"Döyüş klubu" filmi gerçəkləşdi

1999-cu ildə çəkilmiş və bütün zamanların ən yaxşı filmlərindən biri hesab edilən Bred Pitt və Edvard Nortonun baş rollarda çəkildiyi "Döyüş klubu" Tayvanda gerçəkləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Çana Vorasart filmdən ilhamlanaraq 2016-cı ildə paytaxt Banqkokda "Döyüş Klubu"nu təsis edib.

Filmdəki kimi döyüşlərdə qayda-qanunların olmadığı klub zamanla geniş kütlələrə yayılıb. Halqalarla əhatə olunmuş bu “qanunsuz” döyüşlərin iştirakçıları ilə yanaşı, tamaşaçıların sayı da sürətlə artır.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə