"Müharibəyə hazırıq" - ÇİN PREZİDENTİ

Çin prezidenti Si Cinpin silahlı qüvvələrə savaşa hazırlıqlı olmasını bildirib. SİA xəbər verir ki, Çin lideri orduya diqqəti döyüş hazırlığına yönəltməyi tapşırıb.
Çin Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Çində keçirilən seminarda hərbi siyasətlə bağlı dəyərləndirmələr aparılıb.
10 il ərzində Çinin milli müdafiəsi və silahlı qüvvələrin inkişafı sahəsində uzun müddətdir mövcud olan sistemli maneələr, struktur uyğunsuzluqları və siyasət problemləri həll olunub.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə