Rusiyadan Kanadaya yeni sanksiyalarla bağlı xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi Kanada ilə münasibətlərdə “qarşılıqlılıq prinsipindən” çıxış edəcək. Yəni Rusiya vətəndaşlarına qarşı yeni sanksiyaların tətbiqinə cavab olaraq, kanadalılara qarşı məhdudlaşdırıcı tədbirlər görüləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbərdarlıq nazirliyin rəsmi saytında yer alıb.

Rusiya Xarici İşlər Nazirliyinin ehtimalına görə, hazırda Ottavanın “persona non qrata” siyahısını genişləndirmək niyyətindədir. Amma, Moskva xəbərdarlıq edir ki, müvafiq olaraq, Rusiya da öz siyahısını tamamlayacaq.

Qeyd edək ki, bu gün, sentyabrın 22-də artıq 87 Kanada vətəndaşına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

...Siyahıya ictimai xadimlər, bölgə rəhbərləri, yüksək rütbəli hərbçilər daxildir.

Belə ki, siyahıda “Bombardier Inc”in baş direktoru Erik Martel, briqada generalı Martin Gros-Jean, KUK-un siyasi müşaviri Orest Zakidalski, fəal Anjela Kalita və digərləri yer alıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...