Aİ Rusiya qazından asılılığını azaldıb

Aİ Rusiya qazından asılılığını azaldıb

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Avropanın Rusiya qazından asılılığını azaltdığını, Rusiya qazının ümumi idxalda payının 40 faizdən 7 faizə düşdüyünü bəyan edib. SİA xəbər verir ki, Ukrayna münaqişəsindən əvvəl Aİ təbii qazın 40 faizini Rusiyadan alırdı.
Cozef Borel bildirib ki, bu, bizi başqa təchizatçılar axtarmağa, qeyri-karbon enerjisinə sərmayə qoymağa sövq edir və biz bu imkanları Latın Amerikasında görürük. Borel bərpa olunan enerjinin bu regionda güclü və uğurla inkişaf etdiyini qeyd edib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə