Eynullanın “Avropa səfəri”, yaxud ermənilərin xeyrinə işləyən xəyanət - ANALİZ
"Gündəlik Azərbaycan" - "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev əfv fərmanından yararlandıqdan sonra, yenidən qol-qanad açaraq, hansı məqsədə və məzhəbə qulluq etdiyini ortaya qoyub. Belə ki, onun Strasburqa gedərək, AŞPA-da anti-Azərbaycan əleyhinə çıxış etməsi ölkə ictimaiyyətində ciddi qınaq və hiddət hissləri ilə qarşılanmaqdadır. Bu barədə müxtəlif mətbuat səhifələrində, informasiya şəbəkələrində yetərincə bilgi almaq mümkündür. Eyni zamanda, bu xəyanətkar "baş redaktorun" daha öncələr də hansı əməllərdən çıxması heç kimin yaddaşından, hafizəsindən silinməyib. Eynullanın Azərbaycanın işğal olunmuş ərazilərinə gedərək, orada qondarma "DQR" –in sabiq "prezidenti" Arkadi Qukasyanla görüşüb-öpüşməsi, məclislər qurub, erməni terrorçularının şərəfinə sağlıqlar, totstlar deməsi, axırda da Şuşa şəhərinə gedərək, birinci Qarabağ müharibəsi zamanı minaya düşmüş Azərbaycan tankının üzərində Arkaşla (Qukasyanın ləqəbi) qol-boyun şəkil çəkdirməsi barədə kifayət qədər dəlil və sübutlar mövcuddur. Hansı ki, bu gün hər hansı bir xarici dövlətlərin, xarici təşkilatların, biznes şirkətlərinin vətəndaş və nümayəndələri işğal olunmuş ərazilərimizə getdikləri zaman, Azərbaycan dövlətinin müvafiq strukturları tərəfindən ciddi tədbirlər görülür, etirazlar, hətta persona-non qranta edilir. O ki, qala E.Fətullayevin bu cür addımlar atmasına. Qısacası, bu xəyanətkarın günahları bir deyil, iki deyil…
Hələ Xocalı hadisələri barədə danışarkən Eynullanın bu faciədə Ermənistana qahmar çıxması, çörəyini yeyib, suyunu içdiyi Azərbaycanı günahlandırması, bilavasitə, soyqırımın guya Azərbaycan tərəfindən törədildiyini deməsini də yuxarıda qeyd olunanlara əlavə etsək, bu zaman onun hansı yuvanın quşu olduğuna daha yaxından bələd olarıq.
Qayıdaq AŞPA-nın məsələsinə. E.Fətullayev Strasburqda "geninə-boluna" çıxış etdikdən sonra, oradakı erməni deputatlar və ermənipərəst nümayəndələr xeyli əl çalıb, onu alqışlayıblar. Eyni zamanda, xəyanətkar "baş redaktor" Azərbaycan üzrə "siyasi məhbus" məruzəçisi Kristof Ştrasserlə görüşüb və onu şəxsi qonağı kimi Bakıya dəvət edib(?!)
Belə ki, onun informasiya agentliklərinə verdiyi açıqlamasında deyilir: "Mən onu şəxsi qonağım kimi Bakıya dəvət etdim. Bu səfər çərçivəsində biz siyasi məhbus məsələsini qaldıracağıq. Ştrasser razılığını verdi. Məruzəçi avqust ayında Bakıya gələcək".
Fətullayevin özündən böyük, mən deyərdim yekəbaş açıqlaması arxasında daha nələrin dayandığı bir daha üzə çıxır. Məsələn, onun Avropa qurumunda fəaliyyət göstərən erməni deputatlardan sifarişlər almasını ehtimalı etmək mümkündür. Digər tərəfdən, ölkədə "siyasi məhbus" anlayışının olmadığı bir zamanda, onun bu ətrafda qıcıqlandırıcı çıxışlar etməsi müəyyən gəlirlər əldə etmək məqsədini daşıyır.
Lakin ortada maraq doğurucu məqam ondan ibarətdir ki, əgər cənab Ştrasser Bakıya Eynullanın dəvəti ilə gəlirsə, onun burada Azərbaycanın daxili işlərinə, daxili siyasətinə qarışması qanunazidd qiymətləndiriləcək. Çünki Eynulla burada, Azərbaycanda, xalqın qarşısında, urnaya atımış zibil tullantısından da pis təsir bağışlayır. Çünki Azərbaycanda da digər demokratik ölkələrdə olduğu kimi, sivil, bəşəri, modern, demokratik və milli-mənəviyyat təzahürü formalaşıb və bunu heç kim inkar edə bilməz. Ona görə də onun hansısa avropalı "dostu" ilə hansısa "məsələ" qaldırması ona və dostuna ziyan olar ki, xeyir olmaz. Hər halda Eynullanın narkomanlıq məsələsini də xatırlatmaq yerinə düşərdi. Görəsən, Kristof Ştrasserin belə alıışqanlığa meyli necədir?
RÖVŞƏN RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB