Bu, həmin Samanta Pauerdir...
Məlum olub ki, USAİD-in rəhbəri Samanta Pauer özünün tvitter səhifəsində Azərbaycan ekoloqlarının və QHT fəallarının guya Laçın yolunu “bağlamalarını” hədəfə alan ittiham xarakterli fikirlərini yazıb, eləcə də sözügedən istiqamətin açılmasını tələb edib. Halbuki, bu yol məhz Rusiya sülhməramlıları kontingenti (RSK) tərəfindən bağlanılıb və bu barədə rəsmi Bakının da bəyanatı var.
.jpg)
Digər tərəfdən, Azərbaycan ekoloqlarının, QHT təmsilçilərinin və fəallarının həmin yolda etiraz aksiyaları keçirmələrinin səbəbi də məlumdur. Daha dəqiq desək, yolu Azərbaycan tərəfi bağlamayıb və Xankəndinə gedən humanitar yüklər də daşınmağa davam edir. Bu baxımdan, Pauerin səs-küy qaldırması da anlaşılan deyil. Yaxud onun bu kimi davranışı arxasında dayanan daha bir səbəb də var – ermənipərəstlik! Həmin faktın isə kifayət qədər sübutları var...
Samanta Pouer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib, hətta irqçi mövqeyi ilə seçilib
Eyni zamanda, Sorosun əlaltısı olan bu qadın sözügedən tvitində yazıb ki, Laçın dəhlizi dərhal (??!!) açılmalıdır və onun bağlanması “humanitar böhrana” səbəb ola bilər. Halbuki, RSK ərzaqları, tibbi ləvazimatları, dərmanları və s. humanitar yükləri Xankəndiyə daşıyır və aksiyaçılar bu yolu əsla bağlamırlar.

Yeri gəlmişkən, onu da xatırladaq ki, bilavasitə Sorosun təlimatları əsasında fəaliyyət göstərən ermənipərəst Samanta Pouer zaman-zaman Azərbaycana və Türkiyəyə qarşı sırf düşmənçilik mövqeyini nümayiş etdirib, hətta irqçi mövqeyi ilə seçilib. SİA-nın əldə etdiyi məlumata görə, o, hələ ötən il Ermənistandakı Amerika Universitetinə yeni qəbul edilmiş tələbələrə onlayn müraciət edib və Azərbaycanla Türkiyəni “vəhşi” adlandırıb. Heç bir məntiqə və mənaya sığmayan bu cür davranışın, məhz Samanta adlı sorosçu korrupsionerinə aid olması isə, əslində, təəccüb doğurmur. Belə ki, bu şəxs uzun illərdir ki, istər ABŞ-da, istərsə də digər Qərb ölkələrində açıq-aşkar türkofobiya siyasəti yürütməsi ilə yadda qalır.
Azərbaycanı və Türkiyəni “vəhşi” adlandıran Samanta Pouer!
Hələ İkinci Qarabağ müharibəsində öz suveren ərazilərinin azadlığı uğrunda canlarından keçən Azərbaycan əsgər və zabitlərini, eləcə də ölkəmizə mənəvi dəstəyini əsirgəməyən Türkiyə dövlətini “vəhşi” adlandıran bu türkofob ünsür adıçəkilən universitetin tələbələri qarşısında onlayn çıxış edərkən müharibədə ölən 6 nəfər erməni tələbənin ölümündən təəssüf hissi keçirdiyini bildirib, onların qohumlarına başsağlığı verib.
Lakin bu zaman belə bir sual yaranır ki, görəsən, Samanta Pauer erməni terrorları nəticəsində Azərbaycan ərazilərində vəhşicəsinə öldürülən azərbaycanlılara görə təəssüf hissi keçiribmi? Yaxud, İkinci Qarabağ müharibəsində torpaqların azadlığı uğrunda canlarından keçərək şəhid olan gənc tələbələrin, ali təhsil müəssisələri məzunlarının ölümlərinə görə təəssüf edibmi? Əlbəttə ki, əsla! Çünki o, açıq-aşkar ermənipərəstdir və erməni lobbisinin pullarını yeyir, üstəlik, şefi olan Sorosun da dəstəyini almaqda davam edir.
Pauer Bayden administrasiyasının “qondarma erməni genosidini” tanıması ilə fəxr etdiyini bildirir

Və bu, həmin Samantadır ki, hər dəfə çıxışının əsas hissəsini Bayden administrasiyasının “qondarma erməni genosidini” tanıması ilə fəxr etdiyini bildirir və bu səbəbdən “nə dərəcədə rahatlıq hissi” tapdığını etiraf edir.
Ermənipərəst Pauerin Azərbaycan və Türkiyəyə qarşı olan həmin çıxışın videosu ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://www.usaid.gov/news-information/videos/american-university-armenia-commencement-remarks
Xatırladaq ki, USAİD-in rəhbəri əvvəllər də Azərbaycan xalqını təhqir və təhdid edərək sərsəm fikirlərini ictimailəşdirib və biz SİA olaraq bu haqda silsilə yazılarla çıxış etmişik. Təəssüf ki, bütün bu kimi faktlar ortada ola-ola USAİD-in Azərbaycan nümayəndəliyi hələ də öz mövcudluğunu qoruyub-saxlayır...

Qeyd: xatırladaq ki, SİA olaraq biz dəfələrlə bu təşkilatın açıq ermənipərətslik və türkofob mövqeləri barədə, habelə hansı siyasi korrupsiya əməllərinə bulaşması barədə geniş, silsilə xarakterli məqalələrlə çıxış etmişik. Həmin məqalələrin bir qismini yenidən xatırlatmaq məqsədi ilə linklərini təqdim edirik:
https://sia.az/az/news/politics/936249.html
https://sia.az/az/news/politics/896995.html
https://sia.az/az/news/politics/877915.html
https://sia.az/az/news/politics/874152.html
Rövşən RƏSULOV