Virusdan qorunmaq üçün insanlar qəfəsə salınıb

Mart ayının 28-dən etibarən karantində olan 26 milyon əhalisi olan Şanxay şəhərində yoluxmaya qarşı tədbirlər günü-gündən sərtləşir.

SİA xarici mətbuata istinadən xəbər verir ki, aclıq iğtişaşları başlayanda məhdudiyyətləri yumşaldacaqlarını vəd edən hakimiyyət daha sərt üsullara əl atıb. Komendant saatının qadağan olunduğu şəhərdə bəzi küçələrdə evlərin qarşısına metal maneələr çəkilib, küçələr bağlanıb. İnsanlar nəhəng qəfəsə salınıblar.

Hökumətin göstərişi ilə evlərin 2 metrlik “qəfəsə” salındığı açıqlanıb. Lakin bütün bu tədbirlər COVID-19 Omicron variantının yayılmasının qarşısını almaq üçün kifayət etmir. Dünən Şanxayda 51 ölüm hadisəsi qeydə alınıb.

Gündəlik yoluxmaların sayı isə 19 min 657-dir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə