, proqramların işlənməməsidir. Məsələ ilə bağlı bir sıra dövlət orqanları arasında müxtəlif funksiyalar yaşanmaqdadır ki, bu da problemin həllini çətinləşdirir. Statistika vəziyyətin bərbad olduğunu göstərir. Əgər ötən il Ermənistanı 20 min ailə tərk etmişdisə, 2011-ci ilin ilk rübündə gedənlərin sayı 29 min nəfər olub.

Ermənistanı hətta yüksək vəzifəli şəxslər də tərk etməyə başlayıblar. Bu da onların ölkələrinin gələcəyinə inamsızlığının göstəricisidir. Yoxsa eşşək belində ağalıq edən niyə koxasından uzaqlaşsın. Vəziyyət o yerə çatıb ki, hətta ölkə prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan da ABŞ-a köçməyə cəhd göstərib. Ermənistanın "Jamanak" qəzeti vəziyyətin nə yerdə olduğunu araşdırıb. Nəticədə qaranlıqda gizli saxlanılan məqamlar işıq üzü görüb. Məqalədə yazılır: \"Narek Sarkisyan işgüzar vizanın köməyilə \"Green\" kartı , (\"Green kard\" ingiliscədən tərcümədə yaşıl kart deməkdir və ABŞ-da əcnəbilərin müddətsiz yaşamalarına bir növ yaşıl işıq yandırır) əldə etməyə çalışıb. Bununla bağlı ABŞ-ın miqrasiya xidmətinə müraciət edib. ABŞ-da yaşamaq izni almaq üçün Narek Sarkisyanı \"MGM Paradise\" şirkətinə mühasib vəzifəsində qeydiyyata alıblar. Lakin fakt ABŞ rəsmilərinə şübhəli görünüb və Sarkisyana \"Green kard\" verilməyib\". Məqalədə o da bildirilir ki, \"MGM Paradise\" şirkəti erməni şirkəti olan \"Paradise\"-nin ABŞ təmsilçiliyidir.

Eyni zamanda dabanına tüpürüb qaçanların siyahısına Ermənistanın milli təhlükəsizlik xidmətinin yüksək rütbəli zabiti Vardan Yeqiazaryanda var. Ermənistanın \"Aykakan jamanak\" qəzetində bu barədə yazılır: \"Ermənistan milli təhlükəsizlik xidmətinin kadrlar şöbəsinin rəisi Vardan Yeqiazaryan asanlıqla \"Green kard\" əldə edərək, birdəfəlik ABŞ-a köçüb. Vəziyyət acınacaqlıdır. Nəzərə alsaq ki, bu cür yüksək rütbəli məmur Ermənistan təhlükəsizlik xidmətinin kadr bazasından-agentlərdən tutmuş xaricdəki casuslara qədər hamısından məlumatlıdır.

Çünki, ABŞ-da ifşa olunmuş rus casusları ilə bağlı sonuncu qalmaqaldan sonra belə bir məlumat yayılmışdır ki, bu barədə informasiya məhz Ermənistan milli təhlükəsizlik xidmətindən sızıb. Yalnız bundan sonra casuslar şəbəkəsi tamamilə ifşa oluna bilib. Hələlik heç kim nə təsdiq, nə də inkar edə bilməz ki, bu, Yeqiazaryanın ABŞ-a yerləşməsi ilə əlaqədardır. Bununla belə, milli təhlükəsizlik xidmətinin yüksək rütbəli məmurunun \"Green kard\"-la ölkədən köçməsi faktı özlüyündə rüsvayçılıqdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə