Çin-Rusiya, yoxsa ABŞ-Yaponiya əməkdaşlığı daha güclüdür?

Rusiya ilə Çin arasında hərbi və siyasi əməkdaşlığın güclənməsi Yaponiyanı narahat edir. SİA xəbər verir ki, bu barədə “The National Interest”də dərc olunan məqalədə deyilir. Rusiya-Çin hərbi əməkdaşlığı və təlimləri Yaponiyanı xüsusilə narahat etdiyi deyilir.
Məqalədə iki böyük dövlət olan Rusiya və Çinin hərbi əməkdaşlığı arasındakı strateji koordinasiyadan danışıb. Yaponiyanın Rusiya və Çin birgə hərbi uçuşlardan və dəniz təlimlərindən xüsusi narahatlığı qeyd edilib.

Məqalədə dəyişən geosiyasi vəziyyətə görə Yaponiyanın ABŞ-dan çoxlu sayda F-35 döyüş təyyarələrinin alınması da daxil olmaqla, ordunun geniş şəkildə modernləşdirilməsini nəzərdə tutan yeni müdafiə konsepsiyası hazırladığını yazıb. Yaponiyanın ABŞ ilə silah əməkdaşlığını davam etdirəcəyini bəyan edilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə