Rusiya neftinə embarqo tətbiq ediləcəkmi?

Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya neft şirkətləri Avropa İttifaqına (Aİ) Rusiya neftinə embarqo tətbiq etməyə hazırlaşır. SİA rus mətbuatına istinadən xəbər verir ki, bu sözləri Novak mətbuat konfransında bildirib.

Aİ-nın dekabr ayında Rusiya neftinə embarqo tətbiq etmə hazırlıqları çərçivəsində Rusiyada neft hasilatının azalma ehtimalı ilə bağlı suala belə cavab verdi: “Şirkətlərimiz müxtəlif vəziyyətləri nəzərdən keçirəcək və buna görə də bütün planlarımız hazırkı istehsal səviyyəsini saxlamaq üçün hazırlanmışdır. Qiymət həddinə əməl edənlərə neft satmayacağıq. G7 ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq planı var. Məncə, bu, tamamilə cəfəngiyyatdır. Bu, həm də neft kimi çox vacib sektorlarda bazar mexanizmlərinə müdaxilədir. Neft sektoru bütün dünyanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu cür təşəbbüslər yalnız neft sektorunda və neft bazarında qeyri-sabitliyə gətirib çıxarır”.

Baş nazirin müavini deyib ki, bunun əvəzini ilk olaraq Avropa və Amerika istehlakçıları ödəyəcək: "Onlar qəbul etdikləri sabitliyi pozan amillərə görə bu gün artıq yüksək qiymət ödəyirlər. Bu amillərin başında sanksiyalar dayanır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə