Ruslar yazırlar ki, Belçikada ukraynalı qaçqınların sərxoşluq və kobudluğundan “zinhara gəliblər”

"...Belçika vətəndaşları Ukraynadan olan qaçqınlar tərəfindən sərxoşluq və hörmətsizlik halları ilə üzləşirlər”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu guya yerli “RTBF” telekanalı xəbər verib.

Beləliklə, rus saytlarının yazdığına görə, yenə də guya Belçikanın Flaman bölgəsi sakinləri yerli bələdiyəyə ukraynalı qaçqınlardan şikayətçi düşüblər. Guya yerlilər ukraynalıları əyyaşlıq və yerli sakinlərlə kobud rəftarda ittiham edirlər.

...Bir də, hazırda yay aylarında istirahətə getməyə adətkar olan yerli sakinlər, əyalətdə ukraynalılara sığınacaq kimi verdikləri bəzi yaşayış evlərinin sonrakı aqibətindən narahatdırlar.

Qeyd edim ki, rus saytları yerli blədiyyə işçilərindən bir neçəsinin rəyini də soruşublar və onlar da ukraynalıların dözülməzliyindən şikayətləniblər.

...Maraqlıdır ki, ukraynalıları yerindən-yurdundan edən ruslar hələ bir onlara qara yaxmaqdan da çəkinmirlər. Əslində “kor kora kor deməsə bağrı çartlar” deyimi elə bu məqam üçün deyilib. Bir də axı siz də dünənə qədər ukraynalılarla bir yerdə yaşayan slavyan xalqınız və hər halda həmrəng olmasanız da, gərək ki, həmxasiyyət olmalısınız.

Hə indi türklər demiş, nə yazıqlar ki, qaçqın kimi özünü "mədəni Qərbə" sizdən qabaq ukraynalılar tanıtmağa məcbur olublar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...