Covid 19-un Delta və Omikron genlərini birləşdirən "Deltakron" adlı yeni variantı ABŞ və Avropada 17 nəfərdə görülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Deltakron üzərində araşdırmalar məhduddur, ona görə də onun daha yoluxucu və ya ağır xəstəliyə səbəb olduğunu söyləmək hələ tezdir.

Fransa alimi Filipe Colson qeyd edib ki, yeni variantın Omicronun sünbül zülalının və Delta variantının gövdəsinin birləşməsindən əmələ gəldiyi barədə məlumat paylaşıb.

Genetik araşdırma şirkətinin hesabatına görə, ABŞ-da iki Deltakron hadisəsi müəyyən edilib. Həmçinin, digər virus araşdırma qruplarına görə, yanvar ayına kimi Avropada 12 Deltakron hadisəsi qeydə alınıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə