İraqda tüğyan edən qum fırtınası səbəbindən məktəblər bağlanıb

İraqda güclü qum fırtınası səbəbindən məktəblər bir gün müddətinə bağlanıb.
Paytaxt Bağdad başda olmaqla bir çox şəhərdə səhər saatlarından başlayan güclü qum fırtınası gündəlik həyata mənfi təsir edib.

SİA-nın əldə etdiyi məlumata görə, boğulma riski olan onlarla insan xəstəxanaya yerləşdirilib.

Təhsil Nazirliyindən verilən açıqlama ilə ölkə miqyasında tüğyan edən qum fırtınası səbəbindən bu gün məktəblər bağlanıb.

Güclü qum fırtınası səbəbindən bu gün Bağdad Beynəlxalq Hava Limanında və Nəcəf Hava Limanında da uçuşlar dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə