Rusiyaya yeni sanksiyalar paketi hazırlanıb

Avropa İttifaqı Rusiya üçün yeni sanksiyalar paketi hazırlayıb. SİA xəbər verir ki, Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel üzv ölkələrlə birgə Rusiya üçün 8-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlmək üzrə olduqlarını açıqlayıb.

Aİ Komissiyası ötən həftə Rusiyaya qarşı ticarət qadağalarını təklif edib.
Avropa İttifaqına üzv 27 ölkə tərəfindən təsdiq edilməli olan yeni sanksiyalar paketi çərçivəsində bəzi şəxslər və təşkilatlar sanksiyalar siyahısına əlavə edilməklə yanaşı, ticarət və neft idxalına bəzi məhdudiyyətlər də əlavə olunacaq.
Paketə Rusiya neftinin üçüncü ölkələrə satışı üçün tavan qiyməti daxil edilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə