Aİ Şurasının prezidenti Mişel Qətərdə enerji mövzusunu müzakirə edir. SİA xəbər verir ki, Avropa İttifaqı (Aİ) prezidenti Şarl Mişel Qətər və Aİ arasında ikitərəfli əməkdaşlığın mərkəzində “enerji ehtiyatları və regional və iqtisadi sabitliyin” dayandığını bildirib.

Avropa ölkələrinin üzləşdiyi enerji təchizatı böhranının kölgəsində dünən Qətərə səfər edən Mişel paytaxt Dohada AB-nin Qətər nümayəndəliyini açıb.

Mişel "tvitter" hesabından verdiyi açıqlamada Qətər və Aİ arasında mükəmməl əlaqələri gücləndirmək üçün Dohada olduğunu bildirib. Birgə işin məqsədinin iki tərəf arasında tərəfdaşlığın bütün aspektlərini gücləndirmək olduğunu deyən Mişel ikitərəfli əməkdaşlığın mərkəzində enerji resurslarının, regional və iqtisadi sabitliyin olduğunu vurğulayıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə