ABŞ prezidenti Co Bayden Ukrayna referendumunu tənqid etdi

ABŞ prezidenti Co Bayden Ukraynada keçirilən referendumları tənqid edərək, bunun "tamamilə yalan" olduğunu deyib. SİA xəbər verir ki, Bayden, ABŞ-Sakit Okean Ada ölkələri sammiti çərçivəsində etdiyi çıxışda, ilk dəfə Ukraynada keçirilən referendumlarla bağlı açıqlamalar verib.

Ölkələrinin suverenliyi və ərazi bütövlüyünün onlar üçün çox önəmli olduğunu vurğulayan Bayden, Rusiya-Ukrayna müharibəsində hər zaman Ukraynanın yanında olacaqlarını bildirib. "Birləşmiş Ştatlar Rusiyanın suveren Ukrayna ərazisi ilə bağlı iddialarını heç vaxt qəbul etməyəcək. Bu qondarma referendum tamamilə saxtadır. Referendumun nəticələri Moskvada hazırlanıb. Biz Ukrayna xalqının hər gün verdiyi fədakarlığa nəzər salmaqla onun real iradəsini görə bilərik”, - deyə Bayden bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə