İranda etirazlar zorakılıqla yatırdılmasın!

İranda “hicab qaydalarına əməl etmədiyinə ” görə saxlanılan Maşa Amani öldükdən sonra başlayan etirazlar davam edir. SİA xəbər verir ki, Avropa Birliyindən İrana zəng edilib və bildirilib ki, etirazları yatırtmaq üçün zorakılığa yol verilməsin və əhaliyə internetə girişə icazə verməyə çağırıb.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel İran təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi zamanı ölən və yaralananların olduğunu bildirib.
İnternetə çıxışın kəsilməsi ifadə azadlığının pozulması olduğunu qeyd edən Borrel bildirib ki, biz İrandan etirazların zorakılıqla yatırılmasını təcili dayandırmasını və internetə çıxışla sərbəst məlumat axınını təmin etməsini gözləyirik: " Biz həmçinin İrandan öldürülənlərin və saxlanılanların sayını açıqlamasını, zorakılıq tətbiq etməyən nümayişçiləri azad etməyi və məhbuslara lazımi rəftar göstərməsini gözləyirik".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə